Logo
    main-post-cover

    SpaceX 10-cu cəhddən Starship-in uğurlu sınaq uçuşunu reallaşdıra bilib (VİDEO)

    Elm & Texnologiya
    27.08.2025
    Emil
         SpaceX-in nəhəng raketi Starship bu ilin uğursuz buraxılışlar silsiləsini qıraraq 10-cu sınaq uçuşunu həyata keçirdi. Raket missiyanın əsas məqsədlərinin demək olar ki, hamısına çatdı - faydalı yük imitatorlarının orbitə çıxarılmasından tutmuş gəminin Yer kürəsinin digər tərəfində suya enməsinə qədər. SpaceX şirkətinə məxsus çoxistifadəli daşıyıcı raket, sürətləndirici pillə Super Heavy və Starship gəmisindən ibarətdir və hündürlüyü 120 metrdən çoxdur. Yeni uçuş testinin startı planlaşdırılandan 2 gün gec baş tutdu: ilk dəfə yerüstü avadanlıqdakı nasazlığa, ikinci dəfə isə əlverişsiz hava şəraitinə görə təxirə salınmışdı. Gəminin qalxışı, görünür, plan üzrə baş verdi, yalnız Super Heavy sürətləndirici blokundakı 33 Raptor mühərrikindən birinin vaxtından əvvəl sönməsi istisna olmaqla. Starship öz 6 Raptor mühərrikinin normal işə salınmasından sonra planlaşdırılmış suborbital trayektoriyaya çıxdı.
         Bundan sonra Starship kosmosda ilk dəfə olaraq 8 Starlink peykinin kütlə-ölçü imitatorlarını yerləşdirdi. Təxminən startdan 37 dəqiqə sonra 6 Raptor mühərrikindən 1-i bir neçə saniyəlik işə salındı ki, bu da daha əvvəl yalnız bir əvvəlki Starship uçuşunda yoxlanılmışdı. Bu, gəminin sınaqlarında daha bir mühüm mərhələ oldu. Daha sonra Starship arxa hissəsi və qapaqlardan birində aldığı zədələrə baxmayaraq atmosferə təkrar daxil olmağı bacardı. Bu zədələr gəminin Hind okeanında nəzərdə tutulmuş suya enmə zonasına daxil olmasına və müşahidə kamerası olan nişanlayıcı boya çərçivəsində mühərrikləri üzərində yumşaq eniş etməsinə mane olmadı. Bundan sonra isə o, gözlənildiyi kimi aşaraq partladı. 10-cu sınaq uçuşu - 2025-ci ildə dördüncü - 3 uğursuz cəhddən sonra baş tutdu.
         Həmin uçuşlarda Starship ya startdan az sonra dağılır, ya da kosmosda sıradan çıxırdı. Hesab olunur ki, şirkət demək olar bütün uğursuzluqların səbəblərini müəyyən edib və gəminin konstruksiyasında dəyişikliklər edib. 10-cu buraxılışdan əvvəl SpaceX rəhbəri Elon Musk-ın Starship-in yeni xüsusiyyətlərini açıqlayacağı gözlənilirdi, lakin bu, baş vermədi. Uğurlu Starship sınaqları iddialı məqsədlərə - insanı Aya qaytarmaq və ekipajı Marsa göndərmək - nail olmağın təminatı hesab olunur. Bununla belə, şirkət hələ əsas testlərdən birini - kosmosda gəminin yanacaqla yenidən doldurulması əməliyyatını həyata keçirməyib. Bu əməliyyat baş tutmasa, NASAArtemis” missiyalarının vaxtında dəyişikliklərə səbəb ola bilər. Amma SpaceX rəhbərliyi əmindir ki, əgər amerikalılar 2027-ci ilin ortalarında Aya enməsələr, bu, şirkətin günahı olmayacaq.
    Paylaş
    Bənzər xəbərlər
    cinliler-tankin-idaresi-ucun-artiq-ar-cihazdan-istifade-edirler-video
    Elm & Texnologiya

    Çinlilər tankın idarəsi üçün artıq AR cihazdan istifadə edirlər (VİDEO)

    Çində sentyabr ayında planlaşdırılan hərbi paraddan əvvəl ölkənin küçələrində əvvəllər rəsmi şəkildə təqdim olunmamış yeni hərbi texnika nümunəsinin göründüyü barədə məlumatlar getdikcə daha çox dərc olunur.
    unitree-sirketi-robotlar-ucun-kecirilmis-yarislarda-en-cox-qizil-medal-sahibi-olub
    Elm & Texnologiya

    Unitree şirkəti robotlar üçün keçirilmiş yarışlarda ən çox qızıl medal sahibi olub

    Unitree şirkətinin insanabənzər robotları 14-17 avqust tarixlərində Pekində keçirilmiş ilk Dünya İnsanabənzər Robot Oyunlarında ən çox qızıl və digər medalları qazanıblar.
    azerbaycan-xezer-denizinde-turkiye-istehsali-suustu-herbi-pilotsuz-aparati-sinaqdan-kecirib
    Elm & Texnologiya

    Azərbaycan Xəzər dənizində Türkiyə istehsalı suüstü hərbi pilotsuz aparatı sınaqdan keçirib

    Azərbaycan Hərbi Dəniz Qüvvələri ilk dəfə olaraq Xəzər dənizində keçirilmiş təlimlər zamanı Türkiyə istehsalı pilotsuz suüstü aparatı (BNA) Salvo-nu fəaliyyət üzərində nümayiş etdirib.
    abs-in-yeni-ay-yarisinda-cine-uduzmasi-boyuk-geosiyasi-neticelere-sebeb-olacaq
    Elm & Texnologiya

    ABŞ-ın yeni Ay yarışında Çinə uduzması böyük geosiyasi nəticələrə səbəb olacaq

    Yayın 2 ayı ərzində Çin Ayda insanın enişi üçün vacib olan bir sıra əsas sınaqları həyata keçirib: daşıyıcı raket, kosmik gəmi və eniş modulu. Bu, Çinin insanları Ayın səthinə ən gec 2030-cu ilə qədər endirmə planlarını və imkanlarını təsdiqləyir.
    cinliler-elektromobillerin-yurus-mesafesini-artiran-litium-metal-batareyasini-hazirlayiblar
    Elm & Texnologiya

    Çinlilər elektromobillərin yürüş məsafəsini artıran litium-metal batareyasını hazırlayıblar

    Çin alimləri 600 Vt·saat/kq enerji sıxlığına malik litium-metal batareyanın yaradıldığını elan ediblər - bu, Tesla-nın ən yaxşı batareyalarının səviyyəsindən 2 dəfə, BYD-nin kütləvi istehsal etdiyi həllərdən isə təxminən 4 dəfə çoxdur.