Logo
    main-post-cover

    Alimlər bəlkə də paralel kainatdan gəlmiş siqnalı təyin ediblər

    Elm & Texnologiya
    24.09.2025
    Emil
         arXiv preprint saytında alimlərin başqa bir kainatdan gələn siqnalın ilk dəfə aşkar edilməsi məsələsini müzakirə etdikləri məqalə dərc olunub. Onlar öz kəşflərində israr etmirlər, lakin bunu tamamilə istisna da etməyərək həmkarlarını oxşar halları araşdırmağa dəvət edirlər. Söhbət 2019-cu ildə GW190521 qravitasiya dalğası siqnalının qeydə alınmasından gedir. Bu siqnal həm ABŞ-ın LIGO, həm də Avropanın Virgo qravitasiya dalğası rəsədxanaları tərəfindən əldə olunub. Hadisənin müddəti 1 saniyədən az olub, halbuki adətən belə siqnallar xeyli uzun olur və xarakterik xüsusiyyətlərə - azalan titrəyişlərə malik olur. Müasir qravitasiya dalğası rəsədxanaları böyük kütləyə malik sıx obyektlərin - qara dəliklərin və ya neytron ulduzlarının birləşməsini qeydə alırlar. İki obyekt bir-birinə yaxınlaşaraq sürətlənmiş şəkildə ümumi kütlə mərkəzi ətrafında spiral üzrə fırlanır və nəhayət bir obyektə birləşir.
         Bu zaman tezliyi artan dalğalar şəklində xarakterik siqnal yaranır - obyektlər birləşənədək və fəza-zamanın dalğalanma prosesi dayanana qədər. GW190521 hadisəsi öz qeyri-adiliyi ilə diqqəti cəlb edir. Nəsə birləşdi, lakin kütləvi obyektlərin yaxınlaşma prosesi qeydə alınmadı, baxmayaraq ki, nəticədə yaranan partlayış 142 Günəş kütləsinə bərabər obyektin əmələ gəlməsinə uyğun gəlirdi. Başqa sözlə, birləşmədən əvvəlki qravitasiya dalğalarını nəzərdən qaçırmaq mümkün deyildi. Ən inandırıcı ehtimal ondan ibarətdir ki, kainatın hansısa nöqtəsində əvvəlcədən qravitasiya ilə əlaqəsi olmayan iki qara dəlik təsadüfən rastlaşıb. Hər biri öz trayektoriyası üzrə hərəkət edirdi və görüş planlaşdırılmamış, buna görə də qısa müddətli olmuşdu. Lakin çin alimlərdən ibarət bir qrup cəsarətli bir fərziyyə irəli sürüb və vacib məqam odur ki, bunu rəqəmlərlə əsaslandırıb.
         Tədqiqatçıların fikrincə, GW190521 hadisəsi paralel kainatda iki qara dəliyin toqquşmasının əks-sədasıdır, bizim rəsədxanalarımızın qeydə aldıqları qravitasiya siqnalı isə köstəbək yuvasının “səsi”dir - iki kainatı birləşdirən fəza-zaman dəliyi. Çinli alimlərin təklif etdikləri model iki ehtimal irəli sürür, onlardan bizim kainatımızda iki qara dəliyin təsadüfi toqquşması ssenarisi bir qədər üstün görünür. Lakin bu, köstəbək yuvasının çökməsi ehtimalını da tamamilə istisna etmir. Oxşar xarakterli hadisə bir dəfə də qeydə alınıb - GW231123. Bu hadisə GW190521 qədər qısa olmayıb, amma yenə də adi iki qara dəliyin və ya iki neytron ulduzunun normal birləşməsinə nisbətən daha qısa davam edib. Beləliklə, alimlər qravitasiya dalğası rəsədxanalarının siqnallarında başqa kainatdan gəlmiş ola biləcək ehtimal olunan izlərin axtarılmasını təklif edirlər. Bəlkə də onlar doğrudan da bu dünyadan deyillər?
    Paylaş
    Bənzər xəbərlər
    yaxin-ulduz-sistemindeki-ekzoplanetlerden-biri-heyat-ucun-munbit-seraite-sahib-ola-biler
    Elm & Texnologiya

    Yaxın ulduz sistemindəki ekzoplanetlərdən biri həyat üçün münbit şəraitə sahib ola bilər

    İlin sonuna qədər planlaşdırılan, Yerdən 40 işıq ili uzaqlıqda yerləşən TRAPPIST-1 e ekzoplaneti üzərində aparılacaq müşahidələr sensasiya vəd edir - şərti olaraq Yer tipli atmosferə malik ilk ekzoplanetin kəşfi.
    2008-ci-ilden-gunesin-aktivliyi-artmaga-baslayib
    Elm & Texnologiya

    2008-ci ildən Günəşin aktivliyi artmağa başlayıb

    NASA bildirib ki, 2008-ci ildən müşahidə olunan və xüsusilə də son dövrdə daha aydın görünən günəş aktivliyinin minimal mərhələsi başa çatıb. Ulduzumuz yenidən “oyanır” - Günəşin aktivliyi tədricən artır.
    potensial-yadplanetli-sivilizasiyalar-onlarla-isiq-ili-uzaqliginda-bizim-radiosiqnallari-qebul-ede-bilerler
    Elm & Texnologiya

    Potensial yadplanetli sivilizasiyalar onlarla işıq ili uzaqlığında bizim radiosiqnalları qəbul edə bilərlər

    NASA-nın Pensilvaniya Dövlət Universiteti alimləri ilə birgə apardığı araşdırma göstərib ki, müəyyən şərtlər altında yadplanetli sivilizasiyalar Yer kürəsindən göndərilən radiosiqnalları onlarla işıq ili uzaqlıqda belə sərbəst şəkildə qəbul edə bilərlər.
    alimler-qlobal-okeanlara-sahib-ekzoplanetlerin-movcudlugunu-subhe-altina-atiblar
    Elm & Texnologiya

    Alimlər qlobal okeanlara sahib ekzoplanetlərin mövcudluğunu şübhə altına atıblar

    Bu ilin aprelində britaniyalı alimlərin təqdim etdikləri, ekzoplanetlərdə həyatın mövcudluğuna dair sensasiyalı ilk tutarlı sübut əks nəticə verdi.
    suni-intellekt-bakteriyalari-mehv-ede-bilen-viruslari-formalasdirmagi-oyrenib
    Elm & Texnologiya

    Süni intellekt bakteriyaları məhv edə bilən virusları formalaşdırmağı öyrənib

    Süni intellekt ilk dəfə olaraq həqiqətən işləyən viruslar formalaşdıra biləcəyini sübut edib. Stenford və Arc Institute alimləri bu sahədə bir irəliləyiş barədə məlumat veriblər.