Logo
    main-post-cover

    NVIDIA-nın bazar dəyəri 4.3 trilyon dolları keçib

    Tech-Biznes
    29.07.2025
    Emil
         Dünya fond bazarı NVIDIA-nın bazar dəyərindəki fenomenal artımı izləməyə davam edir. 9 iyul tarixində ABŞ nəhəngi 4 trilyon dollar bazar dəyəri həddinə çatmış ilk şirkət oldu və indi isə növbəti rekord qeydə alınıb. 28 iyulda keçirilmiş ticarət sessiyasının nəticələrinə görə, NVIDIA-nın bazar dəyəri 4.3 trilyon dolları keçərək tarixdəki ən yüksək göstəriciyə çatıb. Bu nailiyyətə ABŞ-ın S&P 500Nasdaq indekslərinin artımı, həmçinin Trump administrasiyasının NVIDIA çiplərinin Çinə ixracını bərpa etmək qərarı sayəsində nail olunub. NVIDIA-nın səhmlərinin dəyəri 2024-cü ildə 170%-dən çox artıb və bu, 2023-cü ildəki 240%-lik artımın davamıdır.
         2025-ci ilin ilk yarısında isə şirkətin dəyəri təxminən 700 milyard dollar artıb və artım tendensiyası davam edir. NVIDIA-nın baş direktoru Jensen Huang 10b5-1 qaydasına əsasən, bu yaxınlarda təxminən 38 milyon dollar dəyərində 225 000 ədəd NVIDIA səhmi satıb. 2025-ci ilin əvvəlindən bəri isə Huang ümumilikdə 1.2 milyon səhmi 190 milyon dollar məbləğində reallaşdırıb və ilin sonuna qədər 6 milyonadək səhmi satmağı planlaşdırır. Satışlara baxmayaraq, o hələ də şirkətin təxminən 3.5%-lik payı ilə ən böyük fərdi səhmdarı olaraq qalır. Sözügedən qayda (10b5-1) daxili məlumatlara əsaslanan ticarəti tənzimləyir və şirkət rəhbərlərinə və ya iri səhmdarlara səhmləri qanuni şəkildə almaq və ya satmaq imkanı yaradır.
    Paylaş
    Bənzər xəbərlər
    nvidia-ceo-su-cin-menseli-suni-zeka-modellerini-dunya-seviyyesine-uygun-hesab-edir
    Süni İntellekt

    NVIDIA CEO-su Çin mənşəli süni zəka modellərini dünya səviyyəsinə uyğun hesab edir

    Həftənin əvvəlində artıq məlum olduğu kimi, NVIDIA-nın qurucusu Jensen Huang Çinə yaxşı xəbər gətirib - çünki ABŞ hakimiyyəti şirkətə yerli müştərilər üçün H20 sürətləndiricilərinin tədarükünü bərpa etməyə icazə verib.
    nvidia-4-trilyon-dollarliq-bazar-deyerine-sahib-ilk-sirket-oldu
    Tech-Biznes

    NVIDIA 4 trilyon dollarlıq bazar dəyərinə sahib ilk şirkət oldu

    NVIDIA növbəti bazar dəyəri rekordunu müəyyənləşdirib - özü üçün deyil, həm də ümumilikdə dünya üçün. Şirkət tarixində ilk dəfə olaraq 4 trilyon dollarlıq bazar dəyərini həddini keçib və bununla da Microsoft və Apple-ı geridə qoyub.
    nvidia-geforce-rtx-5080-super-videokarti-uzerinde-calisir
    Elm & Texnologiya

    NVIDIA GeForce RTX 5080 SUPER videokartı üzərində çalışır

    Biz dünən xəbər verdik ki, NVIDIA şirkəti GeForce RTX 5070 SUPER adlı yeni videokart üzərində çalışır. İndi isə məlum olub ki, şirkət GeForce RTX 50 seriyasına daha bir videokartı daxil edəcək. Söhbət, RTX 5080 SUPER-dən gedir.
    nvidia-geforce-rtx-5070-super-videokarti-uzerinde-calisir
    Elm & Texnologiya

    NVIDIA GeForce RTX 5070 SUPER videokartı üzərində çalışır

    İnsayderlərin vermiş olduqları məlumata əsasən NVIDIA şirkəti GeForce RTX 50 videokart seriyasının yeni modeli üzərində çalışır.
    2050-ci-ile-qeder-suni-zeka-esasli-4-milyard-robot-movcud-olacaq
    Elm & Texnologiya

    2050-ci ilə qədər süni zəka əsaslı 4 milyard robot mövcud olacaq

    Yalnız NVIDIA-nın qurucusu deyil, digər texnologiya nəhəngləri də robototexnika məhsulları bazarının böyüməsinə böyük ümidlər bəsləyirlər. TrendForce-un Economic Daily News-a istinadən verdiyi məlumata görə, TSMC rəhbərliyi proqnozlaşdırır ki, 2030-cu ilə qədər süni zəka funksiyalı 1.3 milyard robot istismarda olacaq.