Logo
    main-post-cover

    Blue Origin yeni “super-heavy” New Glenn raketini təqdim edib

    Elm & Texnologiya
    21.11.2025
    Sevinc
            Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Blue Origin yeni nəsil New Glenn raketinin daha böyük və gücləndirilmiş versiyasını təqdim edib. Şirkət ikinci New Glenn uçuşunun uğurla başa çatmasından dərhal sonra “super-heavy” yeni modeli ictimaiyyətə göstərib.
        Yeni variant Saturn V-dən daha hündür olacaq və ölçüləri ilə SpaceX-in Starship raketinə yaxınlaşdırılacaq. Bu versiya ilk mərhələdə 9, üst mərhələdə isə 4 raket mühərriki ilə təchiz olunub. Mövcud versiyada isə müvafiq olaraq 7 və 2 mühərrik var. Blue Origin bu iki modeli artıq rəsmi şəkildə New Glenn 9×4 və New Glenn 7×2 adlandırır.
        Gücləndirilmiş 9×4 versiyası, daha yüksək itələmə gücü sayəsində 70 metrik tondan çox yükü aşağı Yer orbitinə daşıya biləcək. Bu göstərici Starship-in nəzəri 100 tonluq daşıma gücündən bir qədər aşağı olsa da, Blue Origin bu fərqi azaltmaq niyyətindədir. Həmçinin raketin daha böyük yük bölməsi (fairing) sayəsində mega-konstellasiyalar, Ay və dərin kosmos missiyaları, eləcə də milli təhlükəsizlik layihələri üçün daha iri həcmdə yük daşımaq mümkün olacaq. Yayımlanan rəsmi təsvirlərdə New Glenn 9×4 raketinin havaya qalxdığı anda Ayın böyük şəkildə görünməsi, şirkətin NASA-nın Ay missiyalarında iştirak iddiasını açıq şəkildə göstərir. Blue Origin hazırda SpaceX ilə bu sahədə rəqabət aparır.
        7×2 versiyası da bir neçə yenilik alıb: ümumi itələmə gücü artırılıb və yük bölməsi artıq təkrar istifadə oluna biləcək. Bundan başqa, uçuşlar arasında gözləmə müddətini azaltmaq üçün əlavə texniki təkmilləşdirmələr edilib. Şirkət növbəti New Glenn uçuşunun dəqiq tarixini açıqlamasa da, hazırda 2026-cı ilin əvvəli nəzərdə tutulur. CEO Dave Limp bildirib ki, Blue Origin yaxın zamanda pilotsuz Blue Moon Mark 1 ay eniş aparatını Aya göndərmək üçün sınaq uçuşu etməyə çalışacaq.
    Paylaş
    Bənzər xəbərlər
    amerikalilarin-aya-cinlilerden-daha-ayaq-basmalari-ucun-plan-bye-ehtiyaclari-var
    Elm & Texnologiya

    Amerikalıların Aya çinlilərdən daha ayaq basmaları üçün "Plan B"yə ehtiyacları var

    ABŞ-ın Aya ilk enişi həyata keçirə bilməsi üçün “Plan B”yə ehtiyacı var - bunu sahə mütəxəssisləri bildirirlər. Çin 2030-cu ilə qədər ilk astronavt ekipajını Ayın səthinə endirməyi və resurslarla zəngin cənub qütbündə baza qurmağı planlaşdırır. Bu bölgə daimi günəş işığına, su buzuna çıxışa və Yer kürəsindən kənardakı ən qiymətli ərazilər üzərində nəzarətə imkan verir.
    blue-origin-sirketi-ayin-menimsenilmesi-planini-aciqlayib
    Elm & Texnologiya

    Blue Origin şirkəti Ayın mənimsənilməsi planını açıqlayıb

    Jeff Bezos-a məxsus olan Blue Origin aerokosmik şirkəti Ayın mənimsənilməsi və insanın Yer peykində uzunmüddətli qalması ilə bağlı planları barədə bəzi detalları açıqlayıb.
    blue-origin-sirketinin-new-glenn-adli-agir-raketinin-ilk-ucus-testi-bas-tutub-video
    Elm & Texnologiya

    Blue Origin şirkətinin New Glenn adlı ağır raketinin ilk uçuş testi baş tutub (VİDEO)

    Amazon-un keçmiş CEO-su Jeff Bezos-a məxsus olan Blue Origin aerokosmik şirkəti özünün New Glenn adlı ağır raketinin test uçuşunu uğurla reallaşdırıb.
    alimler-saatda-32-milyon-kilometr-suretle-bas-veren-kosmik-toqqusma-musahide-edibler
    Elm & Texnologiya

    Alimlər saatda 3.2 milyon kilometr sürətlə baş verən kosmik toqquşma müşahidə ediblər!

    Elm adamları saatda 3.2 milyon km sürətlə baş verən kosmik toqquşmanı qeydə alıblar. Stephan's Quintet qalaktika qrupunda baş verən bu toqquşma nadir görüntülər təqdim edib.
    nasa-spacex-ve-blue-origin-in-aya-enmesini-isteyir
    Elm & Texnologiya

    NASA, SpaceX və Blue Origin-in Aya enməsini istəyir!

    NASA, Elon Musk-ın şirkəti SpaceX-dən Ay səthinə təzyiqləndirilmiş rover göndərməyi tələb edəcək. Bununla yanaşı, Blue Origin şirkətinin isə Ay səthinə yaşayış məkanı çatdırması planlaşdırılır.