Logo
    main-post-cover

    DNT əsaslı məlumat saxlama texnologiyalarının kütləviləşməsi hələ tezdir

    Elm & Texnologiya
    23.07.2025
    Emil
         DNA Data Storage Alliance - SNIA (Storage Networking Industry Association) assosiasiyası nəzdində fəaliyyət göstərən bir icma - sintetik DNT əsaslı məlumat saxlama texnologiyası ilə bağlı icmal hazırlayıb. Blocks & Files-in məlumatına görə, bu icmalda məlumatların kodlaşdırılması və dekodlaşdırılması texnologiyaları, kommersiya istifadəsinə hazırlıq göstəriciləri və əsas çağırışlar əhatə olunur. Məlumatlar DNT-də 4 nukleotid vasitəsilə kodlaşdırılır: adenin (A), quanin (G), sitozin (C) və timin (T). Bu nukleotidlər biopolimer molekulunun spiral strukturunu formalaşdırır. Bu üsulla məlumatlar çox kiçik həcmdə və 100 illərlə saxlanıla bilər. DNT-də məlumatların saxlanması texnologiyası artıq dəfələrlə təcrübi şəkildə sınaqdan keçirilib. Lakin yazma və oxuma sürətinin aşağı olması, avadanlığın böyük ölçüsü, mürəkkəbliyi və yüksək dəyəri bu texnologiyanın kommersiya baxımından uğurlu məhsula çevrilməsini hələlik mümkünsüz edir. İcmal sənədində 5 əsas çağırış vurğulanır:
    1. Kimyəvi reaksiyaların təbiəti səbəbindən yazma və oxuma sürətinin aşağı olması
    2. Ümumi sahibolma dəyərinin (TCO) yüksək olması
    3. Daşıyıcının etibarlılığı və məlumatların qorunması
    4. Bioloji və informasiya təhlükəsizliyi
    5. Standartlaşdırma.
         Hesabatın müəllifləri qeyd edirlər ki, ənənəvi yaddaş qurğularında məlumat ötürmə sürəti xeyli yüksəkdir və DNT-nin oxunması və yazılması üzrə biotexnoloji üsulların imkanlarını əhəmiyyətli dərəcədə üstələyir. Sürətin artırılması əsas və fundamental məsələlərdən biridir. Kimyəvi reaksiyalar yavaş getdiyindən, sürəti artırmağın yolu yazma/oxuma proseslərinin paralel şəkildə miqyaslandırılmasından keçə bilər. Bundan əlavə, ümumi sahibolma dəyərinin də azaldılması vacibdir. Sənəddə qeyd olunur ki, DNT-də məlumat saxlama texnologiyası hələ inkişafın ilkin mərhələsindədir və kommersiyalaşmadan uzaqdır. Lakin məlumatların yazılması/oxunması və saxlanması üzrə əsas proseslərin işləkliyi və platformaların miqyaslandırıla bilməsi artıq sübut olunub.
         Üstəlik, DNT ilə işləmə texnologiyalarına yönələn davamlı investisiyalar gələcək innovasiyaları təşviq edəcək. Gözlənilir ki, DNT-yaddaş sistemləri mövcud arxivləşdirmə texnologiyalarını əvəz etməyəcək, əksinə onları tamamlayacaq və zettabayt səviyyəsində nisbətən ucuz, uzunmüddətli saxlama imkanları yaradacaq. Texnologiyanın tətbiq oluna biləcəyi real ssenarilərin yaxın 3-5 il ərzində meydana çıxacağı proqnozlaşdırılır. Blocks & Files-in qiymətləndirməsinə görə, bu sahənin əsas oyunçuları Biomemory, Catalog Atlas Data Storage olacaq. Perspektivli alternativlər də mövcuddur. Məsələn, HoloMem şirkəti LTO və digər sistemlərə ucuz və səmərəli alternativ təklif edib - HoloDrive adlı 200 TB-lıq kartriclər, hansı ki, azı 50 il xidmət müddətinə malikdir.
    Paylaş
    Bənzər xəbərlər
    cin-raketlerin-en-effektiv-teyini-texnologiyasini-hazirlayib
    Elm & Texnologiya

    Çin raketlərin ən effektiv təyini texnologiyasını hazırlayıb

    Çinli alimlər, mövcud texnologiyalardan 20 000 dəfə daha sürətli obyekt aşkar edə bildiyini iddia etdikləri unikal infraqırmızı sensor təqdim ediblər. Bu yenilik, iddialara görə, iddialı ABŞ layihəsi olan “Qızıl qübbə”ni xeyli üstələyir və müşahidə sistemləri ilə raket əleyhinə müdafiə sahəsinə radikal dəyişiklik gətirə bilər.
    avstraliya-gemisinde-qravitasiya-esasli-naviqasiya-texnologiyasi-test-edilib
    Elm & Texnologiya

    Avstraliya gəmisində qravitasiya əsaslı naviqasiya texnologiyası test edilib

    Kvant texnologiyaları sahəsində aparıcı təmsilçi olan Q-CTRL şirkəti Avstraliya Kral Hərbi Dəniz Qüvvələri ilə birlikdə “MV Sycamore” gəmisində kvant qravimetri əsasında işləyən naviqasiya sistemini uğurla sınaqdan keçirib.
    yaponiya-insanabenzer-axtaris-xilasetme-robotlarini-hazirlayacaq
    Elm & Texnologiya

    Yaponiya insanabənzər axtarış-xilasetmə robotlarını hazırlayacaq

    Yaponiyanın elektronika istehsalçısı Murata Manufacturing Co. və Vaseda Universiteti bir neçə yerli şirkətlə birlikdə insanabənzər axtarış-xilasetmə robotlarının hazırlanması üzərində işləyirlər.
    mercedes-benz-dunyanin-en-guclu-13-kq-liq-elektrikli-muherrikini-yaradib
    Elm & Texnologiya

    Mercedes-Benz dünyanın ən güclü 13 kq-lıq elektrikli mühərrikini yaradıb

    Mercedes-Benz şirkətinin YASA bölməsi dünyanın ən güclü elektrik mühərrikini yaradıb. Bu mühərrik kompakt ölçüləri, yüksək gücü və rekord səviyyədə fırlanma anını özündə birləşdirir ki, bu da elektrik nəqliyyatı sahəsində - və təkcə quru nəqliyyatında yox - imkanların sərhədlərini demək olar ki, aradan qaldıracaq.
    cinlilerin-yeni-texnologiyasi-ay-torpagindan-oksigen-ve-yanacaq-elde-edir
    Elm & Texnologiya

    Çinlilərin yeni texnologiyası Ay torpağından oksigen və yanacaq əldə edir

    Çinli alimlər Ay torpağından su çıxarıb onu oksigen və yanacağa çevirən bir texnologiya yaradıblar. Bu, yerli resurslardan istifadə sayəsində Ay bazalarının qurulmasını asanlaşdıra bilər.