Logo
    main-post-cover

    Mütəxəssis Tesla Optimus kimi insanabənzər robotların uğursuz olacaqlarını proqnozlaşdırır

    Elm & Texnologiya
    07.10.2025
    Emil
         Müasir humanoid (insanabənzər) robotlar, o cümlədən çox reklam olunan Optimus (Tesla) və Figure 02, inkişafın dalan qolu hesab olunur. Bu cür qəti hökmü sənayenin aparıcı simalarından biri, iRobot Rethink Robotics şirkətlərinin həmtəsisçisi Rodney Brooks verib. O öz pessimist proqnozunu 26 sentyabr 2025-ci ildə dərc olunmuş esse səhifələrində bölüşüb. “Niyə müasir humanoidlər çeviklik qazanmayacaq” adlı elmi məqaləsində Rodney Brooks müasir nəsil antropomorf robotların qaçılmaz uğursuzluğa düçar olacaqlarını proqnozlaşdırır. O, robot texnologiyasının son yarım əsrini - WABOT-1 ASIMO kimi pioner modellərdən tutmuş Boston Dynamics şirkətinin Atlas robotuna qədər - təhlil edərək ümidsiz bir nəticəyə gəlib. Onun tədqiqatının əsas ideyası bundan ibarətdir ki, sensorlar və prosessorlardakı təsirli texnoloji sıçrayışlara baxmayaraq, robot texnikasının əsas məqsədi olan incə motorika, yəni əllərin çevik hərəkət qabiliyyətinin inkişafı hələ də həllini tapmayıb.
         Brooks bu problemi obrazlı şəkildə “divar” adlandırır - yəni bütün robot istehsalçılarının qaçılmaz şəkildə toqquşduqları texnoloji maneə. Brooks bildirir ki, müasir robot öyrətmə metodikası məlumat növlərinin fundamental fərqlərinə görə uğursuzluğa məhkumdur. O, izah edir ki, nitq və şəkil tanıma modelləri böyük, lakin yaxşı etiketlənmiş və strukturlaşdırılmış məlumat dəstləri ilə işlədiklərinə görə uğur qazanıblar. Bunun əksinə olaraq, fiziki qarşılıqlı əlaqəni (məsələn, obyektin tutulması kimi) təsvir edən məlumatlar təbiətcə xaotik, qeyri-strukturlaşdırılmışdır və sonsuz sayda dəyişkəndən asılıdır. Onun sözlərinə görə, bütün mümkün fiziki manipulyasiyalar üçün universal bir “lüğət” yaratmaq mümkün deyil. “Tutma prosesi bu cür aydın strukturdan məhrumdur” - deyə Brooks qeyd edir və əlavə edir ki, süni intellektin digər sahələrində istifadə edilən metodların kor-koranə tətbiqi bu istiqamətdə nəticə verməyəcək.
         Milyardlarla dəyərində investisiyalar - o cümlədən Tesla, Figure AI Agility Robotics kimi texnoloji korporasiyaların universal robotların hazırlanmasına yönəltdikləri vəsaitlər - dalan texnologiyaya yatırılmış sərmayələrə çevrilə bilər. Belə bir xəbərdarlıq Rodney Brooks tərəfindən səsləndirilib. O, xüsusilə Elon Musk-ın minlərlə Optimus robotunun istehsalına dair planlarını şərh edərkən bu fikri vurğulayıb. Brooks-un fikrincə, həssas və etibarlı robot əllərinin yaradılması kimi ən çətin məsələnin həlli olmadan bütün bu layihələr bahalı marketinq kampaniyalarından başqa bir şey deyil. Onun haqlı olduğunu dolayı yolla təsdiqləyən faktlardan biri odur ki, Tesla-nın istehsal sahələrində çoxsaylı prototiplər toplanıb - əslində “əlsiz manekenlər” olan bu robotlar, nəhəng maliyyə yatırımlarına baxmayaraq, sənayenin hansı mərhələdə ilişib qaldığını açıq şəkildə göstərir.
         Texnoloji çətinliklərlə yanaşı, Brooks həm də sırf praktik təhlükəsizlik məsələlərinə toxunur. O, xatırladır ki, insan ölçüsündə olan yöndəmsiz bir robot yıxıldıqda, idarəolunmaz şəkildə hərəkət edən və dağıdıcı kinetik enerjiyə malik bir kütləyə çevrilir. Onun tövsiyəsi qətidir: təhlükəsizlik baxımından belə robotlardan azı 3 metr məsafədə qalmaq lazımdır. Bu arqument onu daha geniş nəticəyə gətirir: gələcəkdə “insanabənzərlik” konsepsiyası köklü şəkildə yenidən nəzərdən keçiriləcək. Brooks-un fikrincə, mühəndislər insan anatomiyasını kor-koranə təqlid etməkdən imtina edərək daha səmərəli və ixtisaslaşmış həllərə üstünlük verəcəklər - məsələn, düz səthlərdə hərəkət üçün ayaqlar əvəzinə təkərlərdən, müəyyən obyektlərlə işləmək üçün əllər əvəzinə vakuum tutacaqlardan və optimal görüntü təmin edən yerlərdə, yəni insan gözlərinin olduğu yerdə deyil, daha uyğun nöqtələrdə yerləşdirilmiş kameralardan istifadə ediləcək.
         Robototexnika sahəsində çalışan bir çox mütəxəssis üçün Brooks-un arqumentləri acı bir deja vu kimi səsləndi - bu, bir vaxtlar pilotsuz avtomobillərlə bağlı hekayəni xatırlatdı, harada ki, şişirdilmiş vədlər sərt reallıqla toqquşmuşdu. Məhz bu səbəbdən Reddit icmasının bir hissəsi müəllifin soyuqqanlı və realist baxışını yüksək qiymətləndirdi. Lakin Brooks-un fikirlərinə qarşı çıxan çoxsaylı opponentlər də tapıldı - onlar onu əsassız pessimizmdə günahlandırdılar. Tənqidçilərin fikrincə, Brooks əsas sahələrdə sürətli irəliləyişi nəzərə almır: obyektlərin toxunma hissini təmin edən realistik süni dəri yaradılması, daha dəqiq idarəetmə mexanizmlərinin hazırlanması və neyron şəbəkələrin mürəkkəb manipulyasiyalara öyrədilməsi kimi nailiyyətlər yaxın gələcəkdə çeviklik probleminin həllinə imkan verəcək.
    Paylaş
    Bənzər xəbərlər
    amazon-un-qurucusu-jeff-bezos-gelecekde-yer-kuresi-orbitinde-suni-intellekt-ucun-serverler-qurasdirilacaq
    Elm & Texnologiya

    Amazon-un qurucusu Jeff Bezos: "Gələcəkdə Yer kürəsi orbitində süni intellekt üçün serverlər quraşdırılacaq"

    Keçən həftə İtaliyanın Turin şəhərində keçirilmiş texnoloji konfransda çıxış etmiş Amazon şirkətinin qurucusu və keçmiş rəhbəri Jeff Bezos yalnız süni intellekt sahəsinin vəziyyətini və yaxın gələcəyini dəyərləndirməklə kifayətlənməyib, həm də 10-20 il ərzində kosmosda məlumat emalı mərkəzlərinin yaradılmasının mümkün olacağına inamını ifadə edib.
    tesla-optimus-kung-fu-doyus-senetini-oyrenib-video
    Elm & Texnologiya

    Tesla Optimus kung-fu döyüş sənətini öyrənib (VİDEO)

    Tesla-nın baş direktoru Elon Musk “Tesla Optimus kung-fu öyrənir” başlıqlı qısa bir video paylaşıb. Videoda humanoid (insanabənzər) robot Optimus bir insanla kung-fu sparrinqlərində iştirak edir.
    cin-kosmik-raket-istehsalini-avtomobil-istehsali-seviyyesine-catdirmaq-isteyir
    Elm & Texnologiya

    Çin kosmik raket istehsalını avtomobil istehsalı səviyyəsinə çatdırmaq istəyir

    Çinin aerokosmik sənayesi diqqətdən kənarda qalan, lakin potensial olaraq mühüm bir sənaye inqilabını yaşayır ki, bu da raket və peyk istehsalını avtomobil istehsalı qədər səmərəli edə bilər.
    efqanistanda-internet-elaqesi-tamamile-kesilib
    Elm & Texnologiya

    Əfqanıstanda internet əlaqəsi tamamilə kəsilib

    Azərbaycanda terrorçu təşkilat kimi tanınan Taliban hərəkatı 2021-ci ildə ABŞ hərbi kontingentinin ölkədən çıxmasından sonra Əfqanıstanda hakimiyyətə gəlib və bir neçə gün əvvəl ölkə ərazisində internet əlaqəsini tamamilə kəsib.
    avropa-ozunun-starship-ni-hazirlamaq-isteyir
    Elm & Texnologiya

    Avropa özünün Starship-ni hazırlamaq istəyir

    Avropa Kosmik Agentliyi (ESA) yüngül Avropa raketi Vega-nın yaradıcıları olan italyan şirkəti Avio ilə çoxistifadəli yuxarı pillənin hazırlanması üçün müqavilə imzalayıb. Bu mərhələ yükü orbitə çıxarmaq və təkrar buraxılış üçün Yerə qayıtmaq qabiliyyətinə sahib olacaq.