
Orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 7s Gen 4 prosessoru təqdim olunub
Elm & Texnologiya
20.08.2025
Emil
Qualcomm şirkəti Snapdragon 7s Gen 3-ün təqdimatından 1 il sonra onun davamçısı olan Snapdragon 7s Gen 4 prosessorunu təqdim edib. Orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş bu yeni prosessor özündə süni intellekt dəstəyini qoruyub saxlayıb və üstəlik daha sürətli mərkəzi və qrafik çipi əldə edib. Ümumiyyətlə yeni prosessor keçən ilki Snapdragon 7s Gen 3-dən çox az fərqlənir. Snapdragon 7s Gen 4 sadəcə olaraq 7% daha sürətli çalışır.

4 nanometrlik texnoloji proses əsasında hazırlanmış bu yeni prosessor 8 nüvəlidir və nüvələr onun tərkibində “1 + 3 + 4” sxemi üzrə yerləşiblər. Bu isə o deməkdir ki, Snapdragon 7s Gen 4 özündə 2.7 Ghz tezlikli 1 ədəd Cortex-A720 nüvəsini, 2.4 GHz tezlikli 3 ədəd Cortex-A720 nüvəsini və 1.8 Ghz tezlikli 4 ədəd Cortex-A520 nüvəsini birləşdirir. Yeni prosessor 144 Hz-ə kimi təsvir yenilənməsinə və 2900x1300 pikselə qədər olan ekranları, 200 MP-ə qədər olan kameraları, Bluetooth 5.4-ü və Wi-Fi 6E-ni dəstəkləyir. Gözləntilərə əsasən Snapdragon 7s Gen 4-ü əldə edəcək ilk smartfon yaxın günlərdə təqdimatı baş tutacaq REDMI Note 15 Pro+ olacaq.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Xiaomi flaqman smartfonlarını Qualcomm prosessorları ilə təmin etməyə davam edəcək
Qualcomm və Xiaomi arasında əldə olunmuş razılaşmaya əsasən, Çin istehsalçısı öz mobil cihazlarında Snapdragon prosessorlarını quraşdırmağa davam edəcək.

Elm & Texnologiya
Qualcomm növbəti Snapdragon Elite flaqman prosessorunun təqdimat tədbirini anons edib
Computex 2025 beynəlxalq sərgisində Qualcomm şirkəti Snapdragon 8 Elite 2 flaqman prosessorunu təqdim ediləcəyi tədbiri elan edib.

Elm & Texnologiya
Orta büdcəli smartfonlar üçün Snapdragon 7 Gen 4 prosessoru təqdim edilib
Qualcomm şirkəti orta büdcəli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 7 Gen 4 adlı yeni prosessorunu təqdim edib.

Elm & Texnologiya
Snapdragon 8 Gen Elite prosessorunun imkanları açıqlanıb
Digital Chat Station ləqəbli məşhur insayder, Qualcomm şirkətinin 2025-ci ilin ikinci yarısında təqdim etməsi gözlənilən Snapdragon 8 Gen Elite 2 adlı flaqman mobil prosessorunun xüsusiyyətlərini açıqlayıb.

Elm & Texnologiya
Snapdragon 8s Gen 4 subflaqman prosessoru təqdim edilib
Qualcomm şirkəti Snapdragon 8s Gen 4 adlı yeni subflaqman prosessorunu təqdim edib. TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış bu yeni subflaqman prosessor özündə Oryon nüvələri əvəzinə Kryo nüvələrini birləşdirir.
Ən çox oxunanlar

iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ
