Logo
    main-post-cover

    Kanadadan olan 2 şəxsə Nauralink-in beyin çipi implantasiya edilib

    Elm & Texnologiya
    08.09.2025
    Emil
         ABŞ-ın şimal qonşusu xarici klinik sınaqlar proqramı çərçivəsində Neuralink beyin implantlarının yerləşdirildiyi ilk ölkə olub. Toronto şəhərindəki universitet xəstəxanalarından birində iki könüllü onurğa zədəsi səbəbindən bədən hissələrinin iflicindən əziyyət çəkirdi. İndi onların düşüncə gücü ilə kompüter idarə etməyi öyrənmək imkanı yaranıb. Bu vaxtadək Kanadada Neuralink beyin implantları ilə belə əməliyyatlar aparılmayıb. Yerli neyrocərrahlar ilk təcrübəni müvafiq olaraq 27 avqust və 3 sentyabrda əldə ediblər.
         Elon Musk-ın Neuralink startapı Toronto şəhərindəki universitet klinikalarının şəbəkəsinə implantın insan beyninə yerləşdirilməsi üçün nəzərdə tutulan xüsusi robot təqdim edib. Əməliyyatın xüsusiyyəti ondadır ki, beynin qabığında ən incə elektrodların implantasiyası yüksək dəqiqlik tələb edir və buna görə də yalnız dəqiq robotik manipulyator vasitəsilə həyata keçirilə bilər. Neuralink implantlarının Kanadadakı klinik sınaqları rəsmi olaraq ötən ilin noyabrında başlayıb, lakin bu sahədə növbəti təcrübələr üçün könüllülərin axtarışı iki xəstəyə uğurlu implantasiya aparıldıqdan sonra da davam edəcək.
         Neuralink implantının insan beyninə yerləşdirilməsi üzrə ilk əməliyyat ABŞ-da 2024-cü ilin yanvarında həyata keçirilib. O vaxtdan bəri, Kanada könüllüləri nəzərə alınmasa, oxşar əməliyyat ümumilikdə 7 xəstəyə tətbiq edilib. Neuralink həmçinin görmə qabiliyyətini bərpa etməyə imkan verən implantın hazırlanması ilə də məşğuldur və startapın qurucusu Elon Musk belə bir cihazın ilk versiyasını gələn il klinik sınaqlar çərçivəsində bir xəstəyə yerləşdirməyə hazır olduğunu bildirib. Onun vurğuladığına görə, bu cür implant görməni tam bərpa etməsə də, ən azı görmə qabiliyyətini itirmiş xəstələrin həyat keyfiyyətini yaxşılaşdıracaq.
    Paylaş
    Bənzər xəbərlər
    alimler-bioloji-parcalanmaya-meruz-qalan-dozumlu-plastik-material-hazirlayiblar
    Elm & Texnologiya

    Alimlər bioloji parçalanmaya məruz qalan dözümlü plastik material hazırlayıblar

    Yaponiyadan olan bir qrup biomühəndis bağırsaq çöpü bakteriyalarını sintez edib. Bu bakteriyalar sənayedə geniş istifadə olunan termoplastik material - polietilen-tereftalatın (PET) alternativini istehsal edə bilirlər.
    openai-nin-ilk-suni-intellekt-cipi-gelen-il-isiq-uzu-gorecek
    Elm & Texnologiya

    OpenAI-nin ilk süni intellekt çipi gələn il işıq üzü görəcək

    OpenAI-nin süni intellekt sistemlərində hesablamaları sürətləndirmək üçün çip təqdim etmək niyyətinə dair şayiələr bu həftə yenidən gündəmə gəlib, çünki Broadcom şirkəti oxşar çiplərin ümumi dəyəri 10 milyard dollar olan müqavilə çərçivəsində yeni və sirli müştəriyə satılacağını açıq şəkildə etiraf edib.
    amazon-un-project-kuiper-peyk-interneti-qosulma-suretine-gore-starlink-i-geride-qoyub
    Elm & Texnologiya

    Amazon-un Project Kuiper peyk interneti qoşulma sürətinə görə Starlink-i geridə qoyub

    Amazon özünün peyk internet sistemi olan Project Kuiper üzrə uğurlu sınaqlar keçirib və bu sınaqlar zamanı rekord məlumat yükləmə sürətinə nail olunub.
    kvant-komputerleri-hele-hazir-olmadiqlari-halda-onlarin-proqram-teminatlari-ucun-milyonlarla-dollar-xerclenir
    Elm & Texnologiya

    Kvant kompüterləri hələ hazır olmadıqları halda onların proqram təminatları üçün milyonlarla dollar xərclənir

    Onilliklər ərzində kvant hesablamaları sahəsində tərtibatçıların səyləri əsasən aparat təminatının yaradılmasına yönəlmişdi. Bu istiqamətdə müəyyən irəliləyiş əldə edildikdən sonra isə diqqət belə sistemlərin işləməsi üçün lazım olan proqram təminatına yönəldi.
    robotlar-cine-butun-dunyani-boyuk-miqdarda-ucuz-mehsullarla-temin-etmeye-imkan-verir
    Elm & Texnologiya

    Robotlar Çinə bütün dünyanı böyük miqdarda ucuz məhsullarla təmin etməyə imkan verir

    Çin robot istehsalçıları yerli müəssisələrə daha çox məhsulu daha aşağı qiymətlərlə istehsal etmək imkanı verən əsas hərəkətverici qüvvəyə çevriliblər - nəticədə ölkə dünya ixracındakı payını, o cümlədən əmək tutumlu istehsal sahəsində artırıb.