Logo
    main-post-cover

    TSMC-nın bazar dəyəri 1 trilyon dolları keçib

    Tech-Biznes
    22.07.2025
    Emil
         Tayvan Fond Birjasında keçirilmiş ticarət zamanı dünyanın ən böyük yarımkeçirici istehsalçısı olan Taiwan Semiconductor Manufacturing Company (TSMC) şirkətinin bazar dəyəri ilk dəfə olaraq 1 trilyon dolları keçib. Bu artımı süni intellekt boom-u dövründə TSMC-nin mövqelərinin güclənməyə davam edəcəyinə əmin olan investorların inamı dəstəkləyir. Şirkətin əsas müştərilərindən biri olan NVIDIA kimi nəhənglərin yüksək tələbi də bu inamı artırır. Son 3 ay ərzində TSMC-nin səhmlərinin dəyəri təxminən 50% artıb. 18 iyul ticarət gününün nəticələrinə əsasən, TSMC-nin Tayvan Fond Birjasındakı bazar dəyəri 29.82 trilyon yeni tayvan dolları (təxminən 1.013 trilyon dollar) təşkil edib.
         Şirkətin bir səhminin dəyəri 1150 tayvan dollarına (təxminən 39.1$) çatıb. 18 iyulda ABŞ-da TSMC-nin depozitar qəbzləri 240.4$ dəyərində qiymətləndirilib. TSMC-nin 2025-ci ilin ikinci rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 39% artaraq 933.79 milyard tayvan dollarına (təxminən 31.7 milyard dollar) çatıb. Şirkətin xalis mənfəəti isə ikinci rübdə təxminən 61% artaraq 398.27 milyard tayvan dolları (təxminən 13.5 milyard dollar) olub. Bu maliyyə nəticələri analitiklərin əvvəlki proqnozlarını xeyli üstələyib. TSMC 1 trilyon dollarlıq kapitallaşma həddini keçən ilk Asiya şirkəti olub.
         2007-ci ildə yalnız Çin neft-qaz şirkəti PetroChina bu həddi qısa müddətlik keçə bilmişdi. TSMC Apple və NVIDIA kimi texnologiya nəhəngləri üçün əsas yarımkeçirici tədarükçüsüdür. Qeyd edək ki, NVIDIA da bir müddət əvvəl süni intellekt sistemlərinə olan maraq dalğasında 4 trilyon dollarlıq kapitallaşmaya çatan ilk şirkət oldu. TSMC-nin kapitallaşmasının artması investorların çiplərə tələbin daha da artacağına və süni intellekt ətrafındakı həyəcanın yaxın zamanda səngiməyəcəyinə inandıqlarını göstərir. TSMC özü qabaqcıl yarımkeçirici texnologiyalarına olan tələbatı optimist şəkildə qiymətləndirir - 2025-ci ilin ikinci rübü üzrə hesabat zamanı şirkət illik gəlir artımı proqnozunu 30%-ə yüksəldib.
    Paylaş
    Bənzər xəbərlər
    2050-ci-ile-qeder-suni-zeka-esasli-4-milyard-robot-movcud-olacaq
    Elm & Texnologiya

    2050-ci ilə qədər süni zəka əsaslı 4 milyard robot mövcud olacaq

    Yalnız NVIDIA-nın qurucusu deyil, digər texnologiya nəhəngləri də robototexnika məhsulları bazarının böyüməsinə böyük ümidlər bəsləyirlər. TrendForce-un Economic Daily News-a istinadən verdiyi məlumata görə, TSMC rəhbərliyi proqnozlaşdırır ki, 2030-cu ilə qədər süni zəka funksiyalı 1.3 milyard robot istismarda olacaq.
    donald-trump-in-fealiyyeti-texnoloji-sirketlerin-boyuk-hecmde-bazar-deyerini-itirmelerine-sebeb-olub
    Tech-Biznes

    Donald Trump-ın fəaliyyəti texnoloji şirkətlərin böyük həcmdə bazar dəyərini itirmələrinə səbəb olub

    ABŞ-ın texnologiya sektorundakı şirkətlərin səhmləri Donald Trump-ın andiçmə mərasimindən sonra 7%-dən çox dəyər itirib. Yeni administrasiyanın tətbiq etdiyi gömrük rüsumları ticarət müharibəsini alovlandırıb, bu da Wall-Street-də qeyri-müəyyənliyi artıraraq riskli aktivlərdən investorların geri çəkilməsinə səbəb olub.
    tsmc-sirketi-samsung-un-exynos-prosessorlarini-istehsal-etmekden-imtina-edib
    Elm & Texnologiya

    TSMC şirkəti Samsung-un Exynos prosessorlarını istehsal etməkdən imtina edib

    Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti özünün Exynos prosessorlarının istehsalı mövzusunda Tayvanın TSMC şirkətinin istehsal gücündən istifadə etməyi planlaşdırır.
    openai-sirketi-tsmc-vasitesile-16-nanometrlik-suni-zeka-ciplerini-elde-ede-biler
    Elm & Texnologiya

    OpenAI şirkəti TSMC vasitəsilə 1.6 nanometrlik süni zəka çiplərini əldə edə bilər

    Hələ keçən il məlumat ortaya çıxdı ki, OpenAI şirkəti özünün süni zəka çiplərini istehsal etməyi planlaşdırır.
    iphone-17-pro-smartfonlari-2-nanometrlik-prosessora-sahib-ilk-smartfonlar-olacaqlar
    Cihazlar+

    iPhone 17 Pro smartfonları 2 nanometrlik prosessora sahib ilk smartfonlar olacaqlar

    Bir neçə il bundan öncə TSMC şirkəti bildirmişdi ki, o, 2 nanometrlik prosessorların kütləvi istehsalını 2025-ci il üçün planlaşdırır.