
OpenAI yaxın illərdə öz infrastrukturuna 115 milyard dollar xərcləyəcək
Tech-Biznes
08.09.2025
Emil
OpenAI hələ də startap hesab edildiyi üçün şirkət qarşıdakı xərclər və gəlirlər barədə məlumatı azsaylı investorlarla olduqca məxfi şəraitdə bölüşür. The Information nəşri öyrənib ki, 2025-2029-cu illəri əhatə edəcək dövrdə OpenAI ilkin planlaşdırılan 35 milyard dollar əvəzinə 115 milyard dollar xərcləməyi nəzərdə tutur. Artıq indi OpenAI dünyada bulud hesablama gücünün ən böyük icarədarlarından biridir, buna görə də bu xərclərin əhəmiyyətli hissəsini mərkəzləşdirilmiş məlumat mərkəzlərinin icarə haqları və elektrik enerjisi hesabları təşkil edir.

Bu sahədə xərcləri azaltmaq üçün OpenAI məhz özünün hazırladığı hesablama sürətləndirici çiplərinin istehsalını yoluna qoymağı və məlumat mərkəzləri tikintisi ilə məşğul olmağı planlaşdırır. Cari ildə isə OpenAI əvvəlki proqnozlarda nəzərdə tutulmuş təxminən 6.5 milyard dollar əvəzinə 8 milyard dollardan çox xərcləməyi gözləyir. Gələn il xərclər 2 dəfədən çox artaraq 17 milyard dollara çatacaq, əvvəlki proqnozla müqayisədə isə 10 milyard dollar çox olacaq. 2027-ci ildə şirkətin xərcləri 35 milyard dollar, 2028-ci ildə isə 45 milyard dollar təşkil edəcək. Ümumilikdə, 2025-2030-cu illər dövründə OpenAI öz hesablama infrastrukturunun saxlanması və inkişafına ən azı 150 milyard dollar ayırmağı planlaşdırır. Bundan əlavə, şirkət investorları xəbərdar edib ki, süni intellekt modellərinin hazırlanma dəyəri gözləniləndən daha yüksək olur.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
OpenAI-nin ilk süni intellekt çipi gələn il işıq üzü görəcək
OpenAI-nin süni intellekt sistemlərində hesablamaları sürətləndirmək üçün çip təqdim etmək niyyətinə dair şayiələr bu həftə yenidən gündəmə gəlib, çünki Broadcom şirkəti oxşar çiplərin ümumi dəyəri 10 milyard dollar olan müqavilə çərçivəsində yeni və sirli müştəriyə satılacağını açıq şəkildə etiraf edib.

Proqram Təminatı
OpenAI LinkedIn-in süni intellekt əsaslı analoqunu hazırlayır
OpenAI bildirib ki, o, biznesləri və işçiləri birləşdirəcək süni intellekt əsaslı işə qəbul platforması üzərində işləyir. Bu xidmət şirkəti LinkedIn ilə birbaşa rəqabətə qoyacaq.

Proqram Təminatı
ChatGPT-nin Projects funksiyası pulsuz istifadəçilər üçün əlçatan olub
OpenAI şirkəti ChatGPT-nin pulsuz istifadəçilərinə əvvəl yalnız ödənişli abunəçilərə təqdim olunmuş Projects funksiyasına giriş imkanı verdi.

Proqram Təminatı
ChatGPT-yə valideyn nəzarəti funksiyası əlavə olunacaq
OpenAI bildirib ki, yaxın 1 ay ərzində ChatGPT tətbiqində valideyn nəzarəti funksiyası əlavə olunacaq. Valideynlər öz hesablarını 13 yaşdan yuxarı yeniyetmənin hesabı ilə əlaqələndirə, modelin davranış qaydalarını təyin edə, yaddaşı və söhbət tarixini aktivləşdirib-deaktiv edə biləcəklər.

Süni İntellekt
ChatGPT-dəki maneələri yaltaqlıq və psixoloji üsullarla aşmaq mümkündür
Süni intellekt çat-botlarının siyasəti qadağan olunmuş məlumatlarla bağlı təxribat xarakterli sorğulardan qorunmanı nəzərdə tutur, lakin onları sadə yaltaqlıq və psixoloji üsullar vasitəsilə, adi insanda olduğu kimi, aşmaq mümkündür.
Ən çox oxunanlar

iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ
