
TikTok-un potensial alıcıları siyahısına Amazon da qoşulub
Tech-Biznes
03.04.2025
Emil
Artıq 5 aprelə - ABŞ hökumətinin TikTok-un yerli aktivlərinin satışı üçün müəyyən etdiyi son tarixə - çox az vaxt qalıb və bu tarixdən cəmi bir neçə gün əvvəl həmin aktivlərin alınması ilə maraqlananlar sırasına ciddi bir rəqib də qoşulub - Amazon şirkəti. Məlumata əsasən Amazon ABŞ-ın vitse-prezidenti J.D. Vance və ticarət naziri Howard Lutnick-ə ünvanlanmış satınalma təklifi məktubu göndərib. Məlumata görə, Donald Trump çərşənbə günü Ağ Evdə yüksək vəzifəli hökumət rəsmiləri ilə görüş keçirib və bu görüşdə TikTok-un gələcək taleyi müzakirə olunub. Məlumatlı mənbələrin bildirdiyinə görə, texnologiya nəhəngi Oracle və özəl investisiya şirkəti Blackstone da daxil olmaqla bir sıra yeni amerikalı investorlar potensial razılaşmaya qoşula bilər.

Lakin The New York Times qeyd edir ki, belə bir razılaşmanın federal qanunvericiliyin tələblərinə uyğun olub-olmayacağı hələlik məlum deyil. Amazon-un TikTok-a marağı tamamilə başa düşüləndir, çünki video platformasının bir çox məşhur istifadəçiləri izləyiciləri Amazon marketplace-də məhsul almağa təşviq edir və bunun müqabilində satışlardan komissiya qismində gəlir əldə edirlər. Bununla belə, The New York Times yazır ki, Amazon-un təklifi hələlik ciddi qəbul olunmur.

Amazon daha əvvəl TikTok-a bənzər bir platforma - alış-veriş üçün qısa videolar tətbiqi olan Inspire-ı istifadəyə vermişdi, lakin bu platforma alıcıları cəlb etməkdə uğur qazana bilmədi və nəticədə 2025-ci ilin fevralında şirkət onu öz tətbiqindən sildi. TikTok-un ABŞ-dakı biznesini almaq istədiyini bəyan edən bir neçə şirkət və investor var. Onlar arasında milyarder Frank McCourt və Employer.com şirkətinin qurucusu Jesse Tinsley də yer alır. Çərşənbə günü Zoop adlı şirkət satınalma müraciəti etdiyini açıqlayıb, bundan əvvəl isə süni zəka axtarış sistemi Perplexity eyni niyyətini bildirmişdi.
Mənbə: The New York Times
Paylaş
Bənzər xəbərlər

Sosial Media
Instagram analoqu olan TikTok Notes-un fəaliyyəti dayandırılacaq
Çinin qısa video xidməti TikTok 8 may tarixində TikTok Notes bölməsini bağlamağı planlaşdırır. Foto paylaşımı üçün nəzərdə tutulmuş bu tətbiq ötən il Kanada, Avstraliya və Vyetnamda test rejimində istifadəyə verilmişdi - və bir çox cəhətdən Instagram-ı xatırladırdı.

Tech-Biznes
Donald Trump, TikTok ilə bağlı razılaşmanı bu gün müzakirə edə bilər
Aprelin yaxınlaşması ilə ötən həftəsonu ABŞ prezidenti Donald Trump-ın TikTok-un ABŞ biznesinin ayrılması ilə bağlı razılaşmanı cari həftənin sonunadək elan edəcəyi barədə məlumat yayılıb.

Süni İntellekt
Amazon süni zəka agenti Nova Act-ı təqdim edib
Amazon universal süni zəka agenti olan Nova Act-ı təqdim edib. Bu süni zəka agenti veb-brauzeri idarə edə və bəzi sadə əməliyyatları müstəqil şəkildə yerinə yetirə bilir.

Tech-Biznes
TikTok-un yaradıcısı Çinin ən varlı şəxsinə çevrilib
Çinli sahibkar Zhang Yiming, 2012-ci ildə qısa videolar xidməti olan TikTok-un sahibi ByteDance şirkətini təsis edən şəxs, Bloomberg Milyarderlər İndeksinə əsasən ilk dəfə olaraq Çinin ən varlı insanları reytinqinə başçılıq edib.

Tech-Biznes
ABŞ hökuməti TikTok-un alınması mövzusuna Oracle şirkətini cəlb etməyi planlaşdırır
ABŞ hakimiyyəti, Çinin TikTok vasitəsilə ABŞ cəmiyyətinə təsir imkanlarını məhdudlaşdırmaq üçün əvvəlcə Oracle şirkətinin infrastrukturuna güvənirdi. İndi isə Oracle bu məsələdə daha böyük rol oynaya bilər.
Ən çox oxunanlar

Apple-ın sabiq baş dizayneri Jony Ive tərəfindən hazırlanan süni zəka cihazı zəngetmə xüsusiyyətinə sahib ola bilər
