Logo
    main-post-cover

    Çində okean dərinliklərini müşahidə etmək üçün balıq robot hazırlanıb (VİDEO)

    Elm & Texnologiya
    18.08.2025
    Emil
         Harbin Mühəndislik Universitetinin (Çin) tədqiqatçıları okeanın enerjisindən istifadə edərək hərəkət edə bilən yumşaq robot-balığı hazırlayıblar. Bu bionik robot dəniz ekosisteminin nümayəndələrini böyük dərinlikdə zərər vermədən müşahidə etmək üçün nəzərdə tutulub. Robotun uzunluğu təxminən 32 sm, çəkisi isə təqribən 670 qramdır. Alimlər adi sualtı aparatlarda istifadə olunan iri və sərt mühərriklərdən imtina edərək, burada yeni elektrohidravlik sistemi tətbiq ediblər. Silikon gövdənin yan hissələrində yerləşdirilən elastik konstruksiyalar dəniz suyunun təbii ionlarından istifadə etməklə elektrik sahəsi yaradır.
         Bu sahə gövdənin daxilindəki xüsusi mayeni tərəfdən-tərəfə hərəkət etdirir və nəticədə robotu real balıq kimi hərəkətə gətirir. Hazırlanmış konstruksiya cihazın ekstremal şəraitə və böyük dərinlikdə yüksək təzyiqə tab gətirməsinə imkan yaradır. Gövdənin daxilindəki maye və elastik struktur sayəsində təzyiq avtomatik olaraq tarazlanır. Sahə sınaqları zamanı robot 4000 metr dərinliyə enib. Laboratoriya şəraitində isə o, 10 000 metr dərinliyə ekvivalent təzyiqdə və 2 dərəcə Selsiyə qədər temperaturda testdən keçib. Müqayisə üçün, okeanın ən dərin nöqtəsi - Marian çökəkliyindəki Challenger uçurumu - 10 935 metr dərinlikdə yerləşir.
    Paylaş
    Bənzər xəbərlər
    cinde-herbi-ekzoskeletin-istifadesi-ile-telim-kecirilib
    Elm & Texnologiya

    Çində hərbi ekzoskeletin istifadəsi ilə təlim keçirilib

    Defence Blog nəşri yerli televiziya süjetini təqdim edib və həmin süjetdə bir hərbi bölmənin imkanları nümayiş etdirilib. Çin Xalq Azadlıq Ordusunun (PLA) 76-cı ordu qrupundan olan hərbçilər dağlıq ərazidə təlimlər keçirib və bu zaman piyada qoşunları ekzoskeletlərdən istifadə ediblər.
    cinliler-suni-usaqliga-sahib-robot-hazirlayiblar
    Elm & Texnologiya

    Çinlilər süni uşaqlığa sahib robot hazırlayıblar

    Çin şirkəti Kaiwa Technology süni uşaqlıqla təchiz edilmiş, insan dölünü mayalanmadan tam inkişafına qədər daşıya bilən bir robot hazırlayıb və onu bazara çıxarmağı vəd edib.
    inteqrasiya-olunmus-suni-intellekte-sahib-ilk-beyin-implanti-hazirlanib
    Elm & Texnologiya

    İnteqrasiya olunmuş süni intellektə sahib ilk beyin implantı hazırlanıb

    Stenford Universitetinin elmi əməkdaşları, neyron siqnalları - yəni insan düşüncələrini - dekodlaşdırmağa imkan verən qabaqcıl beyin implantı hazırlayıblar.
    spacex-yenilenmis-starship-i-teqdim-edib
    Elm & Texnologiya

    SpaceX yenilənmiş Starship-i təqdim edib

    SpaceX, təkmilləşdirilmiş istilik qorumasına və yeni qəfəs tipli stabilizatorlarla təchiz edilmiş modernləşdirilmiş Super Heavy sürətləndiricisinə malik Starship Version 3 raketini təqdim edib.
    cinde-bitkilerin-tozlandirilmasi-robotu-hazirlanib
    Elm & Texnologiya

    Çində bitkilərin tozlandırılması robotu hazırlanıb

    Çinli tədqiqatçılar kənd təsərrüfatı bitkilərinin seleksiya prosesini yerinə yetirə bilən GEAIR adlı robot hazırlayıblar. Onun əsasında süni intellekt və biotexnologiyaların birləşməsi dayanır.