Logo
    main-post-cover

    Türkiyə şirkəti dördayaqlı hərbi robotu təqdim edib

    Elm & Texnologiya
    25.07.2025
    Emil
         Türkiyənin müdafiə sənayesi şirkəti Roketsan çoxfunksiyalı dördayaqlı robot kompleksi olan KOZ-un hazırlanmasını elan edib. KOZ-un əsas təyinatı çətin keçilən və təhlükəli ərazilərdə kəşfiyyat aparmaq və döyüş bölmələrinə dəstək vermək üçün nəzərdə tutulmuş avtonom platformadır. Robot yüksək dəqiqlikli kameralar, termal kameralar və hərəkət sensorları da daxil olmaqla qabaqcıl sensorlarla təchiz olunub ki, bu da ona istənilən hava şəraitində və sutkanın istənilən vaxtında ətraf mühiti effektiv şəkildə müşahidə etməyə imkan verir. KOZ-un əsas xüsusiyyətlərindən biri onun yüksək keçiciliyi və manevr qabiliyyətidir.
         Dörd robotik ayağı sayəsində robot mürəkkəb relyefləri aşa bilir, maneələri keçə bilir və məhdud sahələrdə işləyə bilir - bu isə ənənəvi təkərli və ya tırtıllı platformaların effektiv işləyə bilmədikləri yerlərdə üstünlük verir. Platforma həm tam avtonom rejimi, həm də operator tərəfindən distant idarə olunmanı dəstəkləyir. KOZ şəbəkə strukturlarında işləyə bilir, mövcud döyüş idarəetmə sistemlərinə inteqrasiya olunur, kəşfiyyat məlumatlarını real vaxtda ötürür və bölmələrin fəaliyyətinin koordinasiyasında iştirak edir.
         Robotun texniki göstəricilərinə bir batareya ilə təxminən 2.5 saatlıq avtonom işləmə müddəti, modulların və avadanlıqların tez dəyişdirilməsi imkanları, həmçinin radioelektron maneələrə və kiberhücumlara qarşı daxili müdafiə sistemləri daxildir. KOZ Roketsan tərəfindən hazırlanmış lazerlə idarə olunan METE raketlərindən 4-ü ilə təchiz olunub. Bu raketlər əvvəllər pilotsuz uçuş aparatlarında və yerüstü robotlarda istifadə edilib və 1000-1250 metr məsafədə yüksək dəqiqlikli hədəf zərbəsi imkanı verir.
    Paylaş
    Bənzər xəbərlər
    nasa-nin-yeni-nuve-yanacagi-kosmik-ucuslari-dieyise-biler
    Elm & Texnologiya

    NASA-nın yeni nüvə yanacağı kosmik uçuşları dıəyişə bilər

    Alimlər dərin kosmosda istifadə olunan kosmik aparatlara enerji təmin edən radioizotop generatorlar üçün alternativ nüvə yanacağı kimi amerisium-241-in sınaqlarını keçiriblər.
    cinin-tecrubi-6g-sebekesi-rekord-yukleme-suretini-sergileyib
    Elm & Texnologiya

    Çinin təcrübi 6G şəbəkəsi rekord yükləmə sürətini sərgiləyib

    Dünya hələ 5G texnologiyasını mənimsəmək mərhələsində olduğu halda, Çin artıq növbəti nəsil rabitəyə doğru irəliləyir. Telekommunikasiya şirkəti China Mobile 6G texnologiyasının testində irəliləyiş əldə etdiyini açıqlayıb
    neuralink-her-il-20-000-insana-beyin-cipi-yerlesdirmeyi-planlasdirir
    Elm & Texnologiya

    Neuralink hər il 20 000 insana beyin çipi yerləşdirməyi planlaşdırır

    Hazırda Neuralink-in beyin implantları klinik sınaqlar çərçivəsində müxtəlif səbəblərdən iflic olmuş 7 şəxsə implantasiya edilib. Bloomberg nümayəndələrinin əldə etmiş olduqları investor sənədlərində şirkətin illik gəlirini 1 milyard dollara çatdırmaq və növbəti onilliyin əvvəlindən etibarən hər il 20 000 nəfərin beyninə implant yerləşdirmək planlarından bəhs olunur.
    turkiye-oz-istehsali-olan-ilk-ses-ballistik-raketini-teqdim-edib
    Elm & Texnologiya

    Türkiyə öz istehsalı olan ilk səs ballistik raketini təqdim edib

    İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) Türkiyənin Roketsan şirkəti ölkənin istehsal etdiyi ilk hiper­səs ballistik raketini təqdim edib. Söhbət, Tayfun Block-4 adlı raketdən gedir.
    bedenin-wi-fi-siqnalina-tesiri-esasinda-insanin-identifikasiyasi-texnologiyasi-hazirlanib
    Elm & Texnologiya

    Bədənin Wi-Fi siqnalına təsiri əsasında insanın identifikasiyası texnologiyası hazırlanıb

    Roma Sapienza Universitetindən olan italyan alimlər WhoFi adlı bir sistem hazırlayıblar. Bu sistem insanları onların bədənlərinin yaratdıqları unikal Wi-Fi siqnalı təhriflərinə əsasən tanıya bilir.