Logo
    main-post-cover

    5 müxtəlif tip orqanik çirkləndiricini parçalaya bilən bakteriya yaradılıb

    Elm & Texnologiya
    13.05.2025
    Emil
         Əsasən kimyəvi zavodlar və neft-qaz sənayesi müəssisələri tərəfindən atılan sənaye tullantı suları mürəkkəb çirkləndirici maddələrdən təşkil edilir. Təbii mikroorqanizmlər bu çirklənmələrlə mübarizə apara bilmir, lakin Çindən olan bioloqlar komandası bu sahədə irəliləyişə nail olublar. Onlar yüksək duzluluğa malik tullantı sularında 5 müxtəlif tip orqanik çirkləndiricini eyni vaxtda parçalaya bilən yeni bir bakteriya ştammı yaradıblar. Kimya və neft-qaz sənayesinə məxsus sənaye müəssisələrinin tullantı sularında adətən bərk asılı maddələr, orqanik birləşmələr, ağır metallar, toksik kimyəvi maddələr və qida duzları olur.
         Təbii bakteriyalar yalnız bir və ya iki növ çirkləndiricini parçalaya bildiyi üçün, qarışıq çirklənmələrə - məsələn, neft, ağır metallar və radioaktiv maddələrə qarşı effektsiz qalırlar. Bu problemi həll etmək üçün Çin Elmlər Akademiyasının Şençjendəki Ən Yeni Texnologiyalar İnstitutuŞanxay Ciaotun Universitetindən olan tədqiqat qrupu sintetik biologiya üsullarından istifadə edərək modul metabolik yollarla təchiz olunmuş bakteriya ştammı yaradıb. Onlar eyni bakteriya daxilində 5 süni parçalanma yolunu birləşdirərək eyni anda növbəti tipik aromatik çirkləndiriciləri parçalamağa nail olublar: Bifenil, fenol, naftalin, dibenzofurantoluol.
         Məlumata görə, aparılmış təcrübi yoxlamalar yaradılmış bakteriya ştammının yüksək effektivliyini nümayiş etdirib. 48 saat ərzində bu ştamm bütün 5 hədəf çirkləndiricinin 60%-dən çoxunu aradan qaldıra bilib, bifenili tam parçalayaraq, toluol və dibenzofuran kimi mürəkkəb birləşmələri isə təxminən 90% səviyyəsində parçalayaraq. Tədqiqatçılardan biri olan Dai Junbiao bildirib ki, bu sintetik bakteriya ətraf mühitin mühafizəsi sahəsində, o cümlədən neft sızmalarının aradan qaldırılması, sənaye sahələrinin bərpası və mikroplastikin bioloji parçalanması istiqamətlərində geniş tətbiq potensialına malikdir.
    Mənbə: China Daily
    Paylaş
    Bənzər xəbərlər
    yupiterin-qutb-pariltilarinin-goruntuleri-elde-edilib
    Elm & Texnologiya

    Yupiterin qütb parıltılarının görüntüləri əldə edilib

    STScI-nin (Space Telescope Science Institute) rəsmi saytında James Webb kosmik teleskopu tərəfindən Yupiterdəki çəkilmiş qütb parıltılarının görüntüləri dərc olunub.
    neyrodegenerativ-xesteliklerin-inkisafini-bloklayan-molekul-askar-edilib
    Elm & Texnologiya

    Neyrodegenerativ xəstəliklərin inkişafını bloklayan molekul aşkar edilib

    Avstraliyalı alimlər neyrodegenerasiya fonunda neyronların məhvinin qarşısını ala bilən bir molekul müəyyən ediblər. Əvvəlcə tədqiqatçılar Parkinson xəstəliyinin müalicəsi üçün dərman yaratmağı hədəfləmişdilər, lakin bu kəşf hələ də müalicəsi mümkün olmayan xəstəliklərə qarşı universal terapiya yaradılması ümidini doğurur.
    alimler-qurgusunu-qizila-cevire-bilibler
    Elm & Texnologiya

    Alimlər qurğuşunu qızıla çevirə biliblər

    7-ci əsr kimyaçıları ucuz qurğuşunu qiymətli qızıla çevirməyi xəyal edirdilər. Lakin protonların sayındakı fərqə görə bu, kimyəvi baxımdan mümkün deyil. Buna baxmayaraq, CERN fizikləri Böyük Adron Kollayderi (BAK) vasitəsilə qurğuşun ionlarını toqquşduraraq transmutasiya həyata keçiriblər.
    statistik-baximdan-biz-artiq-yadplanetlileri-askar-etmeli-idik
    Elm & Texnologiya

    Statistik baxımdan biz artıq yadplanetliləri aşkar etməli idik

    Texnoloji cəhətdən inkişaf etmiş bir sivilizasiya nəzəri olaraq cəmi bir neçə milyon il ərzində bütün Süd Yolunu kolonizasiya edə bilərdi - bu, kosmik zaman ölçüsündə qısa bir müddətdir.
    mehvolma-prosesindeki-ulduzun-melumatlari-musiqiye-cevrilib-video
    Elm & Texnologiya

    Məhvolma prosesindəki ulduzun məlumatları musiqiyə çevrilib (VİDEO)

    NASA bir neçə kosmik teleskop tərəfindən toplanan məlumatlar əsasında yaradılmış üç musiqi kompozisiyasını dərc edib. Yeni səsləndirmələr (sonifikasiya) Chandra kosmik rentgen teleskopu, James Webb kosmik teleskopu və rentgen polarimetriyasını araşdırmaq üçün nəzərdə tutulmuş Imaging X-Ray Polarimetry Explorer (IXPE) kosmik aparatı tərəfindən əldə olunmuş məlumatlardan hazırlanıb.