
NVIDIA ən büdcəli videokartı GeForce RTX 5050-ni təqdim edib - QİYMƏTİ
Elm & Texnologiya
25.06.2025
Emil
NVIDIA şirkəti GeForce RTX 50 videokart seriyasının ən büdcəli modelini təqdim edib. Söhbət, GeForce RTX 5050-dən gedir. Şirkətin bu yeni videokartı Blackwell arxitekturası əsasında hazırlanıb və o özündə GDDR6 standartlı 8 GB VRAM ilə 2560 ədəd CUDA nüvəsini birləşdirir. Müqayisə üçün qeyd etmək lazımdır ki, RTX 5060 modeli 3840 ədəd CUDA nüvəsinə sahibdir. Yeni RTX 5050-nin Boost rejimdə çalışma tezliyi 2.57 GHz, enerji sərfiyyatı isə 130 vatt təşkil edir. Sözügedən videokart NVIDIA-nın ray tracing və DLSS 4.0 texnologiyalarını dəstəkləyir. Nəticədə RTX 5050 ucuz qiymətə gaming videokartına sahib olmaq istəyən istifadəçilər üçün ideal seçimdir. Videokart gələn ayın sonunda satışa çıxacaq və onun qiyməti 249$ təşkil edəcək. Müəyyən müddətdən sonra isə şirkət onun noutbuklar üçün nəzərdə tutulmuş versiyasını da təqdim etməlidir.

Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Bu il NVIDIA serverlərinin quraşdırılması isə insanabənzər robotlar məşğul olacaqlar
Tayvanın texnologiya şirkəti Foxconn və ABŞ-nın süni zəka çip istehsalçısı NVIDIA, Hyuston şəhərində yerləşəcək Foxconn-un yeni zavodunda insanabənzər (humanoid) robotların tətbiqi ilə bağlı danışıqlar aparır.

Elm & Texnologiya
NVIDIA CEO-su robotların və avtonom maşınların onilliyini elan edib
NVIDIA şirkətinin baş direktoru Jensen Huang-ın Avropa səfəri təkcə VivaTech 2025 konfransında çıxışı ilə deyil, həm də verdiyi müsahibələrlə müşayiət olundu.

Elm & Texnologiya
NVIDIA büdcəli GeForce RTX 5050 videokartını təqdim etməyə hazırlaşır
İnsayderlərin vermiş olduqları məlumata əsasən NVIDIA şirkəti öz yeni videokartını təqdim etməyə hazırlaşır. Söhbət, GeForce RTX 5050-dən gedir.

Tech-Biznes
NVIDIA yenidən Microsoft-u geridə qoyaraq dünyanın ən bahalı şirkətinə çevrilib
3 iyun tarixində NVIDIA yenidən bazar dəyərinə görə lider şirkətə çevrilərək Microsoft-u geridə qoyub. Şirkətin səhmləri 2.9% bahalaşaraq bir ədəd üçün 141.40$-a çatıb.

Elm & Texnologiya
NVIDIA GeForce RTX 5080 Super və 5070 Super videokartları üzərində çalışır
NVIDIA tez-tez videokartlarının Super adlı versiyalarını buraxır və məlumata görə, 50-ci seriya da istisna olmayacaq. Bir neçə etibarlı mənbənin bildirdiyinə görə, şirkət RTX 5080 Super və 5070 Super modellərinin təqdimatına hazırlaşır.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
