Logo
    main-post-cover

    Epilepsiyadan əziyyət çəkən 12 yaşlı uşağa beyin çipi implantasiya edilib

    Elm & Texnologiya
    15.09.2025
    Emil
         Uğurlu əməliyyat barədə Quançjou xəstəxanasının həkimləri məlumat veriblər. Onlar rezistent epilepsiyadan əziyyət çəkən 12 yaşlı qızda əməliyyat keçiriblər. Gözlənilir ki, implant epileptik tutmaların tezliyini effektiv şəkildə azaltmağa imkan verəcək, çünki hazırda dərmanlarla onları nəzarətdə saxlamaq mümkün olmur. Məlumata görə, beyin-kompüter interfeysi texnologiyasının uğurlu tətbiqi epilepsiyanın müalicəsində dəqiq neyrotənzimləmənin yeni erasının başlanğıcını göstərir. Alimlər ilk uğurlu əməliyyatı başa vurublar və rezistent epilepsiyadan əziyyət çəkən daha 2 xəstəyə implant yerləşdirməyi planlaşdırırlar. Əməliyyat zamanı ilk pasiyentin 12 yaşı olub.
         Qıza epilepsiya 3 yaşında diaqnoz qoyulub, lakin bir neçə illik dərman qəbulundan sonra onların effektivliyi azalıb və epileptik tutmaların tezliyi 10 gündə bir dəfə əvəzinə, gecə ərzində 5-6 dəfəyə yüksəlib. Əvvəlcə alimlər uşağın beynində epileptik ocağın dəqiq yerləşməsini müəyyən ediblər və beyin funksiyalarına zərər vermədən toxumanın bir hissəsini qismən çıxarıblar. Epileptik tutmalar 3 ay müddətinə dayanıb, lakin bütün zədələnmiş toxumanın tamamilə çıxarılması mümkün olmadığından sonradan yenidən başlayıb. İndi alimlər neyroimplantın yerləşdirildiyini bildiriblər. Bu implant beynin fəaliyyətini real vaxt rejimində izləməyə və həmin məlumatlar əsasında epileptik tutmaların qarşısını almağa imkan verəcək. Hazırda onlar özünü yaxşı hiss edən uşağın vəziyyətini müşahidə edirlər. Uzaq perspektivdə neyroimplantın Parkinson xəstəliyi, autizm insult kimi digər nevroloji xəstəliklərin simptomlarının müalicəsi və korreksiyası üçün də tətbiqi planlaşdırılır.
    Paylaş
    Bənzər xəbərlər
    elektromobillerin-suretli-sarji-ucun-xususi-maye-hazirlanib
    Elm & Texnologiya

    Elektromobillərin sürətli şarjı üçün xüsusi maye hazırlanıb

    Elektromobillərin ekspress-yükləmə texnologiyaları eyni anda bir neçə istiqamətdə inkişaf edir. Yüksək gücə malik yükləmə stansiyalarından əlavə, bu texnologiyaların bütün üstünlüklərini həyata keçirmək üçün elektromobilin bort sistemləri də uyğun olmalıdır.
    alimler-2-milyarddan-cox-musiqini-ozunde-saxlaya-bilen-dnt-kaseti-hazirlayiblar
    Elm & Texnologiya

    Alimlər 2 milyarddan çox musiqini özündə saxlaya bilən DNT kaseti hazırlayıblar

    Hazırda DNT əsaslı məlumat saxlama üsulu sənaye tətbiqləri üçün çox ləng işləyir. Tədqiqatçılar uzun müddətdir ki, DNT-nin rəqəmsal məlumat daşıyıcısı kimi unikal xüsusiyyətlərini öyrənirlər.
    insanabenzer-robotlar-ile-bagli-optimizm-azalir
    Elm & Texnologiya

    İnsanabənzər robotlar ilə bağlı optimizm azalır

    İnsanabənzər robotlar bazarının böyük oyunçularının çoxu satış həcmləri barədə cəsarətli proqnozlar versə də, reallıq ondan ibarətdir ki, bu cür “insan əvəzediciləri” indiki formada hələ ki, geniş praktik tətbiq tapmağa qadir deyillər.
    cin-ozunun-yeni-nov-suni-intellekt-ciplerini-yaratmaga-cehd-edecek
    Elm & Texnologiya

    Çin özünün yeni növ süni intellekt çiplərini yaratmağa cəhd edəcək

    Çin hökumətinin baş məsləhətçisi, Tsinxua Universitetinin professoru Wei Shaojun Sinqapurda keçirilən forumda çıxış edərək bildirib ki, Asiya ölkələri, o cümlədən Çin, hazırda bütün dünyada süni intellekt platformalarının öyrədilməsi üçün istifadə olunan universal qrafik prosessorlardan asılılığı azaltmalıdırlar.
    r1-adli-suni-intellekt-esasli-insanabenzer-robot-teqdim-edilib-video
    Elm & Texnologiya

    R1 adlı süni intellekt əsaslı insanabənzər robot təqdim edilib (VİDEO)

    Alibaba Group-un qurucusu Jack Ma tərəfindən dəstəklənən Ant Group şirkəti ilk humanoid (insanabənzər) robotu R1-i təqdim edib. Yaradıcıların sözlərinə görə, robot bələdçi funksiyalarını yerinə yetirə, apteklərdə dərmanları çeşidləyə, tibbi məsləhətlər verə və əsas mətbəx işlərini icra edə bilir.