Logo
    main-post-cover

    Çinlilər mikrobları CO2 qazını faydalı məhsullara çevirə bilən səviyyəyə qədər təkmilləşdiriblər

    Elm & Texnologiya
    07.10.2025
    Emil
         Dəniz və okean sularında atmosferə nisbətən 150 dəfə çox CO2 qazı həll olunub. Bu, təkcə iqlim dəyişikliyinə deyil, həm də okean sularının həddindən artıq turşulaşması nəticəsində biomüxtəlifliyin məhvinə səbəb olur. Dəniz suyundan CO2 çıxarmaq problemi üzərində bir çox alimlər çalışır. Əsas sual isə budur: bunu mümkün qədər ucuz necə etmək olar? Çinli tədqiqatçılardan ibarət bir qrupun bu suala öz cavabı var - modifikasiya edilmiş mikroblar. Climate Interventions təşkilatının məlumatına görə, hazırda dəniz suyundan CO2-ni, məsələn, elektroliz üsulu ilə çıxarmaq 1 ton üçün 373$-a başa gəlir. Çin Elmlər Akademiyası (CAS) və University of Electronic Science and Technology of China alimləri gələcəkdə bu dəyəri ton başına 230$-a endirməyi təklif edirlər.
         Onların təklif etdikləri dəniz suyundan birbaşa CO2 qazı çıxarma zəncirinin effektivliyi 70%-ə çatır və hər kiloqram CO2 üçün cəmi 3 kVt·saat enerji tələb olunur. Ən maraqlısı isə odur ki, prosesin nəticəsində alınan məhsul yanacaq, dərman, qida və bioparçalanan plastik istehsalında istifadə oluna bilər. Çinli alimlərin təklif etdikləri CO2 çıxarma texnoloji zəncirində su birbaşa dənizdən və ya okeandan götürülür. Birinci mərhələdə suyun turşuluğu artırılır ki, bu da intensiv şəkildə CO2 qazının ayrılmasına səbəb olur. Daha sonra su bərpa olunur və yenidən okeana qaytarılır, ayrılmış CO2 qazı isə növbəti emal mərhələsinə yönləndirilir.
         CO2 bismut əsaslı katalizator olan reaktorda formiat turşusuna çevrilir - bu maddə mikroblar üçün karbonla zəngin enerji mənbəyidir. Daha sonra həmin turşu Vibrio natriegens adlı modifikasiya olunmuş mikroorqanizmlərin yerləşdikləri reaktora verilir. Bu mikroblar həyat fəaliyyəti prosesində, formiat turşusu ilə qidalanaraq, süksin turşusu (yəni, yanar turşu) istehsal edirlər. Süksin turşusu isə bir çox faydalı proseslərin əsasını təşkil edir. Məsələn, ondan bioparçalanan plastik, yanacaq, müxtəlif kimyəvi birləşmələr və amin turşuları hazırlanır ki, bu da onu qida və dərman istehsalında istifadə üçün yararlı edir. Bu texnoloji zənciri irəli sürən tədqiqat qrupu prosesi genişləndirmə variantlarını nəzərdən keçirir və bir neçə il ərzində onu kommersiya səviyyəsinə çatdırmağı planlaşdırır.
    Paylaş
    Bənzər xəbərlər
    ilk-defe-insana-universal-qan-qrupuna-sahib-boyrek-transplantasiya-edilib
    Elm & Texnologiya

    İlk dəfə insana universal qan qrupuna sahib böyrək transplantasiya edilib

    Texnologiyanın müəllifləri əmindirlər ki, onların yanaşması orqan donorluğu çatışmazlığı problemini həll etməyə və pasiyentlərin yaşama şansını artırmağa kömək edəcək, çünki artıq donor orqanının qan qrupu əhəmiyyət daşımayacaq.
    alimler-kainatin-ne-zaman-sixilmaga-baslayacagini-teyin-edibler
    Elm & Texnologiya

    Alimlər kainatın nə zaman sıxılmağa başlayacağını təyin ediblər

    Amerikalı fizik Henry Tai və onun həmkarlarının fikrincə, kainat öz “həyat dövrünün” yarısına yaxınlaşır. Təxminən 11 milyard ildən sonra kainat maksimum genişlənmə nöqtəsinə çatacaq və daha sonra yavaş-yavaş sıxılmağa başlayacaq, nəhayət bir nöqtəyə qədər çökməklə nəticələnəcək.
    yer-kuresinde-heyatin-formalasmasina-tektonik-prosesler-sebeb-olmus-ola-bilerler
    Elm & Texnologiya

    Yer kürəsində həyatın formalaşmasına tektonik proseslər səbəb olmuş ola bilərlər

    Alimlər hesab edirlər ki, tektonik proseslər Yer üzündə həyatın yaranmasında əsas rol oynamış faktor  ola bilər. Planetin geoloji aktivliyi orqanizmlərin inkişafı üçün unikal şərait yaratmış ola bilər.
    tecrid-planet-saniyede-6-milyard-ton-madde-udmaga-baslayib
    Elm & Texnologiya

    Təcrid planet saniyədə 6 milyard ton maddə udmağa başlayıb

    Alimlər kəşf ediblər ki, ulduzlararası fəzada dolaşan təcrid planet birdən-birə qeyri-adi dərəcədə böyük miqdarda maddə udmağa başlayıb - bu kəşf ulduzlar və planetlərin əvvəllər düşünüləndən daha çox oxşar ola biləcəyini göstərir.
    tebiet-kvant-enerjini-suretli-oturmek-ucun-dolasiqligindan-istifade-edir
    Elm & Texnologiya

    Təbiət kvant enerjini sürətli ötürmək üçün dolaşıqlığından istifadə edir

    Fotosintez və digər təbii proseslər molekullar arasında enerjinin sürətli və effektiv hərəkətindən asılıdır. Günəş işığı yarpağa düşdükdə, enerji toplanıb istifadə olunmazdan əvvəl zülal strukturlarından keçməlidir.