
Apple Trump-ın gömrük rüsumlarından şikayətlənib
Tech-Biznes
01.08.2025
Emil
ABŞ prezidenti Donald Trump tərəfindən tətbiq olunan gömrük rüsumları Apple üçün ciddi xərclərə səbəb olub. Bu barədə şirkətin baş direktoru Tim Cook rüblük maliyyə hesabatına həsr olunmuş brifinq zamanı məlumat verib. Cook-un sözlərinə görə, cari rübdə bu xərclər 1.1 milyard dollara çata bilər. Ötən rübdə isə Apple bu maddə üzrə 800 milyon dollar xərcləyib - halbuki may ayında şirkət bu məbləğin 900 milyon dollar olacağını gözləyirdi. “Bizim ödədiyimiz rüsumların əsas hissəsi - ilin əvvəlində qüvvəyə minmiş və Çinlə bağlı olan IEEPA (“Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı”) çərçivəsində tətbiq edilən rüsumlardır” - deyə Apple-ın baş direktoru bildirib.

Trump tərəfindən tətbiq olunan rüsumlar əsasən Çin, Hindistan və Vyetnamda istehsal olunan bütün Apple cihazlarını əhatə edib. Tim Cook-un sözlərinə görə, ABŞ-da satılan iPhone-ların əksəriyyəti Hindistanda, Mac, iPad və Apple Watch modellərinin çoxu isə Vyetnamda istehsal olunur. Lakin Çinlə əməkdaşlıqdan imtina belə ABŞ prezidentini qane etmir - o, əgər Apple istehsalının bir hissəsini ABŞ-a keçirməsə, şirkətə tətbiq olunan rüsumların artırılacağı ilə hədələyib. “Bir çox amillər dəyişə bilər, o cümlədən rüsum dərəcələri” - deyə Tim Cook xəbərdarlıq edib. Rüsumlarla bağlı narahatlıqlara baxmayaraq, Apple iPhone və Mac satışlarını yüksək səviyyədə saxlayıb və rüblük gəlirini 10% artıraraq 94 milyard dollara çatdırıb.
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Apple süni intellekt sahəsinə daha çox vəsait yatırmağa başlayıb
Apple üçün inkişaf yolu seçimi heç vaxt birmənalı olmayıb - əgər şirkət istədiyinə öz gücü ilə nail ola bilmirdisə, lazım olan texnologiyalara sahib olan şirkətləri tərəddüd etmədən alırdı.

Tech-Biznes
İT nəhənglər süni intellekt ilə bağlı iddialı vədlərini geri çəkməyə başlayıblar
ABŞ-da İşgüzar Təcrübənin Yaxşılaşdırılması Bürosuna (Better Business Bureau) daxil olan Milli Reklam Şöbəsi (National Advertising Division, NAD) Apple, Google, Microsoft və Samsung şirkətlərinin süni intellektlə bağlı məhsulları reklam edən bir çox marketinq materiallarını araşdırıb və tənqid edib.

Təhlükəsizlik
Ekspert Safari-də aşkar etdiyi ciddi boşluğa görə Apple-dan cəmi 1000$ mükafat alıb
Apple kibertəhlükəsizlik sahəsindəki mütəxəssisləri məhsullarında boşluqları tapmağa və bu barədə məlumat verməyə təşviq edir - mükafat məbləği 2 milyon dollara qədər ola bilər.

Cihazlar+
Bütün iPhone 17 modellərinin müxtəlif rənglərdə fotoları təqdim edilib
İPhone 17 seriyası ilə bağlı məlumat sızıntıları demək olar ki, hər gün baş verir. Bu gün də istisna deyil.

Cihazlar+
Apple səhvən Samsung Galaxy Z Flip 7-ni reklam edib
Çin platforması olan Weibo-da Apple-ın rəsmi dəstək hesabı gözlənilmədən qatlana bilən Samsung Galaxy Z Flip 7 smartfonunun reklam videosunu paylaşıb.
Ən çox oxunanlar

iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ
