
Büdcəli MacBook-ların qiymətləri iPhone 15in qiymətindən aşağı ola bilər
Elm & Texnologiya
27.10.2023
Emil
Son zamanlarda ortaya çıxan məlumatlara əsasən Apple şirkəti büdcəli MacBook üzərində çalışır və onun qiyməti MacBook Air-dan daha aşağı olmalıdır. Bir neçə gün bundan öncə isə məşhur analitik Ming-Chi Kuo da büdcəli MacBook modelinin hazırlandığını təsdiqləmişdi. İndi isə insayderlər bildiriblər ki, Apple kompakt ölçülü MacBook-ların istehsalına geri qayıtmağı planlaşdırır. Söhbət, 12 düym ölçülü ekrana sahib MacBook-dan gedir. Qeyd etmək lazımdır ki, şirkət 12 düym ekranlı MacBook-un istehsalını 2019-cu ildə dayandırmışdı.
İnsayderlər bildiriblər ki, şirkət hal hazırda 12 və 13 düym ekranlı büdcəli MacBook-lar üzərində çalışır. Bu MacBook-lar şirkətin planşet və kompüter satışlarının aşağı düşmələri fonunda şirkət üçün yeni gəlir mənbəyi olmalıdırlar. Belə ki, büdcəli MacBook-ların təqribi olaraq 700$ satış qiymətinə sahib olacaqları gözlənilir. Bu isə hətta iPhone 15-in qiymətindən də aşağıdır. Məlumatda qeyd edilib ki, 13 düym ekranlı büdcəli MacBook təhsil müəssisələrinə istiqamətlənəcək. Büdcəli MacBook-ların gələn ilin sonunda satışa çıxacaqları gözlənilir
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Apple Watch Ultra 3 smart saatı 2025-ci ilə təxirə salınmış ola bilər
Məşhur analitik Ming-Chi Kuo Apple Watch Ultra 3 smart saatı barəsində ilk məlumatları bölüşüb.

Əməliyyat sistemləri
iPhone 15 Pro modellərinin ekranlarındakı problemi aradan qaldıran iOS 17.1 yenilənməsi istifadəyə verilib
Apple şirkəti iOS 17.1 yenilənməsinin stabil versiyasının istifadəyə verildiyini elan edib.

Cihazlar+
Android istifadəçilər ilə müqayisədə iOS istifadəçilər öz smartfonlarını tez-tez dəyişmirlər
CIRP adlı analitik agentlik Android və iOS istifadəçiləri arasında smartfonların yenilənmə dövrlərinin analizlərini özündə birləşdirən yeni tədqiqatın nəticələrini təqdim edib.

Elm & Texnologiya
AirPods 4 və yeni AirPods Max artıq gələn il təqdim oluna bilərlər
Bloomberg saytının məşhur insayderi Mark Gurman Apple tərəfindən hazırlanan digər naqilsiz qulaqlıqlar barəsində də məlumat verib.

Elm & Texnologiya
Apple Vision Pro özündə tibbi funksiyaları birləşdirə bilər
The Information saytının vermiş olduğu məlumata əsasən Apple şirkətinin gələn ilin əvvəlində satışa çıxacağı Vision Pro adlı qarışıq reallıq (AR + VR) cihazı təkcə əyləncə xarakterli cihaz olmayacaq.
Ən çox oxunanlar

BMT: "Süni zəka 2033-cü ilə qədər iş yerlərinin yarısını ixtisar edəcək"
