Disney OpenAI ilə əməkdaşlıqda “test mərhələsi”nə başlayır
Süni İntellekt
16.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Disney ilə OpenAI arasında bağlanan üçillik lisenziya razılaşmasının yalnız ilk ili eksklüziv olacaq. Bunu Disney-in baş icraçı direktoru Bob Ayger CNBC-yə açıqlayıb. Keçən həftə imzalanan razılaşmaya əsasən, Disney-in məşhur personajları OpenAI-ın Sora adlı video generasiya alətində istifadə ediləcək. Bir illik eksklüziv müddət bitdikdən sonra isə Disney digər süni intellekt şirkətləri ilə də oxşar əməkdaşlıqlara açıq olacaq.
Razılaşma OpenAI-a böyük üstünlük qazandırır: Sora istifadəçiləri Disney, Marvel, Pixar və Star Wars daxil olmaqla 200-dən çox məşhur personajdan qanuni şəkildə istifadə edə biləcəklər. Hazırda bu imkan yalnız OpenAI platformasına məxsusdur. Bob Iger bildirib ki, texnoloji inkişafın qarşısını almaq mümkün deyil və Disney bu prosesi kənardan izləmək niyyətində deyil: “Heç bir insan nəsli texnoloji irəliləyişin qarşısını ala bilməyib və biz də bunu etməyə çalışmırıq. Əgər bu proses mövcud biznes modellərimizi dəyişəcəksə belə, biz onun bir parçası olmalıyıq”.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
OpenAI dəstəkli Chai Discovery 130 milyon dollar investisiya cəlb edib
OpenAI tərəfindən dəstəklənən biotexnologiya startapı Chai Discovery B seriyası investisiya raundunda 130 milyon dollar cəlb edib.
Süni İntellekt
Disney və OpenAI əməkdaşlığı narazılıq yaradıb
Disney və OpenAI arasında 1 milyard dollarlıq əməkdaşlıq tənqidlərə səbəb olub
Süni İntellekt
OpenAI və Disney əməkdaşlıq edir!
Bu əməkdaşlıq sayəsində Star Wars və Pixar da daxil olmaqla 200-dən çox məşhur Disney personajı Sora tətbiqinə və ChatGPT-yə inteqrasiya ediləcək.
Süni İntellekt
Sam Altman OpenAI-da fövqəladə rejim elan etdi!
Süni intellekt yarışında güc balansı dəyişir və bu dəfə təzyiq altında olan tərəf OpenAI-dır.
Süni İntellekt
OpenAI və Thrive Holdings arasında qeyri-adi əməkdaşlıq!
OpenAI-ın Thrive Holdings-ə sərmayəsi şirkətin portfelinə AI inteqrasiyasını gücləndirsə də, bu əməkdaşlığın real bazar uğuru yoxsa “dairəvi” investisiya oyunu olub-olmadığı hələ də mübahisəlidir.
Ən çox oxunanlar