Logo
    main-post-cover

    Subflaqman smartfonlar üçün MediaTek Dimensity 9400e prosessoru təqdim olunub

    Elm & Texnologiya
    15.05.2025
    Emil
         MediaTek şirkəti orta büdcəli flaqman smartfonlar üçün nəzərdə tutulmuş Dimensity 9400e adlı yeni prosessorunu təqdim edib. Bu yeni prosessor Dimensity 9400 Dimensity 9400+ arasında yerləşir. Beləliklə Dimensity 9400e prosessoru TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb və özündə 8 nüvəni birləşdirir. Nüvələr prosessor tərkibində “1 + 3 + 4” sxemi üzrə yerləşiblər. Yəni prosessor özündə 3.4 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsini, 2.85 GHz tezlikdə çalışan 3 ədəd Cortex-X4 nüvəsini və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A720 nüvəsini birləşdirir.
         Prosessorda qrafik imkanlardan Immortalis-G720 MC12 qrafik çipi cavabdehdir. Bu çip üstəlik ray-tracing texnologiyasını dəstəkləyir. Dimensity 9400e prosessoru 120 Hz-ə qədər təsvir yenilənməsinə sahib 4K keyfiyyətli ekranları, 320 MP-ə kimi olan kameraları, LPDDR5T standartlı RAM yaddaşlarını və UFS 4.0 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Üstəlik prosessorda Bluetooth 6.0Wi-Fi 7-nin dəstəyi də reallaşdırılıb. MediaTek Dimensity 9400e-yə sahib ilk smartfonlar yaxın zamanda təqdim olunmalıdır.
    Mənbə: GSMarena
    Paylaş
    Bənzər xəbərlər
    mediatek-dimensity-9500-flaqman-prosessorunun-bezi-teferruatlari-aciqlanib
    Elm & Texnologiya

    MediaTek Dimensity 9500 flaqman prosessorunun bəzi təfərrüatları açıqlanıb

    MediaTek şirkəti bu il ərzində Dimensity 9500 adlı yeni flaqman prosessorunu təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder MediaTek-in bu yeni flaqman prosessoru barəsində ilk məlumatları təqdim edib.
    5g-destekli-bahali-olmayan-smartfonlar-ucun-mediatek-dimensity-6400-prosessoru-teqdim-edilib
    Elm & Texnologiya

    5G dəstəkli bahalı olmayan smartfonlar üçün MediaTek Dimensity 6400 prosessoru təqdim edilib

    MediaTek şirkəti 5G dəstəkli bahalı olmayan smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, Dimensity 6400-dən gedir.
    mediatek-dimensity-9500-flaqman-prosessoru-baresinde-ilk-melumatlar-verilib
    Elm & Texnologiya

    MediaTek Dimensity 9500 flaqman prosessoru barəsində ilk məlumatlar verilib

    MediaTek şirkəti oktyabr ayında Dimensity 9400 adlı flaqman prosessorunu təqdim etmişdi. Son məlumatlara əsasən isə şirkət artıq növbəti flaqman prosessorunun hazırlanmasına start verib. Söhbət, Dimensity 9500 prosessorundan gedir.
    mediatek-dimensity-8400-subflaqman-prosessoru-teqdim-edilib
    Elm & Texnologiya

    MediaTek Dimensity 8400 subflaqman prosessoru təqdim edilib

    MediaTek şirkəti daha öncə də söz vermiş olduğu kimi yeni subflaqman prosessorunu təqdim edib. Söhbət, MediaTek Dimensity 8400 prosessorundan gedir. Beləliklə bu yeni prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb.
    mediatek-dimensity-8400-prosessorunun-teqdimati-elan-edilib
    Elm & Texnologiya

    MediaTek Dimensity 8400 prosessorunun təqdimatı elan edilib

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, MediaTek şirkəti bu ayın sonuna kimi yeni subflaqman prosessorunu təqdim edəcək. Söhbət, MediaTek Dimensity 8400-dən gedir.