Logo
    main-post-cover

    İnsanabənzər robotlar NVIDIA serverlərinin yığılmasında iştirak edəcəklər

    Elm & Texnologiya
    30.10.2025
    Emil
         İstehsalatda məhz humanoid (insanabənzər) robotlardan istifadə ideyası getdikcə daha çox şirkəti cəlb edir və NVIDIA üçün server avadanlıqları toplayan ən böyük podratçılardan biri olan Tayvan şirkəti Foxconn da bu trendlə ayaqlaşmaq qərarına gəlib. Şirkətin ABŞ-ın Hyuston şəhərində yerləşən müəssisəsində insanabənzər robotların tətbiqinə başlanacaq. Foxconn nümayəndələri təsdiqləyiblər ki, Texasdakı zavod şirkətin dünyada insanabənzər robotlardan istifadə etməyə başlayacağı ilk müəssisələrdən biri olacaq. Bu robotlar GR00T N modeli ilə təlim keçmiş və NVIDIA Isaac platformasından istifadə edən sistemlərdir.
         Süni intellekt alqoritmləri NVIDIA üçün server avadanlıqlarının yığılması üzrə fəaliyyət göstərən bu fabrikin iş prosesində fəal şəkildə tətbiq olunacaq. Foxconn eyni zamanda ABŞ bazarında server sistemlərinə olan tələbin sürətlə artdığını nəzərə alaraq, istehsalatı Viskonsin və Kaliforniya ştatlarında genişləndirməyə hazır olduğunu bildirib. “Komandamız ABŞ-da süni intellekt üçün ən qabaqcıl məlumat emalı mərkəzi həllərini təqdim edir və bu, aparıcı müştərilərimizin süni intellekt yarışında ön sırada qalmasına imkan verəcək” - deyə Foxconn idarə heyətinin sədri Young Liu mətbuat açıqlamasında qeyd edib.
         İstehsalat proseslərinin avtomatlaşdırılması üzrə mütəxəssislər insanabənzər robotların istehsalat xətlərində istifadəsinin məqsədəuyğunluğunu şübhə altına alırlar, çünki ixtisaslaşmış manipulyatorlar və avtonom platformalar həm maliyyə, həm də vaxt baxımından daha səmərəlidir. Lakin insanabənzər robot istehsalçıları bu sahəyə fəal şəkildə daxil olmağa çalışırlar. Tesla və Çin avtomobil istehsalçıları bu istiqamətdə böyük həvəslə təcrübələr aparırlar. ABŞ-da Foxconn üçün robotların tətbiqi həm də istehsalın sürətlə genişləndirildiyi şəraitdə işçi qüvvəsi çatışmazlığını qismən aradan qaldırmaq vasitəsi kimi qiymətləndirilir.
    Paylaş
    Bənzər xəbərlər
    nvidia-bazar-deyeri-5-trilyon-dollara-catmis-ilk-sirket-oldu
    Tech-Biznes

    NVIDIA bazar dəyəri 5 trilyon dollara çatmış ilk şirkət oldu

    Dünən keçirilmiş ticarət sessiyasında NVIDIA şirkətinin bazar dəyəri tarixi səviyyəyə - 5 trilyon dollara çatıb. Səhmlərin qiyməti 5.2% artaraq 211.47$-a yüksəlib, bu da NVIDIA-nın bu mərhələni keçməsinə imkan verib.
    yaponlar-davamli-termonuve-reaksiyasina-yaxindirlar
    Elm & Texnologiya

    Yaponlar davamlı termonüvə reaksiyasına yaxındırlar

    Yaponiyanın Helical Fusion startapı yüksək temperaturlu superkeçirici bobinin mühüm sınaqlarını uğurla başa vurduğunu açıqlayıb. Termonüvə reaktorlarının əsas komponenti olan bu sistem, termonüvə qurğusundakı maqnit mühitini təkrarlayıb və ilk dəfə olaraq superkeçirici şəraitdə sabit cərəyan axınını təmin edib.
    cinliler-insan-beyni-kimi-calisan-soyuducu-olcusunde-superkomputer-hazirlayiblar
    Elm & Texnologiya

    Çinlilər insan beyni kimi çalışan soyuducu ölçüsündə superkompüter hazırlayıblar

    Keçən əsrin ilk yarısında yaradılmış ilk kompüterlər nəhəng sahələri tuturdular. Müasir superkompüterlərin meydana çıxması ilə vəziyyət əhəmiyyətli dərəcədə dəyişməsə də, çinli tərtibatçılar ölçüləri kiçik məişət soyuducusu ilə müqayisə edilə bilən, kompakt və enerjiyə qənaətcil superkompüter yaratmağa nail olublar.
    cin-novbeti-5-il-ucun-texnoloji-prioritetlerini-teyin-edib
    Elm & Texnologiya

    Çin növbəti 5 il üçün texnoloji prioritetlərini təyin edib

    2026-2030-cu illər arasında Çin yeni energetika, yeni materiallar, aerokosmik sənaye və aşağı hündürlüklü aviasiya kimi sahələrə xüsusi diqqət ayırmağı planlaşdırır.
    cinin-falcon-9-analoqu-ilk-yanma-sinaqlarindan-kecib
    Elm & Texnologiya

    Çinin Falcon 9 analoqu ilk yanma sınaqlarından keçib

    SpaceX Falcon 9 raketinin qaytarılan birinci pilləsinin Çin analoqu ilk dəfə kompleks yanma sınaqlarından keçib. Perspektivli raketin kosmosa buraxılışı bu ilin sonunadək gözlənilir və bu prosesə yay aylarında keçirilmiş sınaqlarda baş vermiş uğursuzluqlar belə mane ola bilməyib.