Logo
    main-post-cover

    İnsanabənzər Figure 03 robotu təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    09.10.2025
    Emil
         Figure şirkəti insanabənzər robotunun üçüncü nəsil modelini - Figure 03-ü təqdim edib. Bu model tamamilə yenidən işlənib və “görmə - dil - hərəkət” (Vision - Language - Action, VLA) inteqrasiyası əsasında qurulub. Yeni versiyada kadr tezliyi 2 dəfə artırılmış, gecikmə 4 dəfə azaldılmış və baxış bucağı 60% genişləndirilmiş kameralar istifadə olunur. Bundan əlavə, “kor rejimdə” etibarlı işləmək üçün ovuclara əlavə kameralar yerləşdirilib. Barmaq ucları qram səviyyəsində həssas olan davamlı toxunma sensorları ilə təchiz edilib - bu, kövrək obyektlərlə işləyərkən səhvləri və zədələnmələri azaltmalıdır. Robotun əsas yönəldiyi sahə - ev şəraitində təhlükəsiz istismardır.
         Robotun gövdəsi “yumşaq” təbəqələrlər qorunub, bu da sıxılma və xəsarət riskini azaldır. Parça örtüklər çıxarıla və yuyula bilər, həmçinin “geyim” variantları da mövcuddur - bura kəsilmələrə qarşı qoruyucu modellər də daxildir. Səs sistemi yenilənib: səsgücləndirici ölçüsü və gücü artırılıb, mikrofonun yerləşdirilməsi isə nitqin aydın eşidilməsini təmin edəcək şəkildə təkmilləşdirilib. Batareya daşınma təhlükəsizliyi üçün UN38.3 sertifikatından keçib. Enerji təchizatı - 2 kVt gücə qədər olan naqilsiz şarj stansiya vasitəsilə həyata keçirilir: robot sadəcə platformanın üzərinə çıxaraq kabellərsiz şəkildə enerji yığır.
         İstehsalçı təkmilləşdirilmiş mexanika və toxunma əsaslı geribildirim sayəsində daha sürətli və sabit tutma qabiliyyətini vurğulayır. Bu xüsusilə məişət ssenariləri - məsələn, mətbəx və ya geyim otağı kimi mühitlər üçün vacibdir. Əvvəlki nəsil əsasən prototip səviyyəsində qalmışdısa, Figure 03 artıq ştamplama texnologiyasına uyğun şəkildə, daha az detal və əməliyyatla istehsal üçün layihələndirilib. Şirkət öz istehsal xəttini - BotQ-yu işə salır: başlanğıc istehsal gücü ildə təxminən 12 000 robot səviyyəsində planlaşdırılır, 4 il ərzində isə bu rəqəmin 100 000 ədədə çatdırılması hədəflənir. Məqsəd - istehsal xərclərini azaltmaq və yığım prosesində standartlaşdırmanı təmin etməkdir. Qiymət və satışların başlanma tarixi hələ açıqlanmayıb.
    Paylaş
    Bənzər xəbərlər
    cin-dunyanin-ilk-kommersiya-meqsdeli-sualti-melumat-emali-merkezini-ise-salib
    Elm & Texnologiya

    Çin dünyanın ilk kommersiya məqsədli sualtı məlumat emalı mərkəzini işə salıb

    Dünyada ilk kommersiya məqsədli sualtı məlumat emalı mərkəzi (MEM) Cənubi Çin dənizində yerləşən tropik Hainan adasında fəaliyyətə başlayıb. Burada ölkənin ən böyük rüsum­suz ticarət sınaq zonası yerləşir.
    alibaba-oz-suni-intellekt-modelleri-esasinda-intellektual-robotlarini-yaradacaq
    Elm & Texnologiya

    Alibaba öz süni intellekt modelləri əsasında intellektual robotlarını yaradacaq

    Alibaba süni intellekt əsaslı avadanlıqların hazırlanması yarışında digər böyük şirkətlərə qoşularaq robot texnologiyalarının yaradılması ilə məşğul olacaq yeni bir bölmə formalaşdırıb.
    tesla-bu-il-ucun-optimus-robotunun-kutlevi-istehsal-planini-texire-salib
    Elm & Texnologiya

    Tesla bu il üçün Optimus robotunun kütləvi istehsal planını təxirə salıb

    Tesla şirkəti konstruktorluq çətinliklərinə görə humanoid (insanabənzər) Optimus robotlarının kütləvi istehsalını müvəqqəti olaraq dayandırıb.
    neuralink-in-pasiyenti-beyin-implanti-vasitesile-robotlasdirilmis-qolu-idare-etmeyi-oyrenib-video
    Elm & Texnologiya

    Neuralink-in pasiyenti beyin implantı vasitəsilə robotlaşdırılmış qolu idarə etməyi öyrənib (VİDEO)

    Elon Musk-ın Neuralink startapına məxsus beyin implantları bu günə qədər artıq 12 pasiyentə implantasiya edilib və onlardan səkkizincisi bu həftə öz uğurlarını bölüşüb.
    gunes-ve-kulek-energetikasi-komurden-daha-cox-elektrik-enerjisi-vermeye-baslayib
    Elm & Texnologiya

    Günəş və külək energetikası kömürdən daha çox elektrik enerjisi verməyə başlayıb

    Energetika analitik mərkəzi olan Ember-in tədqiqatına əsasən, 2025-ci ilin birinci yarısında günəş və külək enerjisi birlikdə dünya üzrə elektrik enerjisinə olan tələbatın artımını üstələyib. Bunun nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə kömür və qazdan enerji istehsalı azalıb.