
Cihazlar+
Apple, əl ilə bütün ev cihazlarını idarə etməyə imkan verən texnologiyanı patentləşdirib!
Keçən ilin sonunda Apple-nin keçmiş əməkdaşları tərəfindən qurulan Humane adlı şirkət AI Pin adlı yeni ovuciçi smartfon konsepti ilə çıxış etmişdi. Bunun ardınca Apple-nin ABŞ Patent və Ticarət Nişanları İdarəsindən oxşar cihaz üçün patent aldığı xəbərləri ortaya çıxıb. Məlumatlara görə, bu cihaz yaxa sancağı kimi taxıla və istifadəçiyə əl jestləri ilə yaxınlıqdakı digər cihazlardan istifadə etməyə imkan verə biləcək.