Logo
    main-post-cover

    Süni zəka qan vasitəsilə bağırsaq xərçəngini istənilən mərhələdə dəqiq təyin edir

    Süni İntellekt
    11.07.2025
    Emil
         Alimlər qan dövranında xərçəng hüceyrələrinin DNT-sini tanımaq üçün yüksək həssaslığa malik biosensor hazırlayıblar. Yeni texnologiya şişin erkən mərhələdə aşkarlanması üçün ideal hesab olunur. Nəticə cəmi 20 dəqiqə ərzində hazır olur. Gələcəkdə bu üsul autoimmun, nevroloji və digər ağır xəstəliklərin diaqnostikasına da uyğunlaşdırılacaq. Xərçəngin inkişafı, qan dövranındakı DNT üzərində çətinliklə aşkar edilən kimyəvi dəyişikliklərin - DNT-nin metilləşməsi adlanan prosesin - baş verməsi ilə əlaqələndirilir. Alimlər bu dəyişiklikləri aşkar etmək üçün biosensorlar hazırlamaq üzərində uzun illərdir çalışırlar.
         Lakin erkən mərhələlərdə metilləşmiş DNT-nin konsentrasiyası çox aşağı olduğundan, bu testlərin həssaslığı indiyə qədər kifayət qədər yüksək olmayıb. İndi isə Cənubi Koreya komandası qan analizinə əsaslanaraq yüksək dəqiqliklə xərçəng əlamətlərini müəyyən edən süni zəka və yüksək həssas optik siqnallar əsasında işləyən bir biosensor təqdim edib. Yeni texnologiya adi biosensorlarla müqayisədə həssaslığı 1000 dəfə artırmağa nail olub. Texnologiyanın dəqiqliyi 60 kolorektal xərçəng xəstəsi üzərində qiymətləndirilib.
         Test xərçəngi aşkar etməkdə 99% dəqiqlik göstərib və birinci mərhələdən dördüncü mərhələyə qədər bütün mərhələləri uğurla ayırd edə bilib. Nəticənin əldə olunması cəmi 20 dəqiqə vaxt aparır. “Bu, heç bir əvvəlcədən hazırlıq tələb etməyən son dərəcə sadə, dəqiq və sürətli diaqnostik vasitədir. Belə bir yanaşma xərçəngin erkən diaqnostikasında böyük üstünlüklər təmin edir” - deyə müəlliflər qeyd ediblər. Təbii ki, bu texnologiya həmçinin müalicənin effektivliyinin qiymətləndirilməsi üçün də istifadə olunacaq. Gələcəkdə bu metodun autoimmun və nevroloji xəstəliklər də daxil olmaqla geniş spektrli xəstəliklərin aşkarlanmasına uyğunlaşdırılması planlaşdırılır.
    Paylaş
    Bənzər xəbərlər
    dubayda-bas-aspazi-suni-zeka-modeli-olacaq-restoran-fealiyyet-gosterecek
    Süni İntellekt

    Dubayda baş aşpazı süni zəka modeli olacaq restoran fəaliyyət göstərəcək

    Dubayda süni zəkanın köməkçi deyil, kulinariya prosesinin tamhüquqlu yaradıcı iştirakçısı kimi çıxış etdiyi dünyanın ilk restoranı ictimaiyyətə təqdim olunmağa hazırlaşır. Woohoo adlı restoranın sentyabr ayında açılması planlaşdırılır və o, şəhərin mərkəzində - Bürc Xəlifə göydələnindən cəmi 300 metr aralıda yerləşəcək.
    chatgpt-hiyleger-oyun-vasitesile-windows-acarlarini-generasiya-edib
    Süni İntellekt

    ChatGPT hiyləgər oyun vasitəsilə Windows açarlarını generasiya edib

    GenAI Bug Bounty tətbiqinin texniki məhsul meneceri Marco Figueroa-nın süni zəka modelini necə aldadaraq onu “təxmin oyunu” formatında Windows açarlarını açıqlamağa vadar etdiyini izah edib.
    meta-200-milyon-dollara-apple-in-suni-zeka-rehberini-ozune-celb-edib
    Tech-Biznes

    Meta 200 milyon dollara Apple-ın süni zəka rəhbərini özünə cəlb edib

    Bu həftə məlum olub ki, Meta daha əvvəl Apple şirkətində süni zəka modellərinin hazırlanması üzrə şöbəyə rəhbərlik etmiş Ruoming Pang-ı öz komandasına cəlb etməyə nail olub.
    avropa-komissiyasi-suni-zeka-qanununun-telimatlarini-teqdim-edib
    Süni İntellekt

    Avropa Komissiyası "Süni Zəka Qanunu"nun təlimatlarını təqdim edib

    Avropa Komissiyası “Süni Zəka Qanunu”nun (AI Act) müddəalarının icrasını şirkətlər üçün asanlaşdırmaq məqsədilə qaydalar toplusunu açıqlayıb. Sənəd Avropa Birliyinin hüquqi çərçivəsi daxilində fəaliyyətin necə qurulacağı ilə bağlı tövsiyələr verir və təşkilatların qanun tam qüvvəyə minməzdən əvvəl proseslərini uyğunlaşdırmalarına yardım etməyə yönəlib.
    grok-cat-botunun-yeni-versiyasi-grok-4-teqdim-edilib
    Süni İntellekt

    Grok çat-botunun yeni versiyası Grok 4 təqdim edilib

    Elon Musk tərəfindən təsis edilmiş xAI şirkəti süni zəka əsaslı Grok çat-botunun yeni versiyası olan Grok 4-ü təqdim edib. Anons əvvəlki versiyanın təqdimatından cəmi bir neçə ay sonra baş tutub.