Logo
    main-post-cover

    Elon Musk ilə OpenAI arasındakı məhkəmə işinə gələn il baxılacaq

    Tech-Biznes
    07.04.2025
    Emil
         ChatGPT-nin yaradıcısı olan OpenAI şirkətinə qarşı milyarder Elon Musk-ın qaldırdığı məhkəmə iddiası 2026-cı ilin yazında münsiflər məhkəməsində baxılacaq. Bu barədə işə rəhbərlik edən federal hakim tərəfindən verilmiş qərarda qeyd olunub. Ötən ay Musk OpenAI-nin yenidən təşkilatlanmasına dair məhkəmə qərarı çıxarılmasına çalışmışdı. Bu restrukturizasiya şirkətin qeyri-kommersiya statusundan imtina etməsinə və gələcəkdə yeni investisiyaların cəlb olunmasını asanlaşdırmasına imkan verəcəkdi. Lakin Oklend Dairə Məhkəməsinin hakimi Yvonne Gonzalez Rogers, Musk-ın bu tələbinə rədd cavabı verdi.
         Bununla belə hakim məhkəmə prosesinin sürətləndirilməsi təklifi ilə çıxış edib. Xatırladaq ki, 2015-ci ildə Elon Musk hazırda OpenAI şirkətinə rəhbərlik edən Sam Altman ilə birlikdə OpenAI-nin həmtəsisçilərindən biri olub. Milyarder OpenAI süni zəka sahəsində uğur qazanmazdan əvvəl şirkətdən ayrılıb və 2023-cü ildə xAI adlı rəqib startapı təsis edib. Ötən il Musk OpenAI və Sam Altman-a qarşı məhkəmə iddiası qaldıraraq bildirmişdi ki, şirkət insanlığa fayda gətirən süni zəka yaratmaq məqsədindən uzaqlaşaraq, artıq əsas məqsədini mənfəət əldə etməyə yönəldib.
         Öz növbəsində OpenAI bu ittihamları rədd edib, Altman isə bildirib ki, Musk bu məhkəmə prosesi ilə rəqibinin inkişafını ləngitməyə çalışır. İddiada OpenAI-nin kommersiya yönümlü biznes modelinə keçidindən bəhs olunur. Şirkət rəhbərliyinin fikrincə, bu keçid maliyyə cəlb etmək və süni zəka sahəsində bahalı rəqabət mühitində uğurla mübarizə aparmaq üçün son dərəcə vacibdir. İlin əvvəlində Altman, Elon Musk-ın başçılıq etdiyi investor qrupundan daxil olan 97.4milyard dollarlıq OpenAI-nin satışı təklifini də rədd etmişdi.
    Mənbə: Reuters
    Paylaş
    Bənzər xəbərlər
    gpt-5-bir-qeder-gecikecek-o3-ise-yaxin-zamanda-istifadeye-verilecek
    Süni İntellekt

    GPT-5 bir qədər gecikəcək, o3 isə yaxın zamanda istifadəyə veriləcək

    OpenAI əvvəlcə öz məntiqi düşünmə bacarığına malik o3 modelini fevral ayında geniş şəkildə istifadəyə verməyi planlaşdırırdı, lakin sonra bu prosesi qeyri-müəyyən vaxta qədər təxirə saldı.
    avropa-x-i-1-milyard-dollardan-cox-meblegde-cerimeleye-biler
    Tech-Biznes

    Avropa X-i 1 milyard dollardan çox məbləğdə cərimələyə bilər

    Avropa tənzimləyici orqanları Elon Musk-ın sahibi olduğu X sosial şəbəkəsini 1 milyard dollardan çox cərimələmə təşəbbüsünü araşdırırlar - onlar Musk və ABŞ prezidenti Donald Trump-la qarşıdurmanın hansı nəticələrə səbəb ola biləcəyini qiymətləndirirlər.
    gpt-45-suni-zeka-modeli-turing-testinden-kece-bilib
    Süni İntellekt

    GPT-4.5 süni zəka modeli Turing testindən keçə bilib

    OpenAI şirkətinin GPT-4.5 süni zəka modeli Turing testindən keçib - insanlar onu 73 % hallarda “insan” kimi qəbul ediblər. Araşdırma göstərib ki, süni zəkaya sadəcə olaraq “insan olduğunu sübut et” deyildikdə, onun nəticələri daha zəif olur, nəinki konkret bir rol verildikdə.
    abs-in-yeni-tarifleri-sebebile-dunyanin-en-varli-sexsleri-1-gunde-208-milyard-dollar-itiribler
    Tech-Biznes

    ABŞ-ın yeni tarifləri səbəbilə dünyanın ən varlı şəxsləri 1 gündə 208 milyard dollar itiriblər

    ABŞ-ın gömrük nəzarəti sahəsində yeni tarif siyasətinin dünya iqtisadiyyatı üçün hansı sarsıntılarla nəticələnəcəyi hələ məlum deyil, lakin fond bazarının ilkin reaksiyası göstərir ki, prezident Donald Trump-ın atdığı addımlar nəticəsində dünyanın ən zəngin 500 insanının sərvəti bir gün ərzində ümumilikdə 208 milyard dollar azalıb.
    openai-o3-suni-zeka-modelinin-bir-tapsirigi-yerine-yetirmesi-ucun-30-000-xerc-teleb-olunur
    Süni İntellekt

    OpenAI o3 süni zəka modelinin bir tapşırığı yerinə yetirməsi üçün 30 000$ xərc tələb olunur

    Keçən ilin dekabrında OpenAI şirkəti o3 adlı süni zəka modelini təqdim etdi və onun imkanlarını qiymətləndirmək üçün ən çətin test sayılan ARC-AGI göstəricilərini nümayiş etdirdi.