
OPPO Pad Air 2 planşetinin satış qiymətləri məlum olub
Elm & Texnologiya
22.11.2023
Emil
Bir neçə gün bundan öncə OPPO şirkəti OPPO Pad Air 2 planşetinin təqdimatını anons etdi. Sözügedən planşet artıq sabah OPPO Reno 11 smartfon seriyası ilə birgə təqdim olunacaq. İndi isə OPPO Pad Air 2-nin satış qiyməti məlum olub. Belə ki, sözügedən planşet Çinin China Telecom adlı mobil operatorunun saytında ortaya çıxıb. Mobil operatorun saytındakı məlumata əsasən OPPO Pad Air 2 planşeti bazara 6/8 GB RAM və 128/256 GB daxili yaddaş versiyalarında satışa çıxacaq. Məlumatda qeyd edilib ki, 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 183$-a, 8 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 211$-a, 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiya isə 239$-a satılacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OPPO Find X7-nin əldə edəcəyi kameralar məlum olub
Digital Chat Station ləqəbli məşhur insayder yaxın zamanda təqdim olunacağı gözlənilən OPPO Find X7 flaqman smartfonunun arxa kameraları barəsində yeni məlumatlar verib.

Elm & Texnologiya
OPPO Pad Air 2 planşetinin render fotoları təqdim edilib
Evan Blass adlı məşhur insayder 23 noyabr tarixində təqdim ediləcək OPPO Pad Air 2 planşetinin yeni render fotolarını təqdim edib.

Cihazlar+
OPPO Reno 11-in bəzi özəllikləri AnTuTu testləri sayəsində təsdiqlənib
OPPO şirkəti 23 noyabr tarixində OPPO Reno 11 smartfon seriyasını təqdim edəcək.

Elm & Texnologiya
OPPO Pad Air 2 planşetinin təqdimatı anons edilib
Artıq məlumdur ki, OPPO şirkəti 23 noyabr tarixində Reno 11 smartfon seriyasını təqdim edəcək.

Cihazlar+
OPPO Find X7-nin texniki göstəriciləri AnTuTu testləri sayəsində təsdiqlənib
OPPO şirkətinin hazırladığı OPPO Find X7 flaqman smartfonunun AnTuTu testlərindən keçdiyi məlum olub.
Ən çox oxunanlar

iPhone 17 modellərinin hansı hcəmdə RAM yaddaşına sahib olduqları məlum olub
