Logo
    main-post-cover

    Meta süni zəka üçün enerjini geotermal texnologiyalar vasitəsilə təmin etməyi hədəfləyib

    Elm & Texnologiya
    13.06.2025
    Emil
         Meta şirkəti XGS Energy ilə yeni geotermal texnologiyalar vasitəsilə istehsal olunan 150 meqavat karbon neytral elektrik enerjisinin tədarükü barədə razılaşma imzalayıb. Bu enerji, süni zəka ilə bağlı məlumatların emalı üçün Nyu-Meksikoda yerləşən Meta məlumat mərkəzlərinin ehtiyaclarını təmin etməyə kömək edəcək. Meta-nın süni zəkanın inkişafı ilə bağlı artan enerji tələbatı geotermal da daxil olmaqla alternativ enerji mənbələrinə olan tələbi artırır. Meta-nın enerji sahəsi üzrə rəhbəri Urvi Parekh-in sözlərinə görə, süni zəkanın inkişafı böyük enerji resursları tələb edir və geotermal texnologiyalar bu infrastrukturun mühüm bir hissəsinə çevrilə bilər. Geotermal enerji adətən coğrafi şəraitlə məhdudlaşır və əksər stansiyalar yeraltı isti su və ya buxar ehtiyatlarından istifadə edir.
         ABŞ-da geotermal elektrik stansiyaları ümumi elektrik enerjisi istehsalının 1%-dən azını təmin edir. Lakin XGS Energy kimi şirkətlər bu enerji növündən daha geniş şəkildə istifadə etməyə imkan verəcək texnologiyalar üzərində işləyirlər. Xüsusilə, XGS Energy quru süxurlardan istilik çıxarmağa imkan verən qurğular hazırlayır. Bu sistemlər suyun polad borular daxilində dövr etdiyi qapalı dövretmə texnologiyasına əsaslanır. Bu yanaşma, məsələn, Meta-nın məlumat mərkəzinin yerləşdiyi quraq bir region olan Nyu-Meksiko kimi yerlərdə su itkisini minimuma endirir.
         The Verge xəbər verir ki, Meta ilə XGS Energy arasında bağlanmış razılaşmanın maliyyə detalları açıqlanmır. Layihə iki mərhələdə həyata keçiriləcək və 2030-cu ilə qədər istifadəyə verilməsi planlaşdırılır. Bu da Meta-nın 2020-ci ildə elan etdiyi onilliyin sonuna qədər parnik qazı tullantılarını sıfıra endirmə məqsədinə uyğundur. Bununla belə, iqlim öhdəliklərinə baxmayaraq, Meta-nın karbon izi süni zəkanın sürətli inkişafı səbəbindən digər böyük texnologiya şirkətlərində olduğu kimi artmaqda davam edir. Şirkət daha əvvəl təmiz enerji əldə etmək məqsədilə köhnə bir nüvə reaktorunun fəaliyyətini bərpa etməyi planlaşdırdığını açıqlamışdı. Eyni zamanda ABŞ-ın cənub-şərqində yerləşən Luiziana ştatında yeni Meta məlumat mərkəzi üçün 3 qaz elektrik stansiyasının tikintisi nəzərdən keçirilir.
    Paylaş
    Bənzər xəbərlər
    meta-ai-haminin-cat-yazismalarini-ortaya-cixarmaga-baslayib
    Sosial Media

    Meta AI hamının çat yazışmalarını ortaya çıxarmağa başlayıb

    Meta AI çat-bot tətbiqindəki Discover bölməsi artıq digər istifadəçilərin süni zəka ilə apardıqları yazışmaları göstərməyə başlayıb. Bu yazışmalarda bəzən şəxsi məlumatlar və həssas xarakterli informasiyalar yer alır.
    meta-suni-zeka-esasli-video-redaktoru-istifadeye-verib
    Sosial Media

    Meta süni zəka əsaslı video redaktoru istifadəyə verib

    Meta generativ süni zəkadan istifadə edən yeni video redaktə funksiyasını istifadəyə verdiyini elan edib. Bu funksiya ABŞ və dünyanın 10-dan çox ölkəsindəki istifadəçilər üçün Meta AI tətbiqində, Meta.AI veb saytında və Edits adlı tətbiqdə əlçatandır.
    meta-fiziki-qanunlari-basa-dusen-suni-zeka-sistemi-hazirlayib
    Süni İntellekt

    Meta fiziki qanunları başa düşən süni zəka sistemi hazırlayıb

    Meta şirkəti robotlar və avtonom nəqliyyat vasitələrinin fiziki dünyanı daha yaxşı qavramasını təmin etmək məqsədilə yeni süni zəka modeli olan V-JEPA 2-nin istifadəyə verildiyini elan edib.
    mark-zuckerberg-super-zekanin-hazirlanmasina-15-milyard-dollar-investisiya-yatirmagi-planlasdirir
    Süni İntellekt

    Mark Zuckerberg super zəkanın hazırlanmasına 15 milyard dollar investisiya yatırmağı planlaşdırır

    Metakainat layihəsinin uğursuzluğundan sonra tanınmış milyarder Mark Zuckerberg diqqətini süni zəka sahəsinə yönəldib. Zuckerberg-in şirkəti Meta, süni zəka üzrə ixtisaslaşmış Kaliforniya şirkəti Scale AI ilə birgə layihəyə demək olar ki, 15 milyard dollar investisiya yatırmağa hazırdır.
    meta-aria-gen-2-agilli-eyneyi-baresinde-yeni-detallar-teqdim-olunub
    Cihazlar+

    Meta Aria Gen 2 ağıllı eynəyi barəsində yeni detallar təqdim olunub

    Meta şirkəti Aria Gen 2 adlı təcrübi ağıllı eynəyi ilə bağlı bəzi detalları açıqlayıb. Bu eynək artırılmış reallıq, süni zəka və robototexnika sahəsində tədqiqatlar üçün platforma kimi hazırlanıb.