
Meta öz məhsullarında Midjourney-nin generativ alqoritmlərindən istifadə edəcək
Süni İntellekt
25.08.2025
Emil
Meta Platforms şirkəti generativ süni intellekt alqoritmlərinin yaradıcısı Midjourney ilə əməkdaşlıq edəcəyini açıqlayıb. Əməkdaşlığın məqsədi onun “estetik texnologiyalarını lisenziyalaşdırmaq” və Meta-nın öz süni intellekt modelləri və məhsullarında istifadə etməkdir. Bu barədə keçən həftənin sonunda Meta-nın süni intellekt bölməsinin rəhbəri Alexandr Wang məlumat verib. Wang-ın bəyanatında bildirilib ki, tərəfdaşlıq “araşdırma qruplarımız arasında texniki əməkdaşlığı” da əhatə edir. Bu isə o deməkdir ki, sövdələşmə yalnız Meta-nın Midjourney-in hazır məhsullarından istifadə etməsi ilə məhdudlaşmır. Bununla belə, Wang razılaşmanın təfərrüatlarını açıqlamayıb, buna görə də hələlik bu məsələ ilə bağlı daha ətraflı məlumat yoxdur.

Son zamanlar Meta süperintellekt yaratmaq üçün fəal şəkildə investisiya edir ki, OpenAI və Google kimi rəqiblərə çatsın. Meta-nın rəhbəri Mark Zuckerberg rəqib şirkətlərin aparıcı mütəxəssislərini özünə cəlb etmək üçün şəxsən çalışıb və onlara böyük maliyyə ödənişləri təklif edib. Alexandr Wang isə Meta-ya yalnız şirkət Scale AI startapının 49% səhmini 14.3 milyard dollara aldıqdan sonra qoşulub. O, həmin startapın həmtəsisçisidir. Midjourney ilə tərəfdaşlıq birbaşa olaraq Meta-nın süni intellekt əsaslı generativ alətləri öz servislərinə inteqrasiya etmək məqsədləri ilə bağlıdır. Şirkətin bir çox xidmətlərində artıq şəkil generasiya funksiyası mövcud olsa da, aydındır ki, Meta bu aləti daha keyfiyyətli etmək və əlavə olaraq video yaratmaq imkanını da əlavə etmək istəyir.

Bundan başqa, sosial şəbəkə nəhəngi Midjourney texnologiyalarından istifadə edərək foto və videoların sosial şəbəkələrdə dərc olunmazdan əvvəl redaktə edilməsini daha da sadələşdirə bilər. “Biz Midjourney-in işi ilə inanılmaz dərəcədə təsirlənmişik. Onlar həqiqi texniki və estetik mükəmməlliyə nail olublar və onlarla daha sıx əməkdaşlıq etməkdən çox məmnunuq” - deyə Wang bildirib. O həmçinin əlavə edib ki, yaxın vaxtlarda şirkətlər birgə layihələr haqqında daha çox məlumat paylaşacaqlar. Midjourney-in qurucusu David Holz isə qeyd edib ki, Meta ilə tərəfdaşlığa baxmayaraq, Midjourney icma tərəfindən dəstəklənən müstəqil tədqiqat laboratoriyası olaraq qalır və onun heç bir investoru yoxdur.
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
Yeni süni intellekt texnologiyaları təhsil sahəsini tamamilə dəyişəcək
Təhsil sektoru həmişə innovativliyi ilə seçilib, lakin son illərdə təhsil texnologiyaları (EdTech) misilsiz bir transformasiya yaşayıb. İntellektual texnologiyaların sürətli inkişafı EdTech həllərini daha fərdiləşdirilmiş, əlçatan və cəlbedici edib, bu isə tələbələrin öyrənmə metodlarına, müəllimlərin işinə və təhsil müəssisələrinin fəaliyyətinə ciddi təsir göstərib.

Təhlükəsizlik
Meta qadağaya baxmayaraq gizli şəkildə iPhone istifadəçilərinin məlumatlarını yığıb
Meta reklamların effektivliyi göstəricilərini demək olar ki, 20% şişirdib və gəlirlərini artırmaq məqsədilə Apple-ın iPhone ilə bağlı məxfilik siyasətini qəsdən pozub. Bu barədə əmək mübahisələri üzrə məhkəmədə Meta-nın keçmiş məhsul meneceri Samujjal Purkayastha ifadə verib.

Süni İntellekt
Meta son 7 həftə ərzində Apple-dan artıq 6-cı süni intellekt mütəxəssisini özünə cəlb edib
Meta-nın Apple-a qarşı kadr hücumu davam edir. Sosial şəbəkə nəhəngi iPhone istehsalçısından daha bir süni intellekt üzrə tədqiqatçını özünə cəlb edib.

Tech-Biznes
Elon Musk OpenAI-nin alınmasında Mark Zuckerberg-in də iştirak etməsini istəyirmiş
OpenAI-in təsis edilməsində iştirak etmiş amerikalı milyarder Elon Musk bu ilin fevral ayında startapı 97.4 milyard dollara almağı təklif etdi ki, onun strategiyasını öz istədiyi kimi dəyişsin.

Süni İntellekt
Google-un süni intellekt modeli hər sorğuya 5 damcı su sərf edir
Süni intellektin ətraf mühitə təsiri ilə bağlı gedən gərgin mübahisələrin fonunda Google öz araşdırmasını apardı. Hesabatda bildirilir ki, səmərəliliyin artırılması sayəsində Gemini adlı süni intellekt köməkçisi hər bir sorğu üçün minimal miqdarda su və enerji istifadə edir.
Ən çox oxunanlar

iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ
