
ABŞ hökuməti Huawei və digər Çin şirkətlərinə qarşı yeni istintaqa start verib
Tech-Biznes
24.03.2025
Emil
ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) Huawei və China Telecom da daxil olmaqla bir neçə Çin telekommunikasiya şirkətinə qarşı yeni araşdırmaya başlayıb. Tənzimləyici orqan bu şirkətləri ABŞ ərazisində fəaliyyətə qoyulan məhdudiyyətləri pozmaqda şübhəli bilərək hərəkətə keçib. FCC-nin bəyanatında qeyd olunur ki, çinli şirkətlərə qarşı genişmiqyaslı araşdırma başlanıb. Bu şirkətlər arasında daha əvvəl adı çəkilənlərdən əlavə, telekommunikasiya avadanlıqları üzrə iri təchizatçı ZTE və dünyanın ən böyük müşahidə kameraları istehsalçısı Hikvision da yer alır. Bundan əlavə, tənzimləyici China Mobile International USA şirkətinin, eləcə də China Telecom və China Unicom şirkətlərinin ABŞ-dakı bölmələrinin fəaliyyətini də araşdıracaq.

FCC-nin rəhbəri Brendan Carr bildirib ki, bəzi Çin telekommunikasiya şirkətləri, çox güman ki, ABŞ-ın Çin mənşəli milli təhlükəsizlik təhdidlərinə qarşı əvvəlki səylərini nəzərə almır və onları görməzdən gəlir. Bundan əvvəl tənzimləyici ABŞ-da bir neçə şirkətin fəaliyyət icazəsini ləğv etmiş və bir sıra şirkətləri “qapalı siyahı”ya daxil etmişdi - həmin siyahıdakı şirkətlərin məhsullarını təhlükəsizlik səbəbindən ABŞ hökuməti ala bilməz. “Əlimizdə əsaslı şübhələr var ki, görülən tədbirlərə baxmayaraq, bu siyahıda olan bəzi və ya bütün təşkilatlar FCC-nin məhdudiyyətlərini pozaraq, ABŞ-da öz fəaliyyətlərini özəl və ya ‘tənzimlənməyən’ əsaslarla davam etdirməyə çalışırlar. Biz buna göz yuma bilmərik” - deyə Carr bildirib.

ABŞ prezidenti Donald Trump tərəfindən bu yaxınlarda FCC sədri təyin edilmiş Carr, tənzimləyici qurumun siyahıdakı şirkətlərin ABŞ ərazisindəki fəaliyyət miqyasını müəyyən etməyə və “etibarsız xarici iştirakçıların qaydaları pozmasına imkan verən bütün boşluqları bağlamaq üçün dərhal tədbir görməyə” qərarlı olduğunu bildirib. FCC Çin şirkətlərinə ölkədəki fəaliyyətləri ilə bağlı məlumat təqdim etmələri üçün sorğular göndərib. Bu arada, FCC-nin siyahısında olan bir şirkət artıq məhkəməyə çağırış vərəqi alıb. Carr bildirib ki, başlanan bu araşdırma, onun yaratdığı Milli Təhlükəsizlik Şurasının ilk ciddi təşəbbüsü olacaq və qurumun düşmən ölkələrdən, xüsusilə də Çindən qaynaqlanan potensial telekommunikasiya və kibertəhlükələrə diqqətini gücləndirməyə yönəlib.
Mənbə: Financial Times
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
HUAWEI nova 13 və HUAWEI nova 13i - Zəriflik və dinamiklik
İlk növbədə smartfonların unikal rəng seçimləri ilə istifadəçilərə yeni və fərqli təəssürat yaradacaqlarını qeyd etmək lazımdır. HUAWEI nova 13-ün dumanlı yaşıl, ağ və klassik qara rəngləri premium və zərif görünüş bəxş edir.

Cihazlar+
Huawei öz noutbuklarında Windows-dan HarmonyOS-ə keçə bilər
Huawei MateBook noutbukları Windows-dan HarmonyOS-a keçə bilər. Huawei MateBook noutbukları uzun illər Windows əməliyyat sistemi ilə təchiz olunurdu, lakin bu vəziyyət yaxın zamanda dəyişə bilər.

Proqram Təminatı
HarmonyOS Çində iOS-i geridə qoyub
2019-cu ildən ABŞ sanksiyaları altında olan Çin texnologiya nəhəngi Huawei Technologies öz əməliyyat sistemi olan HarmonyOS-i inkişaf etdirmək məcburiyyətində qalıb.

Cihazlar+
Huawei və Xiaomi taxıla bilən cihazlar bazarının yarısını idarə edirlər
Canalys analitik şirkəti 2024-cü il üzrə taxıla bilən ağıllı cihazların tədarükü ilə bağlı hesabatını yayımlayıb. 2023-cü illə müqayisədə bu bazar 4.1% böyüyərək 193 milyon qurğuya çatıb.

Cihazlar+
Qlobal bazarda Huawei Band 10 smart qolbağı təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti qlobal bazarda yeni smart qolbağını təqdim edib. Söhbət, Huawei Band 10-dan gedir. Bu, keçən ilki Huawei Band 9-un davamçısıdır.
Ən çox oxunanlar

BMT: "Süni zəka 2033-cü ilə qədər iş yerlərinin yarısını ixtisar edəcək"
