
OpenAI-nin açıq mənbəli süni zəka modeli yenidən təxirə salınıb
Süni İntellekt
14.07.2025
Emil
OpenAI bu yay artıq ikinci dəfədir ki, açıq mənbəli süni zəka modelinin təqdimatını təxirə salır. Bu barədə şirkətin baş direktoru Sam Altman məlumat verib. Əvvəlcə modelin bu həftə təqdim olunması planlaşdırılırdı, lakin indi təhlükəsizliklə bağlı əlavə testlər aparmaq üçün təqdimatın qeyri-müəyyən vaxta qədər təxirə salınmasına qərar verilib. "Bizə təhlükəsizlik və potensial yüksək risklər baxımından əlavə yoxlamalar aparmaq üçün vaxt lazımdır. Bu nə qədər çəkəcək - hələlik bilinmir. Biz inanırıq ki, bu model əsasında cəmiyyət çox gözəl layihələr yaradacaq. Lakin çəki əmsalları (weights) bir dəfə müəyyənləşdirildikdən sonra onları dəyişmək mümkün olmayacaq. Bu bizim üçün yeni təcrübədir və hər şeyi düzgün şəkildə etmək istəyirik" - deyə Altman sosial şəbəkə X-də yazıb.

OpenAI tərəfindən təqdim olunacaq açıq model, bu yay GPT-5-in təqdimatı ilə yanaşı süni zəka sahəsində ən çox gözlənilən hadisələrdən biridir. GPT-5-dən fərqli olaraq, açıq model yüklənərək lokal şəkildə işə salına biləcək. Hər iki layihə OpenAI-nin hələ də Silikon Vadisinin aparıcı süni zəka laboratoriyası olduğunu sübut etməli olacaq. Lakin bu getdikcə daha da çətinləşir, çünki xAI, Google DeepMind və Anthropic kimi şirkətlər öz həllərinin hazırlanmasına milyardlarla dollar investisiya yatırırlar. Gözlənilir ki, OpenAI-nin yeni açıq mənbəli modeli, şirkətin mövcud portfoliosundəki “o” seriyalı modellərlə oxşar məntiqi düşünmə qabiliyyətlərinə sahib olacaq. OpenAI ümid edir ki, onləun bu layihəsi bazarda mövcud olan bütün açıq mənbəli süni zəka modelləri arasında ən yaxşısı olacaq.

İyunda Altman ilk dəfə bu gecikmə barədə məlumat verdikdə, o bildirmişdi ki, inkişaf prosesi zamanı “gözlənilməz və heyrətamiz nəticəyə” nail olunub, lakin həmin vaxt əlavə təfərrüat açıqlanmamışdı. “İmkanlar baxımından bu modeli fenomenal hesab edirik. Lakin açıq mənbəli layihələr üçün bizim planımız yüksəkdir və bizim fikrimizcə, hələ bir az vaxta ehtiyac var ki, doğrudan da qürur duya biləcəyimiz bir məhsulu təqdim etdiyimizə əmin olaq” - deyə OpenAI-nin tədqiqatlar üzrə vitse-prezidenti və açıq mənbəli model layihəsinin rəhbəri Aidan Clark bildirib. Daha əvvəl həmçinin məlumat verilmişdi ki, OpenAI rəhbərliyi açıq mənbəli modelin mürəkkəb sorğuların emalı üçün şirkətin bulud infrastrukturuna qoşulması imkanını müzakirə edib, lakin bu funksiyanın yekun versiyada reallaşdırılıb-reallaşdırılmayacağı hələ məlum deyil.
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
Microsoft məntiqi düşüncəyə sahib Phi-4-mini-flash-reasoning süni zəka modelini təqdim edib
Microsoft yeni süni zəka modeli olan Phi-4-mini-flash-reasoning-i təqdim edib. Bu model kənar qurğular, mobil cihazlar və hesablama resursları məhdud olan mühitlər üçün genişləndirilmiş məntiqi düşünmə imkanları təqdim edir.

Süni İntellekt
Süni zəka kod yazmaq üçün proqramçıların işini sürətləndirmir, əksinə ləngidir
Qeyri-kommersiya təşkilatı METR tərəfindən aparılmış tədqiqat göstərib ki, mövcud süni zəka alətlərindən proqramlaşdırmada yardım məqsədilə istifadə edilməsi işin sürətini artırmaq əvəzinə, hətta təcrübəli proqramçılar üçün belə işi yavaşlada bilər.

Süni İntellekt
Süni zəka botları heç də yaxşı psixoloq deyillər
Stenford Universitetinin alimləri adi və tibbi süni zəka botlarının asılılıqdan əziyyət çəkən və psixi xəstəlikləri olan insanlarla qarşılıqlı əlaqəsini araşdırıblar. Tədqiqatçılar yalnız bir aspektlə maraqlanıblar: süni intellekt botları insan psixoterapevtləri tam şəkildə əvəz edə bilərmi?

Təhlükəsizlik
Süni zəka virusları bəzi hallarda Microsoft Defender-dən yan keçə bilirlər
Kibertəhlükəsizlik sahəsində çalışan tədqiqatçılar, Microsoft Defender antivirus müdafiəsini təxminən 8% hallarda keçə bilən süni zəka modelini nümayiş etdirmək niyyətində olduqlarını bildiriblər.

Süni İntellekt
Apple insan sağlamlığının vəziyyətini 92%-lik dəqiqliklə təyin edən süni zəka modeli yaradıb
Apple-ın dəstəyi ilə aparılan yeni bir araşdırma göstərir ki, istifadəçi davranışına dair məlumatlar (hərəkət, yuxu, fiziki məşqlər və s.) sağlamlıq vəziyyətini qiymətləndirmək üçün ənənəvi biometriya göstəricilərindən - məsələn, ürək döyüntüsü tezliyi və ya qanda oksigen səviyyəsi kimi - daha dəqiq ola bilər.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
