Logo
    main-post-cover

    Trump administrasiyası iqlim dəyişikliyi ilə bağlı sübutları məhv etmək istəyir

    Elm & Texnologiya
    23.07.2025
    Emil
         Donald Trump administrasiyası tərəfindən təklif olunan Yer iqliminə nəzarət üzrə milli xidmətlərin büdcə layihəsi, parnik effektinin artımını məhdudlaşdırmağa yönəlmiş bütün iqlim təşəbbüslərini ləğv edən bir sıra müddəaları əhatə edir. Hər şeydən əvvəl, bu büdcə layihəsi iqlimşünaslığın əsasını təşkil edən - Yer atmosferindəki CO2 konsentrasiyasına davamlı nəzarət edən stansiyaların fəaliyyətinə son qoyacaq. Bu stansiyalar 1958-ci ildən etibarən işləyirdi və onların bağlanması bəşəriyyətin iqlim cinayətlərinin sübutlarının məhv edilməsinə gətirib çıxaracaq. Büdcə layihəsində Havaydakı Mauna-Loa rəsədxanasının bağlanmasından bəhs olunur. Gənc alim Charles David Keeling Mauna-Loa dağında, 4 km-dən yuxarı yüksəklikdə, atmosferdə karbon qazı miqdarını ölçmək üçün məlumatların toplanmasını təşkil etmişdi.
         Bu məlumatlar 1958-ci ildən fasiləsiz olaraq toplanırdı və zamanla Yer atmosferində CO2 konsentrasiyasının artımını sübut edən əsas elmi baza halına gəlmişdi. Bu, məşhur Keeling qrafikinin yaranmasına səbəb oldu. Həmin qrafikdə əks olunan məlumatlar Yer kürəsində iqlim dəyişikliyinə insan təsirini sübut edən bir çox elmi tədqiqatların əsasını təşkil edib. Havay adalarında sənaye istehsalı olmadığı üçün hesab olunur ki, 4 km-dən yuxarı yüksəklikdəki havanın kimyəvi tərkibi Yer atmosferinin orta vəziyyətini əks etdirir. Aydındır ki, məlumatların toplanması davam etsəydi, rəsədxana insanlığın əleyhinə kompromat xarakterli sübutlar toplamağa davam edəcəkdi - çünki insanlıq artıq qlobal istiləşmənin qarşısını almaq üçün addımlar atmır, halbuki bu proses parnik qazlarının emissiyasının artması ilə qaçılmaz şəkildə bağlıdır.
         Belə şəraitdə alimlər haqlı olaraq həyəcan təbili çala bilərdilər - çünki rəqəmlərlə mübahisə aparmaq çətindir. Buna görə də ABŞ-da hakimiyyət problemi “bir zərbə ilə” həll etməyə üstünlük verib: Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) üçün maliyyələşməni dayandırmaqla. Bu isə birbaşa Mauna-Loa rəsədxanasının fəaliyyətinə təsir göstərəcək. Təkcə rəsədxananın bağlanması ilə məsələ bitmir. ABŞ-ın bir sıra aparıcı iqlim təşkilatlarının rəhbərliyinə Trump tərəfindən təyin olunmuş şəxslər gətirilib və onlar açıq şəkildə əvvəlki iqlim nəticələrinin yenidən nəzərdən keçiriləcəyini və yeni vəzifələrin müəyyən olunacağını bildirirlər.
         Məsələn, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) bəyan edib ki, parnik qazları üzrə hesabatlılıq tələb edən və iri sənaye mənbələrinin emissiyalarını açıqlamasını nəzərdə tutan “çətinlik yaradan” Parnik Qazları Hesabat Proqramını (GHGRP) yenidən nəzərdən keçirir. Ətraf Mühitin Mühafizəsi Agentliyinin daha radikal addımı isə 2009-cu ildə qəbul etdiyi və son 16 il ərzində iqlim gündəmini dəstəkləyən əsas sənədi - ətraf mühitə təhlükə barədə əsas nəticəni - yenidən nəzərdən keçirəcəyini (əslində isə - dəyərdən salacağını) bəyan etməsi oldu. Bu sənəd indi “həddindən artıq” adlandırılır və bildirilib ki, amerikalılar üçün trilyonlarla dollar xərcə səbəb olub. Yeni rəhbərlik tərəfindən yayımlanan bəyanatda EPA bildirib: “Trump administrasiyası milli rifahı, enerji təhlükəsizliyini və xalqımızın azadlığını, sənayemizi, hərəkət imkanlarımızı və istehlak seçimlərimizi boğan, eyni zamanda xaricdəki rəqiblərimizə fayda verən bir proqram naminə qurban verməyəcək”.
    Paylaş
    Bənzər xəbərlər
    trump-administrasiyasi-spacex-ile-olan-dovlet-muqavilelerini-le
    Tech-Biznes

    Trump administrasiyası SpaceX ilə olan dövlət müqavilələrini ləğv edə bilməz

    ABŞ prezidenti Donald Trump ilə SpaceX şirkətinin qurucusu Elon Musk arasında yaranmış fikir ayrılıqları aerokosmik şirkətin hökumətlə olan çoxmilyardlıq müqavilələrini təhlükə altına qoyub.
    iqlim-deyisikliyi-melumat-emali-merkezlerine-menfi-tesir-gosterir
    Elm & Texnologiya

    İqlim dəyişikliyi məlumat emalı mərkəzlərinə mənfi təsir göstərir

    XDI Systems-in hesabatına görə, məlumat emalı mərkəzləri (MEM) iqlim dəyişikliyindən getdikcə daha çox təhlükə altına düşürlər. “2025 Global Data Centre Physical Climate Risk and Adaptation Report” adlı sənəddə dünya üzrə 8868 MEM-in göstəriciləri təhlil edilib.
    ekstremal-isti-hava-qicolmalara-koma-ve-olum-risklerini-artirir
    Elm & Texnologiya

    Ekstremal isti hava qıcolmalara, koma və ölüm risklərini artırır

    Yeni bir araşdırmada alimlər temperaturun yüksəlməsi ilə qıcolmalara, komaya və ölümə səbəb ola biləcək bir vəziyyət arasında əlaqə aşkar ediblər.
    alimler-co2-ni-sekere-cevirmeyi-bacariblar
    Elm & Texnologiya

    Alimlər CO2-ni şəkərə çevirməyi bacarıblar

    Çinli alimlər perspektivli bir kəşfə imza atıblar. Onlar karbon qazını səmərəli şəkildə mürəkkəb karbohidratlara çevirməyi öyrəniblər: şəkər, fruktoza, qlükoza və digər üzvi maddələr, hansı ki, qida və kimya sənayesində istifadə oluna bilər.
    trump-rusumlari-yaxin-zamanda-elektronika-mehsullarinin-qiymetlerinde-artima-sebeb-olacaq
    Cihazlar+

    Trump rüsumları yaxın zamanda elektronika məhsullarının qiymətlərində artıma səbəb olacaq

    Trump administrasiyasının tətbiq etdiyi ticarət rüsumları qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Son hesabatlar yaxın aylarda texnologiya məhsullarının bahalaşacağını proqnozlaşdırır.