Logo
    main-post-cover

    Günəş sistemindəki 3-cü ulduzlararası kometa barəsində yeni məlumatlar əldə edilib

    Elm & Texnologiya
    01.08.2025
    Emil
         1 ay əvvəl dünya Günəş sistemində üçüncü ulduzlararası obyektin - 3I/ATLAS kometasının kəşf olunduğunu öyrəndi. Bu kometanı ATLAS adlı robotlaşdırılmış rəsədxana aşkar edib. Məlum olub ki, həmin kometa təsadüfən yeni Vera Rubin adına rəsədxananın texniki şəkillərinə də düşüb. Bu rəsədxananın teleskopu məhz bu cür obyektlərin axtarışına yönəlib və hətta təsadüfi çəkilmiş görüntülər belə kifayət qədər məlumatlı olub. Vera Rubin adına rəsədxana ən böyük təsvir matrisinə malikdir, bu da ona bizim sistemimizdəki kometalar və asteroidlər də daxil olmaqla, çoxsaylı qısaömürlü hadisə və obyektləri qeydə almağa imkan verir. Proqnozlara görə, bu rəsədxana digər ulduz sistemlərindən gəlmiş onlarla obyektin aşkar edilməsinə səbəb olacaq.
         İndiyədək yalnız 3 belə obyekt tapılıb, onlardan ikisi kometadır, o cümlədən son kəşf olunan 3I/ATLAS kometası. Vera Rubin adına rəsədxananın istismara verilməsi dövründə - iyunun ortalarından iyulun əvvəl günlərinə qədər - alimlər səmanın 49 görüntüsündə 3I/ATLAS kometasının göründüyünü aşkar ediblər. Bu, daha əvvəl digər alətlərdəki məhdudiyyətlər səbəbindən dəqiq müəyyənləşdirilə bilməyən kometanın nüvəsinə dair parametrlərin yenidən qiymətləndirilməsinə imkan verib. Xüsusilə, kometanın nüvəsinin radiusu əvvəllər 5-dən 12 km-ə qədər olan diapazonda təxmin edilirdi. Nüvənin ölçüsünü dəqiq ölçməyə komanı - onun ətrafını əhatə edən toz və qaz buludunu - maneə törədir.
         Vera Rubin adına rəsədxananın məlumatlarına əsasən, kometanın nüvəsinin effektiv radiusunun yuxarı sərhədi təqribən 5.6 km olaraq hesablanıb. Kometanın qeyri-adi dərəcədə qısa quyruğu var, bu isə maddənin Günəşə doğru atıldığını göstərir - halbuki adətən kometaların quyruqları əks istiqamətə yönəlir. Lakin bunu “yadplanetli ulduz gəmisinin mühərriki” ilə izah etməyə tələsməyə dəyməz: maddənin ulduza doğru hərəkəti, sadəcə, səthdəki təbii buxarlanma prosesi ilə izah olunur. Alimlərin hesablamalarına görə, kometa hər saniyə 10-dan 100 kq-a qədər kütlə itirir. Tədqiqatçıların fikrincə, əldə olunan nəticələr yeni rəsədxananın ulduzlararası obyektlərin axtarışı və öyrənilməsi sahəsində - və təkcə bu sahədə yox - böyük potensiala malik olduğunu göstərir. Kometanın müşahidələri davam etdiriləcək və bu da onun xüsusiyyətlərinin daha dəqiq müəyyən edilməsinə imkan verəcək.
    Paylaş
    Bənzər xəbərlər
    kosmik-sualar-buz-planetlerinin-derinliklerindeki-potensial-heyati-destekleye-bilerler
    Elm & Texnologiya

    Kosmik şüalar buz planetlərinin dərinliklərindəki potensial həyatı dəstəkləyə bilərlər

    İyulun 28-də International Journal of Astrobiology jurnalında dərc olunmuş bir tədqiqat göstərib ki, kosmik şüalar planetlərin səthi altında yerləşən buz və suyu parçalaya bilər və bu zaman enerji elektronlar şəklində açığa çıxır.
    kosmosda-hamilelik-kecirtmek-mumkundurmu
    Elm & Texnologiya

    Kosmosda hamiləlik keçirtmək mümkündürmü?

    Nəzərə alsaq ki, kosmik agentliklər insanların təkcə Aya deyil, həm də Marsa uçuşlarını planlaşdırırlar, tədqiqatçılar uzunmüddətli kosmik səyahətlər zamanı insan orqanizmi ilə nə baş verəcəyinə daha çox diqqət yetirməyə başlayıblar.
    k2-18b-ekzoplanetinde-heyatin-movcudlugu-tekzib-edilib
    Elm & Texnologiya

    K2-18b ekzoplanetində həyatın mövcudluğu təkzib edilib

    Bu ilin əvvəlində astronomlar, sanki sensasiyalı bir kəşf etdiklərini bildirmişdilər. Onlar başqa bir planetdə yadplanetli həyatın mövcudluğuna dair ən inandırıcı sübutları tapdıqlarını iddia etmişdilər.
    israil-yupiterin-peyki-avropaya-kosmik-missiya-hazirlayir
    Elm & Texnologiya

    İsrail Yupiterin peyki Avropaya kosmik missiya hazırlayır

    İsrailin Israel Aerospace Industries şirkətindən və Veysman İnstitutundan olan alim və mühəndislər Yupiterin peyklərindən biri olan Avropada mümkün həyat formalarını axtarmağa yönəlmiş “Eureka” (Evrika) missiyasını tərtib etmək üçün birləşiblər.
    yerde-ilk-heyat-kosmosdan-gelmis-molekul-sayesinde-formalasmis-ola-biler
    Elm & Texnologiya

    Yerdə ilk həyat kosmosdan gəlmiş molekul sayəsində formalaşmış ola bilər

    Tədqiqatçılar Yer üzərində həyatın ilkin olaraq kosmik materialdan formalaşdığına dair sübutlar aşkarlayıblar. Daha da maraqlısı odur ki, həyatın inşa bloklarının yaranması üçün bəlkə də planetlərə ehtiyac yoxdur.