
Çinlilər tərəfindən hazırlanmış robot inanılmaz realistik üz mimikaları sərgiləyir (VİDEO)
Elm & Texnologiya
24.09.2025
Emil
Çin startapı AheadForm demək olar ki, insan kimi göz qırpa və baxışlarını idarə edə bilən robotlaşdırılmış baş yaradıb. Realist mimikanın sirri - yüksək azadlıq dərəcəsinə malik bionik ötürücü ilə avtonom süni intellektin birləşməsidir. Yayımlanmış videoda robot ətrafına baxır və onun üzü yüngül maraq ifadə edir. Bu mimika süni intellektin avtonom alqoritmləri ilə yüksək azadlıq dərəcəsinə malik bionik ötürücünün birləşməsi sayəsində əldə olunur. Bu texnologiya robotlara emosiyaları insan kimi nümayiş etdirməyə imkan verir. AheadForm - bionik humanoidlərin (insanabənzər) hazırlanmasında ixtisaslaşan Çin startapıdır. Şirkət insan-robot qarşılıqlı əlaqəsini yaxşılaşdırmağa çalışır və üz ifadəli, gözləri hərəkətli, nitqi sinxronlaşdırılmış cihazlar yaradır. Şirkət böyük qulaqlı elf formasını xatırladan “Elf” robotlarını hazırlayır.
Bu seriyanın modelləri 30-a qədər azadlıq dərəcəsinə malikdir, dəqiq idarəetmə sistemi və machine learning alqoritmləri ilə təchiz olunub. Məsələn, statik bədənə və başa sahib olan Xuan robotu zəngin mimika və realist göz hərəkətləri nümayiş etdirir, Elf V1 isə ətraf aləmi qavrayaraq onunla qarşılıqlı əlaqədə ola bilir. Belə humanoidlərdə üzdəki ifadəni dəqiq idarə edən ixtisaslaşdırılmış fırçasız mühərrik istifadə olunur. O, səssiz işləyir, yüksək həssaslığa, kompaktlığa, yüngüllüyə və enerji səmərəliliyinə malikdir. AheadForm-un təsisçisi Hu Yuhang proqnozlaşdırır ki, 10 ildən sonra robotlar demək olar insan kimi qəbul ediləcək, 20 ildən sonra isə insan səviyyəsində yeriyə və tapşırıqları yerinə yetirə biləcəklər. Sənayedəki digər şirkətlər, məsələn Unitree və Tesla da humanoidlər hazırlayırlar. Onların ev işlərinə kömək, insan əməyinin əvəz olunması, pərakəndə mağazalarda, xəstəxanalarda, məktəblərdə, otellərdə və sərgilərdə işlədilməsi planlaşdırılır.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
ABŞ-da irimiqyaslı "Stargate" süni intellekt layihəsi üçün 5 böyük data mərkəzi inşa ediləcək
Donald Trump-ın ikinci prezidentlik müddətinin əvvəlində elan olundu ki, investorlar konsorsiumu yaxın bir neçə il ərzində ABŞ-da ümumi dəyəri 500 milyard dollar olan data mərkəzlərinin qurulmasında OpenAI-a kömək edəcək.

Elm & Texnologiya
MediaTek Dimensity 9500 flaqman prosessoru təqdim edilib
MediaTek şirkəti öz yeni flaqman prosessorunu təqdim edib. Söhbət, Dimensity 9500-dən gedir. MediaTek-in bu yeni prosessoru TSMC şirkətinin N3P adlı yenilənmiş 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb.

Elm & Texnologiya
Neuralink gələn ay insan fikirlərini mətnə çevirə bilən beyin implantının testlərinə başlamaq istəyir
Bəzi xəstəliklər insanı nitq aparatının əzələlərinə nəzarətdən məhrum edir və nəticədə o, ətrafdakılarla tam ünsiyyət qurmaq imkanını itirir. Neuralink şirkəti gələn ay insana sözün əsl mənasında fikirləri vasitəsilə elektron cihazlarda “mətn yığmağa” imkan verəcək beyin implantının klinik sınaqlarına başlamağı planlaşdırır.

Elm & Texnologiya
ABŞ-ın “Qızıl Günbəz” adlı raket əleyhinə müdafiə sistemi layihəsinin işlənməsi başa çatıb
ABŞ Kosmik Qüvvələri “Qızıl Günbəz” adlı raket əleyhinə müdafiə sistemi layihəsinin işlənməsini başa çatdırıb. Hərçənd Pentaqon onun miqyası və qiyməti barədə heç bir detal açıqlamasa da, layihənin dəyərinin çox böyük olacağı və ilk nüvə bombasının hazırlanmasına çəkilən xərcləri əhəmiyyətli dərəcədə üstələyəcəyi ehtimal olunur.

Elm & Texnologiya
NVIDIA və Intel birgə prosessor istehsalı ilə məşğul olacaqlar
NVIDIA şirkəti Intel ilə 5 milyard dollarlıq müqavilə bağladığını elan edib. Tərəfdaşlıq çərçivəsində şirkətlər RTX qrafikalı yeni x86 prosessorlarının birgə hazırlanması ilə məşğul olacaqlar.
Ən çox oxunanlar

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
