Logo
    main-post-cover

    İT nəhənglər özlərinə hansı səbəbə görə lazım olduğunu anlamadan süni intellekt milyardlarla dollar vəsait yatırırlar

    Süni İntellekt
    23.09.2025
    Emil
         Son dövrlərdə nadir hallarda hansısa rüblük hesabat tədbiri şirkət rəhbərliyinin süni intellektə xərclərin artırılmasının vacibliyi barədə bəyanatları və ya bununla bağlı komponentlərin tədarükündən gəlirin artacağına dair proqnozları olmadan keçir. Bununla yanaşı, bazarın bir çox iştirakçıları hələ də bu texnologiyaların tətbiqinin hansı üstünlüklər verəcəyini tam olaraq dərk etmirlər. Financial Times-ın keçən il S&P 500 indeksinə daxil olan yüzlərlə ABŞ şirkətinin stenoqram və rüblük hesabatlarını araşdırması nəticəsində belə qənaətə gəlinib. Araşdırmanın müəlliflərinin izahına görə, ABŞ-ın iri texnologiya şirkətləri süni intellektin imkanlarını yüksək qiymətləndirir və müşayiətedici infrastrukturun inkişafına 100 milyardlarla dollar xərcləməyə çağırırlar. Lakin onların bəziləri süni intellektin tətbiqindən hansı praktiki fayda götürə biləcəklərini kifayət qədər aydın təsəvvür etmirlər.
         Bir çoxu isə sadəcə olaraq bu tendensiyada bazarla ayaqlaşmağa çalışır. Ən asan vəziyyətdə olanlar müştəri texniki dəstəyi ilə məşğul olan və böyük həcmli məlumatları emal edən şirkətlərdir, çünki süni intellekt onlar üçün aydın üstünlüklər təmin edir. Digər şirkətlər isə daha çox yaradıcılıq göstərməli olurlar. Silah təchizatçıları qeyd edirlər ki, süni intellektdən istifadə döyüş meydanında qərarların daha sürətli qəbul edilməsinə imkan yaradır. Baytar həkimlər isə süni intellektdən heyvanlarda xəstəliklərin diaqnostikasını sürətləndirmək üçün istifadə edirlər. Bununla belə, bir çox şirkət süni intellekt ilə nə edəcəklərini başa düşmür, lakin rəqiblərin bu sahədə birinci uğur qazanacağından ehtiyatlanaraq onun tətbiqinə investisiya qoyurlar. Financial Times-ın nümayəndələri S&P 500 indeksinə daxil olan şirkətlərin saytlarında SEC üçün təqdim edilən hesabat formalarında süni intellekt ilə bağlı qeydləri təhlil edərək belə nəticəyə gəliblər ki, son 12 ay ərzində bu mövzu 374 halda qeyd olunub.
         87% hallarda süni intellektin tətbiqinin nəticələrinin təsviri optimist üslubda olub və heç bir əlavə narahatlıq ifadə edilməyib. Məlumatların emalı texnologiyaları ilə əlaqəsi olmayan şirkətlər süni intellekti öz bizneslərinə tətbiq etməyin faydasını daha az dərk edirlər. Məsələn, Coca-Cola hələlik yalnız reklam istehsalı üçün süni intellektdən istifadə etməyə üstünlük verir. Qeyd olunmalıdır ki, şirkətlərin hesabatlarında süni intellektin tətbiqinin lehinə gətirilən arqumentlər kifayət qədər mücərrəd şəkildə ifadə olunurdu, hətta söhbət məhsuldarlığın artmasından getsə belə, risklər və təhdidlər isə daha dəqiq təsnifləşdirilir və təsvir olunurdu. Energetika və hətta hasilat sahəsinin nümayəndələri tez-tez yeni məlumat emalı mərkəzlərinə tələbin öz bizneslərinə müsbət təsirindən bəhs edirdilər. Bununla belə, hesabatlarında süni intellektdən bəhs edən şirkətlərin sayı artdıqca, bu texnologiyaları yalnız müsbət aspektdə qiymətləndirən bazar iştirakçılarının payı 2022-ci illə müqayisədə azaldı.
         Ötən il şirkətlərin ən çox narahatlıq ifadə etdikləri məsələ süni intellektin istifadəsi kontekstində informasiya təhlükəsizliyinin vəziyyəti idi. Microsoft isə süni intellektin uğursuz tətbiq nümunələrinin ictimaiyyətdə yaratdığı məyusluqda təhlükə görüb, belə hallar ümumilikdə müştəriləri müvafiq yeniliklərdən uzaqlaşdıra bilər. Bir çox şirkət sadəcə olaraq inanmır ki, süni intellektin tətbiqi istiqamətində göstərilən səylər mütləq şəkildə uğurla nəticələnəcək.Tədqiqatlardan biri göstərib ki, Microsoft-un əmək məhsuldarlığını artırmaq məqsədilə generativ süni intellekti təcrübə səviyyəsində tətbiq etmək cəhdlərinin 95%-i uğursuzluqla nəticələnib. Uğursuzluğun əsas səbəbi ondan ibarətdir ki, müasir süni intellekt alətləri uzunmüddətli yaddaşa və fərdiləşdirmə imkanlarına malik deyil.
         Buna görə də onları şirkətlərin mövcud infrastrukturuna effektiv şəkildə inteqrasiya etmək çətindir. Bununla belə, rəhbərlər çox vaxt süni intellekt ilə aparılan təcrübələri uğurlu hesab edirdilər, halbuki adi əməkdaşlar nəticələri tam əks şəkildə qiymətləndirirdilər. Ötən il təqdim edilmiş 174 şirkət hesabatında süni intellektdən istifadənin artan tənzimləyici və hüquqi problemləri ilə bağlı narahatlıqlar ifadə olunub. Xüsusən də, texnoloji nəhənglər öz böyük dil modellərini öyrədərkən başqalarına məxsus intellektual mülkiyyətdən qanunsuz istifadəyə görə cərimələnməkdən ehtiyat edirlər. Bu təhlükədən hətta informasiya texnologiyalarından uzaq olan PepsiCo kimi şirkət də qorxur. Bir çox şirkətlər süni intellektin tətbiqi ilə bağlı potensial faydalardan daha çox, risklər barədə daha dəqiq təsəvvürə malikdirlər.
    Paylaş
    Bənzər xəbərlər
    tibbi-suni-intellekt-qadinlarda-diskriminasiyaya-ve-rasizme-meyillidir
    Süni İntellekt

    Tibbi süni intellekt qadınlarda diskriminasiyaya və rasizmə meyillidir

    Süni intellekti tibb sahəsinə cəlb etmək üçün ilk cəhdlər hələ illər əvvəl IBM şirkəti və onun Watson sistemi ilə edilmişdi. Lakin sənayenin inkişafı ilə kompüter texnologiyalarının bu tətbiq sahəsi daha da genişləndi.
    openai-suni-intellekt-modellerinin-aldatma-hallari-ile-mubarizesini-tesvir-etdiyi-bir-arasdirmanin-neticelerini-derc-edib-sirketin-izahina-gore-bezen-suni-intellekt-mueyyen-sekilde-sethi-olaraq-davranir-amma-esl-meqsedlerini-gizledir-apollo-research
    Süni İntellekt

    OpenAI süni intellekt modellərinin aldatma hallarını təyin edib

    OpenAI süni intellekt modellərinin aldatma halları ilə mübarizəsini təsvir etdiyi bir araşdırmanın nəticələrini dərc edib. Şirkətin izahına görə, bəzən “Süni intellekt müəyyən şəkildə səthi olaraq davranır, amma əsl məqsədlərini gizlədir”.
    deepseek-r1-suni-intellekt-modelinin-telimi-ucun-serf-edilmis-meblegi-aciqlayib
    Süni İntellekt

    DeepSeek R1 süni intellekt modelinin təlimi üçün sərf edilmiş məbləği açıqlayıb

    Çin şirkəti DeepSeek bildirib ki, onun R1 süni intellekt modelinin öyrədilməsi üçün 294 000$ xərclənib ki, bu da ABŞ rəqiblərinin oxşar xərclərindən kəskin şəkildə azdır.
    suni-intellekt-esasli-sualti-qayiqlara-qarsi-mudafie-sistemi-sualti-qayiqlarin-sag-qalmla-sansini-5-e-endirir
    Süni İntellekt

    Süni intellekt əsaslı sualtı qayıqlara qarşı müdafiə sistemi sualtı qayıqların sağ qalma şansını 5%-ə endirir

    Ən müasir “görünməz” sualtı qayıqların erası gözlənildiyindən xeyli daha qısa ola bilər. Çin mühəndisləri Electronics Optics & Control adlı jurnalda süni intellekt əsasında işləyən sualtı qayıqlara qarşı müdafiə sistemini təsvir ediblər.
    suni-intellekt-bakteriyalari-mehv-ede-bilen-viruslari-formalasdirmagi-oyrenib
    Elm & Texnologiya

    Süni intellekt bakteriyaları məhv edə bilən virusları formalaşdırmağı öyrənib

    Süni intellekt ilk dəfə olaraq həqiqətən işləyən viruslar formalaşdıra biləcəyini sübut edib. Stenford və Arc Institute alimləri bu sahədə bir irəliləyiş barədə məlumat veriblər.