Logo
    main-post-cover

    Alimlər sonsuzluğun müalicəsində inqilabi həllə imza atıblar

    Elm & Texnologiya
    18.08.2025
    Emil
         Alimlər reproduktiv tibb sahəsində mühüm bir kəşfə imza atıblar. Artıq laboratoriya şəraitində yumurta və spermatozoidlərin yaranma prosesini təkrarlamaq mümkündür ki, bu da sonsuzluq problemi yaşayan cütlüklərə ümid verir. Harvard Universitetinin alimləri gələcəkdə sonsuzluqdan əziyyət çəkən milyonlarla cütlüyə kömək edə biləcək bir üsul tapıblar. Onlar, kök hüceyrələrin yumurta spermatozoidlərin ilkin formalarına çevrilməsinə imkan verən bir metodika hazırlayıblar - bu hüceyrələr uşağın mayalanması üçün əsas elementlərdir. Yeni texnologiya orqanizmdə cinsiyyət hüceyrələrinin yaranmasına səbəb olan təbii prosesi təqlid edir.
         Alimlər genlər və kimyəvi maddələrin xüsusi bir kombinasiyasından istifadə edərək bu mürəkkəb mexanizmin ilkin mərhələlərini laboratoriya şəraitində işə salmağa nail olublar. Xüsusilə vacib olan odur ki, bu metod həm qadın, həm də kişi hüceyrələri ilə işləyir. Araşdırmalar göstərib ki, proses 34 dərəcə Selsi temperaturda daha yaxşı gedir - bu da kişi cinsiyyət orqanlarında olan təbii temperaturdur. Bu gözlənilməz bir kəşfdir, çünki əvvəllər bunun yalnız spermatozoidlər üçün vacib olduğu düşünülürdü. Hazırda texnologiya cinsiyyət hüceyrələrinin yalnız ilkin formalaşma mərhələlərini müşahidə etməyə imkan verir. Lakin tədqiqatçılar prosesi sona çatdırmaq üzərində artıq işləyirlər. Gələcəkdə bu, aşağıdakı sahələrdə faydalı ola bilər:
    - Yumurta hüceyrəsi və ya spermatozoidlərin yaranmasında problem olan cütlüklərə uşaq sahibi olmaqda kömək etmək
    - Yeni kontrasepsiya metodlarının hazırlanması
    - Reproduktiv sistem üçün dərmanların təhlükəsizliyini test etmək.
    Paylaş