Logo
    main-post-cover

    Çində uğurla insan beyninə implant yerləşdirilib

    Elm & Texnologiya
    17.06.2025
    Emil
         ABŞ, iflic olmuş insanların kompüteri birbaşa düşüncə vasitəsilə idarə etməsinə imkan verən beyin implantlarının hazırlanmasında yeganə ölkə deyil. Bu sahədə ən çox tanınan layihə Elon Musk-ın rəhbərlik etdiyi Neuralink startapıdır. Lakin son vaxtlar Çin də insan beyninə neyroimplantın yerləşdirilməsi ilə bağlı klinik sınaqları uğurla həyata keçirib. Bu barədə Global Times nəşrinə istinadən Bloomberg məlumat verib və vurğulayıb ki, Çin bu istiqamətdə uğur qazanan ikinci ölkə olub. Verilən məlumata görə, 4 ətrafı iflic olmuş bir pasient bu ilin mart ayında beyin implantı əməliyyatı keçirib. Hazırda o, kompüter oyunlarında, o cümlədən yarış simulyatorlarında və şahmatda siçan kursorunu idarə etməyi bacarır.
         Əməliyyat beyin problemlərini araşdıran Şanxay Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb. Çin mənbələrinin bildirdiklərinə görə, hazırda Çində hazırlanmış beyin implantı dünyanın ən kompakt implantıdır. Onun diametri 26 mm, gövdəsinin qalınlığı isə 6 mm-dir. Çinli mütəxəssislərin qiymətləndirməsinə əsasən, bu implant istifadə baxımından Neuralink həllindən 100 dəfə daha çevikdir. Növbəti mərhələdə Çin alimləri pasienti düşüncə gücü ilə robotik manipulyatoru idarə etməyə - əşyaları tutmağa və içki olan stəkanı saxlamağa - öyrətməyi planlaşdırırlar. Hər şey plan üzrə getsə, bu beyin implantı Çin tənzimləyici qurumları tərəfindən təsdiq alacaq və təxminən 2028-ci ildə bazara çıxarılacaq.
    Mənbə: Bloomberg
    Paylaş
    Bənzər xəbərlər
    israilde-teneffus-esasinda-sexsiyyetin-teyini-sistemi-hazirlanib
    Elm & Texnologiya

    İsraildə tənəffüs əsasında şəxsiyyətin təyini sistemi hazırlanıb

    Alimlər uzun müddətdir ki, insanın nəfəs ritminin unikal olduğunu ehtimal edirdilər, lakin yalnız bir sıra yeni təcrübələr bunun nə dərəcədə doğru olduğunu sübut edə bildi.
    nvidia-ceo-su-robotlarin-ve-avtonom-masinlarin-onilliyini-elan-edib
    Elm & Texnologiya

    NVIDIA CEO-su robotların və avtonom maşınların onilliyini elan edib

    NVIDIA şirkətinin baş direktoru Jensen Huang-ın Avropa səfəri təkcə VivaTech 2025 konfransında çıxışı ilə deyil, həm də verdiyi müsahibələrlə müşayiət olundu.
    spacex-avropanin-kosmik-sahesini-tamamile-zebt-ede-biler
    Elm & Texnologiya

    SpaceX Avropanın kosmik sahəsini tamamilə zəbt edə bilər

    Mənbələrin verdikləri məlumata əsasən bu ilin sonunadək Airbus, Thales və Leonardo şirkətləri əsasında Avropanın kosmik sahədə fəaliyyət göstərən bir monopolist qurumunun yaradılması üzrə danışıqlar başa çata bilər.
    avropa-mars-ucuslari-ucun-nuve-muherrikleri-uzerinde-calisir
    Elm & Texnologiya

    Avropa Mars uçuşları üçün nüvə mühərrikləri üzərində çalışır

    Avropada kosmik gəmilər üçün nüvə mühərriklərinin yaradılması üzərində işlər aparılır. Yeni texnologiya Marsa uçuş müddətini 9 aydan 4-5 aya endirə bilər.
    abs-da-hava-hereketinin-idaresinde-hele-de-disketlerden-ve-windows-95-den-istifade-edilir
    Elm & Texnologiya

    ABŞ-da hava hərəkətinin idarəsində hələ də disketlərdən və Windows 95-dən istifadə edilir

    Dünya rəqəmsal texnologiyalara keçid etdiyi bir zamanda, ABŞ-ın hava hərəkətinin idarə olunması sistemi hələ də məlumat ötürmək üçün disketlərdən və Windows 95 əsasında işləyən kompüterlərdən istifadə edir.