Logo
    main-post-cover

    Otaq temperaturunda parçalanan yeni bioplastik hazırlanıb

    Elm & Texnologiya
    05.08.2025
    Emil
         ABŞ-dan olan alimlər ənənəvi plastik qablaşdırmaya ekoloji alternativ ola biləcək yeni növ bioplastik hazırlayıblar. Onlar yarpaq quruluşundan ilhamlanaraq, mövcud bioplastik materialın iki qatı arasına sellüloza təbəqəsi yerləşdiriblər. Nəticədə həm möhkəm, həm də çoxfunksiyalı bir material əldə olunub. Bu material otaq temperaturunda parçalanır, möhkəmlik baxımından polietilen polipropilenə uduzmur və ətraf mühit üçün təhlükəsizdir. Plastik qablaşdırma bazarının illik dövriyyəsi 23.5 milyard dollar təşkil edir. Bu sahədə əsasən polietilen və polipropilen - neftdən alınan və zərərli mikroplastiklərə parçalanan polimerlər - üstünlük təşkil edir. Problemin həlli üçün alimlər bioplastik - ənənəvi plastikə bioparçalanan alternativlər - hazırlayırlar. Lakin bioplastikin də məhdudiyyətləri var: bu materiallar neft əsaslı analoqlarla müqayisədə daha az möhkəmdir və parçalanmaq üçün yüksək temperaturlu kompostlaşdırma tələb edir.
         Vaşinqton Universitetinin alimləri təbiətdən ilhamlanaraq bir həll yolu təklif ediblər. Plastikdən çox əvvəl insanlar qidaları yarpaqlara bükür, bu yarpaqlar isə sellüloza quruluşu sayəsində asanlıqla parçalanırdı. Tədqiqatçılar davamlı və ekoloji cəhətdən təhlükəsiz bioplastik yaratmaq üçün sellüloza nanoliflərindən istifadə etməyə qərar veriblər. Alimlər mərkəzi təbəqəsi sellülozadan ibarət olan və hər iki tərəfdən bioplastik qatlarla əhatələnmiş çoxqatlı material hazırlayıblar. Burada əsas rol sellüloza fibrillərinə - yarpaq quruluşunu təqlid edən mikroskopik liflərə məxsusdur. Bu konstruksiya materialın möhkəmliyini artırmağa və əksər bioplastik növlərinə xas olan məhdudiyyətləri aradan qaldırmağa imkan verib.
         Tədqiqatçılar işlərində ən çox yayılmış iki növ bioplastikdən istifadə ediblər - nişastadan alınan polihidroksibutirat (PHB) və polilaktik turşusu (PLA). Bu materialları sellüloza nanoliflərilə birləşdirərək, onlar yeni bir bioplastik əldə ediblər və ona LEAFF (çoxqatlı ekoloji təkmilləşdirilmiş plyonka) adını veriblər. LEAFF otaq temperaturunda parçalanır və qablaşdırma üçün vacib xüsusiyyətlərə malikdir - havaya və nəmişliyə qarşı aşağı keçiricilik, eləcə də üzərinə çap edilə bilmə qabiliyyəti, bu da markalanmanı asanlaşdırır. Sellüloza strukturu bu materiala ənənəvi neft əsaslı plastiklərdən, polietilen və polipropilendən daha yüksək dartılma möhkəmliyi verir. Tədqiqatçılar bu texnologiyanın tezliklə tətbiq olunacağına ümid edirlər və hesab edirlər ki, bu, təkcə ekoloji zərərin azaldılmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
    Paylaş
    Bənzər xəbərlər
    plastik-materiallarin-parcalanmasi-ucun-mum-qurdlarindan-istifade-nezerden-kecirilir
    Elm & Texnologiya

    Plastik materialların parçalanması üçün mum qurdlarından istifadə nəzərdən keçirilir

    Dünya plastik material ilə doludur. O, insan qanında, quruda və okeanlarda mövcuddur və tam parçalanması yüzlərlə il tələb edir. Yeni məlumata əsasən yeni araşdırmalara görə, plastiyad tırtıllar plastiki bir neçə gün ərzində parçalaya və onu yağ formasında toplaya bilirlər.
    bakteriyalar-plastik-materiali-parasetamola-cevirmeyi-oyrenibler
    Elm & Texnologiya

    Bakteriyalar plastik materialı parasetamola çevirməyi öyrəniblər

    Parasetamol xam neftdən istehsal olunur ki, bu da böyük enerji sərfiyyatı tələb edir və karbon qazı emissiyalarına səbəb olur. Edinburq Universitetinin alimləri alternativ üsul tapıblar.
    yeni-plastik-material-bir-geceye-suda-parcalanir
    Elm & Texnologiya

    Yeni plastik material bir gecəyə suda parçalanır

    Yaponiyadakı Fiziki-Kimyəvi Tədqiqatlar İnstitutunun alimləri supramolekulyar polimerlər əsasında hazırlanmış yeni plastik material yaradıblar.
    yeni-plastik-cirklenme-menbeyi-askar-edilib
    Elm & Texnologiya

    Yeni plastik çirklənmə mənbəyi aşkar edilib

    Araşdırmalar göstərir ki, mikroskopik plastik hissəcikləri artıq torpağa, havaya və su hövzələrinə nüfuz edib. Hətta insan orqanizmində və delfinlərin ağciyərlərində belə aşkar edilib. İndi alimlər daha bir gözlənilməz plastik çirklənmə mənbəyi tapıblar.
    antarktikanin-en-uzaq-ve-elcatmaz-erazilerinde-mikroplastik-hisseciklere-rast-gelinib
    Elm & Texnologiya

    Antarktikanın ən uzaq və əlçatmaz ərazilərində mikroplastik hissəciklərə rast gəlinib

    Aparılmış yeni araşdırma çərçivəsində alimlər Antarktikanın ən uzaq bölgələrində mikroplastik hissəciklər aşkar ediblər. Bu da Yer üzündə artıq tam təmiz qalmış heç bir yerin olmadığını göstərir.