Logo
    main-post-cover

    Super Yer tipli planetlərin sayı düşünüldüyündən daha çox imiş

    Elm & Texnologiya
    25.04.2025
    Emil
         Astronomlar aşkar ediblər ki, ölçüsü təxminən Yer kürəsindən 2 dəfə böyük olan qaya tərkibli planetlər ulduzlarından əvvəl düşündüyümüzdən daha uzaqda mövcud ola bilirlər. Bu isə o deməkdir ki, Yer tipli planetlər kainatda əvvəlki ehtimallardan daha çox yayılıb. Ölçüsü Yerin ölçüsündən 2 dəfə böyük olan qaya tərkibli planetlərə Super Yer deyilir. Onların ölçüsü Neptunun ölçüsünü keçmir (Neptun Yerdən 4 dəfə böyükdür). Astronomlar uzaq bir ulduz sistemində yeni bir Super Yer aşkar ediblər. Məlum olub ki, bu planet təxminən Yerdən 2 dəfə böyükdür və öz ulduzunun ətrafında Saturnun Günəş ətrafındakı məsafəsindən daha uzaq orbitdə fırlanır.
         Belə uzaq orbitlərdə alimlər əvvəllər yalnız Yer kürəsindən yüzlərlə və ya minlərlə dəfə böyük planetlər tapmışdılar, buna görə də bu kəşf astronomlar üçün gözlənilməz olub. Bu planet daha geniş müşahidə nümunəsinin bir hissəsidir və bu da göstərir ki, ulduzlarından böyük məsafədə yerləşən Super Yer tipli planetlər əvvəl düşünüləndən daha geniş yayılıb. Bu da alimlər üçün başqa bir sürpriz olub. Əvvəllər astronomlar hesab edirdilər ki, Super Yer tipli planetlər öz ulduzlarının ətrafında, Yer kürəsinin Günəş ətrafında dövr etdiyi məsafəyə bənzər məsafədə fırlanırlar. Bu məsafə 150 milyon kilometr və ya 1 astronomik vahiddir.
         Lakin indi araşdırmalar göstərib ki, belə planetlər ulduzlarından daha böyük məsafələrdə, təxminən 10 astronomik vahid uzaqlıqda da mövcuddur. Əvvəllər alimlər düşünürdülər ki, bu cür uzaq məsafələrdə Super Yer tipli planetlər ümumiyyətlə mövcud olmaya bilər, lakin məlum olub ki, bu, doğru deyil. Astronomlar bu araşdırmada planetin aşkarlanması üçün mikrolinzələmə üsulundan istifadə ediblər. Mikrolinzələmə uzaq obyektlərdən gələn işığın arada yerləşən cisim, məsələn bir planet tərəfindən gücləndirilməsi effektidir. Bu metod ulduzlarından böyük məsafələrdə yerləşən planetləri tapmaq üçün xüsusilə effektiv sayılır.
         Alimlərin sözlərinə görə, Super Yer tipli planetlərin, Günəşdən Yupiter və Saturn qədər uzaqda yerləşən məsafələrdə daha çox sayda mövcud olması digər ulduzların yaşayış zonalarının anlaşılmasını yaxşılaşdırmağa kömək edə bilər. Yaşayış zonası - ulduzun ətrafında elə bir sahədir ki, burada Yer tipli planetlərin səthində maye halında suyun mövcudluğu üçün uyğun şərait olur. Əgər planet ulduza daha yaxın yerləşirsə, su buxarlanır, əgər daha uzaqdadırsa, donur. Su isə həyatın yaranması üçün əsas komponentlərdən biridir.
         Baxmayaraq ki, Yupiter və Saturn Günəşin yaşayış zonasından kənarda yerləşir, daha isti ulduzların ətrafında bənzər orbitlərdə dövr edən Super Yer tipli planetlər daha geniş yaşayış zonasına düşə və bu zonada yerləşə bilərlər. Alimlər deyirlər ki, digər ulduzların ətrafındakı yaşayış zonalarını ümumilikdə daha yaxşı dərk etməyin ən yaxşı yolu Super Yer tipli planetlərin daha böyük bir populyasiyasının xüsusiyyətlərini ölçməkdir. Bu ölçmələr yaşayış zonasının xüsusiyyətləri haqqında yeni anlayışlar verəcək və Yerə bənzər planetlərin populyasiyasının xüsusiyyətlərini daha dəqiq müəyyən etməyə kömək edəcək. Astronomlar ulduzlarından uzaqda yerləşən daha çox Super Yer tipli planet tapmaq ümidi ilə yeni planet sistemlərinin axtarışını davam etdirəcəklər.
    Mənbə: Space.com
    Paylaş
    Bənzər xəbərlər
    alimler-qaranliq-maddeye-sahib-olmayan-qalaktikani-kesf-edibler
    Elm & Texnologiya

    Alimlər qaranlıq maddəyə sahib olmayan qalaktikanı kəşf ediblər

    Astronomlar tərkibində çox güman ki, qaranlıq maddə olmayan bir qalaktika aşkarlayıblar. Bu maddə kainatın əsas kütləsini təşkil edən, tutula bilməyən bir substansiyadır. Lakin bu qalaktikanın necə formalaşdığını alimlər hələlik izah edə bilmirlər, baxmayaraq ki, bəzi ehtimallar mövcuddur.
    cin-mars-suxur-numunelerini-bu-onilliyin-sonuna-kimi-geri-qaytarmaga-hedeflenib
    Elm & Texnologiya

    Çin Mars süxur nümunələrini bu onilliyin sonuna kimi geri qaytarmağa hədəflənib

    Çin Milli Kosmik İdarəsi (CNSA) “Tianwen-3” missiyası çərçivəsində Marsdan süxur nümunələrinin Yerə qaytarılması ilə bağlı beynəlxalq əməkdaşlıq planlarını elan edib. Missiya çərçivəsində tərəfdaşlar sadəcə müşahidəçi yox, Çinlə bərabər Qırmızı planetin tam hüquqlu tədqiqatçıları olacaqlar.
    mis-esasli-en-mohkem-yeni-erinti-hazirlanib
    Elm & Texnologiya

    Mis əsaslı ən möhkəm yeni ərinti hazırlanıb

    Alimlər indiyə qədər yaradılmış mis əsaslı materiallar arasında ən möhkəmlərindən biri olan yeni bir ərinti hazırlayıblar. Bu supermöhkəm mis ərintisi daha təkmilləşdirilmiş təyyarə və kosmik gəmi istehsalı üçün istifadə oluna bilər.
    abs-da-beyin-kocu-baslayib-sebeb-nedir
    Elm & Texnologiya

    ABŞ-da "beyin köçü" başlayıb: Səbəb nədir?

    ABŞ-da elmi maliyyələşmənin və qrantların Trump administrasiyası dövründə kəskin şəkildə azalması fonunda amerikalı alimlər getdikcə daha çox xaricdə iş axtarırlar.
    yeni-kosmoloji-ferziyye-boyuk-partlayisi-inkar-edir
    Elm & Texnologiya

    Yeni kosmoloji fərziyyə Böyük partlayışı inkar edir

    Böyük partlayış nəzəriyyəsi - nüfuzlu olsa da - yalnız bir nəzəriyyədir və kosmologiyada mövcud olan bir çox fərziyyələrdən biridir. Yeni bir ehtimala görə, kainat tədricən, saysız hadisələr seriyası - yəni “zaman sinqulyarları” adlandırılan partlayışlarla yaranıb.