Logo
    main-post-cover

    4 aya Marsa uçmaq: Raketlər üçün termonüvə mühərriki təqdim edilib (VİDEO)

    Elm & Texnologiya
    11.03.2025
    Emil
         Böyük Britaniyanın Pulsar Fusion şirkəti nüvə mühərriki ilə işləyən raketini təqdim edib. Bu mühərrik termonüvə sintezi texnologiyasına əsaslanır. Yeni raket Marsa uçuş müddətini iki dəfə azalda və Günəş sisteminin kənarlarına daha sürətli çatmaq imkanını yarada bilər. Sunbird - orbitdə sürətli yerləşdirmə üçün nəzərdə tutulmuş kosmik raketdir. O, daha böyük raketlərə qoşularaq onların uzaq dünyalara daha qısa müddətdə çatmasına kömək edir. Pulsar Fusion iddia edir ki, Sunbird 1000-2000 kq ağırlığında kosmik gəmi və ya raketi təxminən 4 aya Marsa çatdıra bilər. Bu raket, kosmik yedək rolunu oynayır.
         Təqdim edilmiş videoda Sunbird-in, SpaceX-in Starship-ə bənzəyən bir raketə qoşularaq onu Marsa göndərməsi göstərilir. Mövcud texnologiyalarla Marsa uçuş 7-8 ay çəkir, Sunbird bu müddəti 50% azaldaraq dörd aya endirə bilər. Pulsar Fusion iddia edir ki, 1000 kq-a qədər çəkisi olan bir kosmik gəmini Günəş sisteminin kənarında yerləşən Plutona cəmi dörd ilə çatdıra bilər. Müqayisə üçün, NASA-nın New Horizons adlı kosmik aparatı bu məsafəni qət etmək üçün təxminən 8 il vaxt sərf edib. Saturn sisteminə uçuş isə təxminən 2 il çəkəcək. Sunbird raketi "Duel Direct Fusion Drive" adlı mühərriklə təchiz ediləcək. Bu, hazırda inkişaf mərhələsində olan kompakt termonüvə mühərrikidir. O, yüksək itələmə gücü və enerji təmin edir.
         Bu mühərrik atomların birləşməsi nəticəsində böyük miqdarda enerji yaradan termonüvə sintezi prinsipi ilə işləyir. Eyni proses Günəşin daxilində də baş verir. Pulsar Fusion 2023-cü ildə termonüvə mühərrikinin hazırlanmasına başlayıb. Onun sınaqları bu il baş tutmalıdır. 2027-ci ildə orbitdə texnologiyanın nümayişi planlaşdırılır. Nüvə mühərriki ilə təchiz edilmiş raketlərin mövcud kimyəvi mühərrikli raketlərdən ən azı iki dəfə daha effektiv olduğu düşünülür. Bu, onların daha güclü itələmə qüvvəsi yaratması ilə izah olunur. Daha güclü itələmə isə kosmik gəmilərin təyinat nöqtəsinə daha tez çatmasına imkan yaradır. Alimlərin əsas diqqətini hazırda Mars cəlb edir. NASA, yaxın illərdə astronavtları Aya endirdikdən sonra Marsa insan göndərməyi planlaşdırır. Mars uçuş müddətinin azaldılması, astronavtların sağlamlığı üçün kritik əhəmiyyət daşıyır. Çünki daha uzun uçuş müddəti, kosmik radiasiyaya daha çox məruz qalma riskini artırır.
    Paylaş
    Bənzər xəbərlər
    tesla-ve-byd-nin-batareyalari-muqayise-edilib
    Elm & Texnologiya

    Tesla və BYD-nin batareyaları müqayisə edilib

    Almaniyanın Aaxen şəhərində yerləşən RWTH Aachen Texniki Universitetinin tədqiqatçıları Tesla 4680 və BYD Blade batareyalarını hissələrə ayıraraq onları müqayisə ediblər.
    insanabenzer-atlas-robotu-hyundai-sirketinin-zavodunda-ise-baslayib
    Elm & Texnologiya

    İnsanabənzər Atlas robotu Hyundai şirkətinin zavodunda işə başlayıb

    Təxminən 1 il əvvəl Boston Dynamics şirkəti tam elektriklə işləyən Atlas robotunu təqdim etdi. Bu yeni model, hidravlik sistemli əvvəlki Atlas modelindən daha sürətli, güclü və çevik oldu. 1 il ərzində aparılmış təcrübələr və təlimlər nəticəsində şirkət Atlas üçün ən uyğun iş sahələrindən birini müəyyənləşdirdi.
    cinde-insanlar-ve-robotlar-ucun-marafon-kecirilecek
    Elm & Texnologiya

    Çində insanlar və robotlar üçün marafon keçiriləcək

    Pekində unikal bir yarımarafon keçiriləcək. İnsanlar və humanoid (insanabənzər) robotlar birlikdə 21 km məsafəni qətt edəcəklər. Yarış 13 aprel 2025-ci ildə Beijing E-Town xüsusi iqtisadi zonasında baş tutacaq.
    cinde-insanabenzer-robot-ictimai-asayise-nezaret-edir
    Elm & Texnologiya

    Çində insanabənzər robot ictimai aşayişə nəzarət edir

    Çinin Şençjen şəhərində PM01 adlı humanoid (insanabənzər) robotları polis əməkdaşları ilə birlikdə küçələri patrul etməyə başlayıblar.
    alimler-radioaktiv-tullantilardan-atom-batareyasi-hazirlayiblar
    Elm & Texnologiya

    Alimlər radioaktiv tullantılardan atom batareyası hazırlayıblar

    Ohayo Ştat Universitetinin tədqiqatçıları radioaktiv tullantıların utilizasiyası üçün perspektivli bir üsul təklif ediblər. Bu yanaşma eyni anda iki problemi həll edə bilər. Təhlükəli materialların təhlükəsiz idarə olunması və uzun ömürlü enerji mənbələrinin yaradılması.