Logo
    main-post-cover

    Google ödənişlə öz həllərinin Apple və digər şirkətlərin cihazlarında starndart istifadəsini davam etdirəcək

    Tech-Biznes
    03.09.2025
    Emil
         ABŞ dairə məhkəməsinin elan edilmiş qərarına görə, Google Apple və digər şirkətlərlə müqavilələr bağlayaraq onların cihazlarında və məhsullarında öz axtarış sisteminin və digər standart həllərinin istifadəsini davam etdirə biləcək. “Google-un distribusiya tərəfdaşlarına Google Search, Chrome və ya GenAI məhsullarının əvvəlcədən yüklənməsi və ya yerləşdirilməsi üçün ödəniş etməsi və ya digər mükafat təklif etməsi qadağan olunmayacaq” - Kolumbiya dairəsinin məhkəmə hakimi Amit Mehta qərarında bildirib. “Google-un ödənişləri dayandırması, demək olar ki, mütləq distribusiya tərəfdaşlarına, əlaqəli bazarlara və istehlakçılara ciddi, bəzi hallarda isə bərpaolunmaz ziyan vurardı ki, bu da ödənişlərə geniş qadağaya qarşı çıxır” - deyə o, ABŞ Ədliyyə Nazirliyinin Google-a qarşı antiinhisar iddiası çərçivəsində qəbul etdiyi qərarda vurğulayıb.
         Dinləmələr zamanı Mozilla-nın maliyyə direktoru bildirib ki, Firefox brauzeri Google ilə müqavilə olmadan məhvə məhkum olacaq. Xatırladaq ki, yalnız 2022-ci ildə Apple cihazlarında Safari brauzerində Google axtarış sisteminin standart olaraq istifadəsinə görə ona 20 milyard dollardan çox ödəniş edilib. Dairə məhkəməsinin qərarına əsasən, Google öz məhsullarında belə adlandırılan “seçim ekranını” da göstərmək məcburiyyətində deyil.
         Bu qərar daha geniş bir məhkəmə hökmünün tərkib hissəsi kimi qəbul edilib və həmin hökmə görə, Google-un biznesi bölməsi və Chrome brauzerini və ya Android platformasını satması tələb olunmur - halbuki bunu ABŞ Ədliyyə Nazirliyi istəyirdi. Bununla yanaşı, Google indi rəqibləri ilə müəyyən axtarış məlumatlarını bölüşməli olacaq ki, bu da ABŞ Ədliyyə Nazirliyinin və ştatlar koalisiyasının tələbləri siyahısında yer almışdı. Ötən il hakim Mehta Google-un axtarış sistemləri bazarını qanunsuz şəkildə monopoliyalaşdırmaqda təqsirli olduğunu müəyyən edən qərar çıxarmışdı və hazırkı qərar isə hüquqi müdafiə tədbirlərinin tətbiqi ilə bağlı məhkəmə araşdırmasından sonra qəbul edilib.
    Paylaş
    Bənzər xəbərlər
    mehkeme-google-u-chrome-brauzerini-satmaga-mecbur-etmekden-imtina-edib
    Tech-Biznes

    Məhkəmə Google-u Chrome brauzerini satmağa məcbur etməkdən imtina edib

    Google şirkəti onlayn axtarış seqmentində dominant mövqeyini azaltmaq məqsədilə Chrome brauzerini satmaq məcburiyyətində qalmayacaq.
    avropa-birliyi-trump-da-qezeb-oyatmamaq-ucun-google-sirketini-cerimelemekden-imtina-edib
    Tech-Biznes

    Avropa Birliyi Trump-da qəzəb oyatmamaq üçün Google şirkətini cərimələməkdən imtina edib

    Avropa Birliyi hakimiyyəti Alphabet-ə qarşı reklam texnologiyaları bazarında dominant mövqedən sui-istifadə iddiası ilə nəzərdə tutulan cəriməni təxirə saldı.
    orta-budceli-google-pixel-10a-baresinde-bezi-teferruatlar-teqdim-edilib
    Cihazlar+

    Orta büdcəli Google Pixel 10a barəsində bəzi təfərrüatlar təqdim edilib

    Google keçən ay Pixel 10 smartfon seriyasını təqdim etdi. Bu seriyaya Pixel 10, Pixel 10 Pro, Pixel 10 Pro XL və qatlana bilən Pixel 10 Pro Fold modelləri daxil oldular. Lakin Google sözügedən smartfon seriyasında daha bir model üzərində çalışır.
    apple-bir-nece-macbook-air-modelini-kohnelmis-iphone-8-plus-smartfonunu-ise-vintaj-cihazlar-siyahisina-daxil-edilib
    Cihazlar+

    Apple bir neçə MacBook Air modelini köhnəlmiş, iPhone 8 Plus smartfonunu isə vintaj cihazlar siyahısına daxil edilib

    Apple öz saytında köhnəlmiş məhsullar siyahısına 3 noutbuku əlavə edib: 2015-ci ilin əvvəlində buraxılmış 11 düym ekranlı MacBook Air, həmçinin 2017-ci ildə istehsal olunmuş 13 düym ekranlı və 15 düym ekranlı MacBook Pro modelləri.
    google-hakerlere-qarsi-kiberhucumlar-kecirtmeye-baslayacaq
    Təhlükəsizlik

    Google hakerlərə qarşı kiberhücumlar keçirtməyə başlayacaq

    Google kiberhücumlardan özünü və bəlkə də digər ABŞ təşkilatlarını qorumaqda daha aktiv mövqe tutmağı planlaşdırır - şirkətdə ehtimal edirlər ki, o, rəqəmsal müstəvidə hücum edən tərəfin rolunu da öz üzərinə götürə bilər.