Logo
    main-post-cover

    Nyu-York metropoliteni cinayətlərin süni zəka ilə proznolaşdırılmasından istifadəni nəzərdən keçirir

    Süni İntellekt
    30.04.2025
    Emil
         Nyu-Yorkun Metropoliten Nəqliyyat İdarəsi (MTA) şəhərin metro platformalarında cinayət və təhlükəli davranışların proqnozlaşdırılaraq qarşısının alınması üçün süni zəka sistemlərindən istifadə imkanını araşdırdığını bildirib. MTA-nın baş təhlükəsizlik rəisi Michael Kemper qeyd edib ki, idarə metro platformalarında potensial problemləri və ya riskli davranışları aşkar etmək üçün süni zəka kimi texnologiyaları öyrənir və sınaqdan keçirir.
         “Ola bilər ki, biri qeyri-adi, irrasional davranış sərgiləyir... bu, təhlükəsizlik ya polis bölməsinin reaksiya verməsinə səbəb ola biləcək xəbərdarlığı işə sala bilər” - deyə o, bazar ertəsi keçirilmiş MTA-nın təhlükəsizlik komitəsinin iclasında bildirib və əlavə edib ki, bu cür reaksiya hadisənin baş verməsini gözləmədən həyata keçirilə bilər. “O, gələcəyin texnologiyasıdır” - deyə Kemper əlavə edib və MTA-nın hazırda texnologiya şirkətləri ilə birbaşa əməkdaşlıq etdiyini və metro sistemində hansı texnologiyanın işlək ola biləcəyini araşdırdıqlarını bildirib.
         Kemper, MTA-nın hansı şirkətlərlə işlədiyi, süni zəkanın necə tətbiq olunacağı və bu texnologiyanın hansı növ davranışları aşkarlayacağı barədə ətraflı məlumat verməyib. Bununla belə, MTA sözçüsü Aaron Donovan təsdiqləyib ki, yeni sistem üz tanıma texnologiyasından istifadə etməyəcək. “MTA-nın araşdırdığı texnologiya insanları deyil, davranışları müəyyən etmək üçün nəzərdə tutulub” - deyə Donovan bildirib. Bu, MTA-nın süni zəkanı ilk dəfə tətbiq etməsi deyil. 2023-cü ildə qurum süni zəka ilə işləyən nəzarət proqram təminatından istifadə edərək metroda ödənişsiz keçid halları ilə bağlı məlumat toplayıb, onların harada, nə vaxt və necə baş verdiyini izlədiyini açıqlamışdı.
    Mənbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər
    xiaomi-mentiq-yurude-bilen-mimo-adli-suni-zeka-modelini-istifadeye-verib
    Süni İntellekt

    Xiaomi məntiq yürüdə bilən MiMo adlı süni zəka modelini istifadəyə verib

    Süni zəka ilə əlaqəli proqram təminatının əhəmiyyəti bu gün əksər şirkətlər üçün olduqca böyükdür. Buna görə də Çin şirkəti Xiaomi rəqiblərindən geri qalmamaq üçün açıq mənbə kodlu öz məntiqi süni zəka modeli olan MiMo-nu təqdim edib. Bu model müxtəlif problemlərin həllində insanın düşüncə məntiqinə bənzər şəkildə fəaliyyət göstərir.
    microsoft-un-proqram-teminati-kodunun-artiq-30-i-suni-zeka-vasitesile-tertib-edilib
    Süni İntellekt

    Microsoft-un proqram təminatı kodunun artıq 30%-i süni zəka vasitəsilə tərtib edilib

    Microsoft şirkətinin repozitoriyalarında yerləşən proqram kodunun 20%-dən 30%-ə qədər olan hissəsi proqram təminatı tərəfindən, yəni süni zəka tərəfindən yazılıb.
    reddit-de-suni-zeka-botlarinin-istiraki-ile-qanunsuz-tecrube-kecirilib
    Süni İntellekt

    Reddit-də süni zəka botlarının iştirakı ilə qanunsuz təcrübə keçirilib

    Reddit platforması Sürix Universitetindən olan bir qrup tədqiqatçını əbədi olaraq bloklayıb. Buna səbəb həmin tədqiqatçıların bir neçə ay ərzində gizli şəkildə süni zəka botlarından istifadə edərək istifadəçilərə psixoloji təsir göstərmələri olub.
    alibaba-sirketi-qwen-3-flaqman-suni-zeka-modelleri-ailesi-qwen-3-u-teqdim-edib
    Süni İntellekt

    Alibaba şirkəti Qwen 3 flaqman süni zəka modelləri ailəsi Qwen 3-ü təqdim edib

    Bu həftənin əvvəlində Çin şirkəti Alibaba Group Holdings yeni flaqman süni zəka modelləri ailəsi olan Qwen 3-ü təqdim edib. Bu modellər nəticə əldə etmək üçün müasir “ekspertlərin qarışığı” (mixture of experts) metodundan istifadə edir və bu nəticələr hibrid məntiqi sistemlərin göstəriciləri ilə müqayisə olunur.
    seo-kecmisde-qalir-saytlar-suni-zekaya-esasen-optimizasiyaya-baslayiblar
    Proqram Təminatı

    SEO keçmişdə qalır: Saytlar süni zəkaya əsasən optimizasiyaya başlayıblar

    İri şirkətlər və reklam agentlikləri istifadəçilərin məlumatı Google vasitəsilə deyil, ChatGPT, Claude və Gemini kimi çat-botlarla axtardıqları yeni reallığa fəal şəkildə uyğunlaşmağa başlayıblar.