Logo
    main-post-cover

    Antarktidanın buz örtüyü çökmə vəziyyətinə çatıb

    Elm & Texnologiya
    22.08.2025
    Emil
         Qərbi Antarktida buz örtüyü Yer üzündəki ən böyük buz massivlərindən biridir və təxminən 2 milyon kvadrat kilometr ərazini əhatə edir. Lakin indi alimlər hesab edirlər ki, Antarktida buz örtüyü fəlakətli çökmə həddindədir. Avstraliya Milli Universitetinin alimlərinin yeni araşdırmalarına görə, dünyada karbon qazının səviyyəsi artdıqca buz örtüyü zəifləyir və dağılma riski daha da yüksəlir. Alimlərin ilkin proqnozlarına əsasən, buz örtüyü çöksə, dünya okeanının səviyyəsi rekord 3 metr qalxa bilər. Belə kəskin artım nəticəsində dünyanın müxtəlif bölgələrində bir sıra sahilyanı şəhər və qəsəbələr su altında qalacaq.
         Böyük Britaniyada Hall, Skeqness, Midlsbro və Nyuport şəhərləri su altında qalacaq. Avropada isə Niderlandın böyük hissəsi, həmçinin Venesiya, Monpelye və Qdansk su altında qalacaq. Tədqiqatın aparıcı müəllifi Nerillie Abram-ın sözlərinə görə, Antarktidanın buzlarında, okeanlarında və ekosistemlərində sürətli dəyişikliklər artıq müşahidə olunur və vəziyyət qlobal istiləşmənin hər bir hissəlik dərəcəsi ilə daha da pisləşəcək. Araşdırmalarında komanda Qərbi Antarktida buz örtüyünün çökəcəyi halda nə baş verəcəyini anlamağa çalışıb. Nəticələr olduqca narahatedici olub. Bu buz nəhənginin dağılması gələcək nəsillər üçün fəlakətli nəticələrə gətirib çıxaracaq.
         Abram-ın sözlərinə görə, Antarktida dəniz buzunun yox olması da dolayı təsirləri olan başqa bir dəyişiklikdir. Buna, Antarktida ətrafındakı üzən şelf buzlaqlarının dalğaların təsiri altında dağılmasına daha çox məruz qalması da daxildir. Yeni araşdırmanın nəticələri həmçinin göstərir ki, Antarktida dəniz buzunun azalması və Cənub okeanında dərin sirkulyasiyanın zəifləməsi iqlim istiləşməsinə əvvəlkindən daha çox həssaslığın narahatedici əlamətlərini nümayiş etdirir. Dəniz buzunun okean səthindən yox olması ilə iqlim sistemində saxlanılan günəş istiliyinin miqdarı da dəyişir. Bundan əlavə, alimlər hesab edirlər ki, bu proses Antarktidada istiləşməni daha da gücləndirəcək. Komanda həmçinin bu qənaətə gəlib ki, materikdə baş verən bir sıra digər dəyişikliklər yaxın vaxtlarda geri dönməz hala gələ bilər, o cümlədən:
    - Antarktida şelf buzlaqlarının itirilməsi
    - İmperator pinqvinlərinin yox olma riski.
         Əgər alimlərin ən ekstremal proqnozları doğru çıxarsa və dünya okeanının səviyyəsi həqiqətən də 3 metr qalxarsa, yüzlərlə sahilyanı şəhər su altında qala bilər. Tədqiqatın müəllifləri həmçinin ümid edirlər ki, nəticələr bir daha bəşəriyyətə karbon qazı emissiyalarını məhdudlaşdırmaq və qlobal istiləşməni cilovlamaq zərurətini xatırladacaq.
    Paylaş
    Bənzər xəbərlər
    alimler-en-uzaq-mesafede-bas-vermis-kosmik-partlayisi-kesf-edibler
    Elm & Texnologiya

    Alimlər ən uzaq məsafədə baş vermiş kosmik partlayışı kəşf ediblər

    Astronomlar Einstein Probe kosmik teleskopunun köməyi ilə sürətli rentgen tranzientləri (FXT) adlandırılan yeni və sirli tip kosmik partlayışlar aşkar ediblər.
    290-milyon-km-mesafeden-yer-ile-ayin-fotosu-cekilib
    Elm & Texnologiya

    290 milyon km məsafədən Yer ilə Ayın fotosu çəkilib

    Yer kürəsindən təxminən 290 milyon km məsafəni qət etdikdən sonra NASA-nın Psyche adlı planetlərarası stansiyası ilk dəfə olaraq Yer və Ayın görüntülərini əldə edib. Bu görüntülər nadir metal asteroidi ilə yaxınlaşmağa hazırlıq məqsədilə elmi cihazların genişmiqyaslı kalibrlənməsinin bir hissəsi olub.
    beyin-qocalmasini-lengiden-zulal-askar-edilib
    Elm & Texnologiya

    Beyin qocalmasını ləngidən zülal aşkar edilib

    San-Fransiskodakı Kaliforniya Universitetinin alimləri beynin qocalmasında əsas rol oynaya biləcək bir zülalı müəyyən ediblər.
    milyardlarla-il-bundan-once-serera-cirtdan-planeti-heyat-ucun-munbit-seraite-sahib-olub
    Elm & Texnologiya

    Milyardlarla il bundan öncə Serera cırtdan planeti həyat üçün münbit şəraitə sahib olub

    NASA-nın Dawn missiyası Mars və Yupiter arasında yerləşən əsas asteroid kəmərindəki Vesta asteroidini və Serera cırtdan planetini öyrənmək üçün həyata keçirilmişdi və 2018-ci ildə başa çatdı.
    gunes-sistemine-gelmis-uc-ulduzlararasi-obyektin-yasi-ve-hardan-geldiyi-teyin-edilib
    Elm & Texnologiya

    Günəş sisteminə gəlmiş üç ulduzlararası obyektin yaşı və hardan gəldiyi təyin edilib

    Son 8 ildə astronomlar Günəş sistemində Süd Yolu qalaktikasının digər hissələrindən gəlmiş üç ulduzlararası obyekt aşkar ediblər. Onlardan biri bu ilin iyulunda kəşf olunub.