Logo
    main-post-cover

    Şirkətlər ətraf mühiti daha yaxşı anlamağa qadir olan, “dünya modelləri” adlanan yanaşmalara daha çox diqqət yetirirlər

    Süni İntellekt
    29.09.2025
    Emil
         The Financial Times-ın məlumatına görə, Google DeepMind, MetaNVIDIA kimi aparıcı süni intellekt tərtibatçıları robot superintellekti yaratmaq məqsədilə ətraf mühiti daha yaxşı anlamağa qadir olan, “dünya modelləri” adlanan yanaşmalara getdikcə daha çox diqqət yetirirlər. Dünya modeli səbəb-nəticə əlaqələrini və fizika qanunlarını simulyasiyalar vasitəsilə imitasiya edir. Bu simulyasiyalar isə real və ya modelləşdirilmiş mühitlərdən toplanmış nəhəng həcmdə məlumatlar və böyük hesablma gücü tələb edən öyrənməyə əsaslanır. Onlar pilotsuz avtomobillərin, robot texnologiyalarının və süni intellekt agentlərinin inkişafında mühüm addım kimi qiymətləndirilir.
         Google DeepMind-də Genie 3-ün həmsədri Shlomi Fruchter deyir: “Süni intellekt hələ də rəqəmsal sahə ilə məhdudlaşır. Elə mühitlər yaradırıq ki, real dünyaya bənzəyir və ya onun kimi davranır, bununla da biz süni intellekti öyrətmək üçün çox daha miqyaslana bilən üsullar əldə edirik və real dünyada səhvlərin nəticələri ilə üzləşməli olmuruq”. Meta AI tədqiqat laboratoriyasına rəhbərlik edən Yann LeCun isə bildirib ki, böyük dil modelləri (LLM) heç vaxt insanlar kimi düşünmək və planlaşdırmaq qabiliyyətinə çatmayacaqlar. Dünya modellərinin yaxın vaxtlarda tətbiq ediləcəyi sahələrdən biri əyləncə sənayesi olacaq, burada onlar interaktiv və realistik səhnələrin yaradılmasına imkan verirlər. Məsələn, World Labs startapı təkcə bir görüntüdən videooyunlara bənzər üçölçülü dünyalar yaradan model hazırlayır.
         Runway - tərəfdaşları arasında Lionsgate də daxil olmaqla Hollywood studiyalarının olduqları video yaradıcı startap - ötən ay real vaxtda generasiya olunan fərdiləşdirilmiş hekayələr və personajlarla oyun mühitləri yaratmaq üçün dünya modellərindən istifadə edən məhsul təqdim edib. NVIDIA şirkətinin baş direktoru Jensen Huang bildirib ki, şirkətin növbəti böyük inkişaf mərhələsi “fiziki süni intellekt” olacaq, çünki yeni modellər robototexnika sahəsində irəliləyişə nail olmağa imkan verəcək. LeCun-un fikrincə, robotlara insan səviyyəsində intellekt qazandıran süni intellekt sistemlərinin yaradılması konsepsiyasının reallaşdırılması 10 il çəkə bilər. Bununla belə, ekspertlər yeni süni intellekt texnologiyalarının böyük potensialına diqqət çəkirlər. NVIDIA-nın modelləşdirmə texnologiyaları üzrə vitse-prezidenti Rev Lebaredian bildirib: “Dünya modelləri bütün sənayelərə xidmət imkanını açır və kompüterlərin intellektual əmək üçün yaratdığı təsiri daha da gücləndirir”.
    Paylaş
    Bənzər xəbərlər
    sam-altman-umumi-suni-intellektin-agi-2030-cu-ile-qeder-ortaya-cixacagini-proqnozlasdirir
    Süni İntellekt

    Sam Altman ümumi süni intellektin (AGI) 2030-cu ilə qədər ortaya çıxacağını proqnozlaşdırır

    Die Welt qəzetinin baş redaktoru Yan Philipp Burgard, OpenAI CEO-su Sam Altman ilə müsahibə aparıb. Müsahibə bir neçə mövzunu əhatə edib, o cümlədən süni intellekt əsasında superintellektin hazırlanmasını.
    google-robotlari-dusunmeye-mecbur-eden-suni-intellekt-modellerini-hazirlayib
    Süni İntellekt

    Google robotları düşünməyə məcbur edən süni intellekt modellərini hazırlayıb

    Google DeepMind şirkəti robot texnologiyası üçün iki yeni süni intellekt modelini təqdim edib: Gemini Robotics 1.5 və Gemini Robotics-ER 1.5. Bu modellər birlikdə elə bir yanaşmanı həyata keçirirlər ki, robot əvvəlcə tapşırığı “düşünür”, yalnız bundan sonra əməliyyatı icra edir.
    suni-intellekt-yaxin-gelecekde-is-yerlerinin-coxunu-evez-etmeyecek
    Süni İntellekt

    Süni intellekt yaxın gələcəkdə iş yerlərinin çoxunu əvəz etməyəcək

    Süni intellekt artıq uzun müddətdir ki, əmək bazarını dəyişməyə başlayıb. Lakin insanların yeni texnologiyalar səbəbindən işsiz qalma ehtimalı o qədər də yüksək deyil. İş axtarış platforması Indeed tərəfindən aparılmış araşdırmada belə nəticəyə gəlinib ki, əməkdaşların əksəriyyəti öz iş yerlərini qoruyub saxlayacaq.
    gpt-5-ve-claude-opus-41-tetbiqi-peselerde-ekspert-seviyyesine-catiblar
    Süni İntellekt

    GPT-5 və Claude Opus 4.1 tətbiqi peşələrdə ekspert səviyyəsinə çatıblar

    OpenAI müasir süni intellekt modellərinin tətbiqi peşələrdə ekspert səviyyəsinə nə dərəcədə yaxınlaşdıqlarını qiymətləndirən yeni test toplusu - GDPval təqdim edib.
    alibaba-qwen-3-max-suni-intellekt-modelini-teqdim-edib
    Süni İntellekt

    Alibaba Qwen-3 Max süni intellekt modelini təqdim edib

    Alibaba şirkəti yeni flaqman böyük dil modeli (LLM) olan Qwen-3 Max-ı təqdim edib. Bu, şirkətin xəttində ən qabaqcıl model olub və sənayenin aparıcı həlləri ilə - OpenAI-nin GPT-5, Google-un Gemini 2.5 Pro və Anthropic-in Claude Opus 4 modelləri ilə rəqabət aparmaq məqsədi daşıyır.