Logo
    main-post-cover

    Çində bəzi süni zəka mütəxəssisləri müəmmalı şəkildə vəfat edib

    Süni İntellekt
    16.04.2025
    Emil
         Süni zəka sahəsi Çin və ABŞ arasında texnoloji müharibənin ən böyük döyüş meydanına çevrilib, xüsusilə də DeepSeek və digər şirkətlər ABŞ-ın üstünlüyünə meydan oxuduqdan sonra. Çində süni zəka sahəsində kadr potensialı artır. Bu mövzuda bir sıra diqqətəlayiq uğur hekayələri mövcuddur, lakin ölkə bu sahənin ən vacib seqmentində bir neçə aparıcı mütəxəssisini itirib. Bəzi ekspertlərin qəfil vəfatı - qəza və ya xəstəlik səbəbilə - bu sahədə çalışan və elmi araşdırmalar aparan insanların şəxsi təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb olub. Süni zəka sahəsində çalışan tədqiqatçılara yüksək maaşlar təyin olunur, lakin onların üzərinə düşən məsuliyyət də son dərəcə böyükdür.
         Sərt rəqabət şəraitində bir tədqiqatçı ideya irəli sürüb layihəni təcrübə mərhələsinə çatdıra bilər, digəri isə artıq həmin mövzu üzrə elmi işi dərc etmiş olar. South China Morning Post nəşri süni zəka sahəsində nisbətən gənc yaşda vəfat etmiş aparıcı alimlərin siyahısını hazırlayıb. Onların əksəriyyəti həyatının ən məhsuldar dövründə olub və computer vision, hərbi və tibbi süni zəka kimi mühüm sahələrdə elmi nailiyyətlərin müəllifləri olublar. 2022-ci ilin iyun ayında Pekində yerləşən və süni zəka üzrə ixtisaslaşmış Megvii Technology şirkətinin baş elmi işçisi Sun Jian qəfil xəstəlik nəticəsində 45 yaşında vəfat etdi. Şirkət şəkil tanıma və deep learning proqram təminatı hazırlayır.
    Sun Jian:
         Sun süni zəka və computer vision sahəsində tanınmış bir fiqur idi. O, əvvəllər Microsoft-da computer vision və hesablama fotosu sahəsində uzunmüddətli təcrübəyə malik tədqiqatçı kimi çalışmış, 2016-cı ildə isə Megvii startapına keçərək burada baş elmi işçi və elmi tədqiqatlar üzrə icraçı direktor vəzifəsini tutmuşdu. Şirkətdə o, mobil cihazlarda işləyən ShuffleNet neyron şəbəkəsinin və Megvii-nin əsas iş platforması olan Brain++ layihəsinin inkişafına rəhbərlik edirdi. 2019-cu ildə doğma universiteti olan Sian Ciaotun Universitetinin Süni Zəka Kollecində dekan vəzifəsinə təyin olunmuşdu. O, bir sıra sahəvi və akademik mükafatlara layiq görülmüş, 2010-cu ildə MIT Technology Review tərəfindən “35 yaşa qədər yenilikçilər” siyahısına daxil edilmişdi.
         Onun adına ABŞ-da 35 patent qeydiyyatdan keçib, onlardan 13-ü beynəlxalq səviyyədədir. 2023-cü ilin iyul ayında, nekroloqda qeyd olunduğu kimi, “vacib tapşırıq” yerinə yetirərkən, 38 yaşında Feng Yanghe vəfat edib. O, Çinin müdafiə sektorunda süni zəka üzrə mütəxəssis idi. Feng-in tədqiqatları əsasən hərbi-təlim manevrləri, möhkəmləndirmə ilə öyrənmə və intellektual planlaşdırma sahələrinə yönəlmişdi. O, Hunan əyalətində yerləşən Milli Müdafiə Texnologiyaları Universitetində dosent vəzifəsində çalışırdı. Feng, Çin Xalq Azadlıq Ordusu tərəfindən birgə əməliyyat təlimlərinin modelləşdirilməsində istifadə olunan War Skull IWar Skull II süni zəka sistemlərini hazırlayan şöbələrə rəhbərlik etmişdi.
    Feng Yanghe:
         Milli Müdafiə Texnologiyaları Universitetinə keçməzdən əvvəl, 2011–2013-cü illər arasında birgə təhsil proqramı çərçivəsində Harvard Universitetində statistika, Ayova Universitetində isə yüksək performanslı hesablama sahəsində təhsil almışdı. 2023-cü ildə, 55 yaşında süni zəka üzrə mütəxəssis Tang Xiaoou vəfat edib. O, Honq Konq Çin Universitetinin professoru və texnologiya nəhəngi olan SenseTime şirkətinin qurucusu idi. Onun ölümünə səbəb olan xəstəliyin təbiəti açıqlanmayıb. Tang 1990-cı ildə Anxoy əyalətində yerləşən Çin Elm və Texnologiya Universitetində bakalavr dərəcəsi alıb və aspirantura təhsili üçün ABŞ-a köçüb. 1991-ci ildə Roçester Universitetində magistr, 1996-cı ildə isə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsi qazanıb.
    Tang Xiaoou:
         Onun elmi araşdırmaları computer vision, şəkil tanıma və video emalı sahələrini əhatə edirdi. O, machine vision texnologiyasının Çində sənayeləşdirilməsinə töhfə vermişdi. 2005–2008-ci illərdə Microsoft Research Asia-da vizual hesablama üzrə qrup rəhbəri olmuşdu. 2014-cü ildə isə SenseTime şirkətini qurmuşdu. SenseTime real vaxtda çoxbucaqlı üz tanıma və görüntü tutma texnologiyası hazırlayıb. Şirkətin həlləri bəzi şəhərlərdə izdiham sıxlığının monitorinqi və qaydaları pozaraq park edilmiş nəqliyyat vasitələrinin aşkar edilməsi üçün istifadə olunur. SenseTime-ın Ririxin adlı böyük modeli generativ süni zəka sahəsində - maliyyə, səhiyyə və ofis işləri kimi istiqamətlərdə - şirkətin biznesini inkişaf etdirməyə kömək edib.
         2024-cü il aprelin 29-da səhər saatlarında nəfəs və ürək dayanması nəticəsində 41 yaşında He Zhi vəfat edib. O, səhiyyə sahəsində süni zəka texnologiyaları üzərində çalışan Yidu Tech şirkətinin həmtəsisçisi və baş innovasiya direktoru idi. Nekroloqda qeyd edilib ki, o, səhiyyə sahəsinin rəqəmsallaşmasını başladan "müxtəlif sahələrdə iz qoymuş qabaqcıl mütəxəssis" idi. 2000-ci ildə Tsinxua Universitetinin materialşünaslıq və mühəndislik fakültəsinə daxil olmuş, 2009-cu ildə isə elektron kommunikasiya və mühəndislik sahəsində magistr dərəcəsi almışdı. 2012-2014-cü illərdə texnologiya nəhəngi Alibaba-da çalışmışdı.
         2015-ci ildə Yidu Tech şirkətinin həmtəsisçisi olmuş və böyük həcmli məlumatlar və süni zəka texnologiyaları əsasında səhiyyə üçün həllər hazırlayan şirkətdə innovasiya və texnoloji inkişaf sahəsinə rəhbərlik etmişdi. 2025-ci il yanvarın 14-də, 39 yaşında, xəstəlik səbəbindən Quan Yuhui vəfat edib. O, kompüterləşdirilmiş təsvir emalı üzrə mütəxəssis, Cənubi Çin Texnologiya Universitetinin Kompüter Elmləri və Mühəndisliyi Məktəbinin dosenti idi. Quan 2008-ci ildə magistr, 2013-cü ildə isə həmin universitetdə elmlər namizədi dərəcəsi almışdı.
         Sonrakı təhsilini Sinqapur Milli Universitetində davam etdirmiş, 2016-cı ildə isə doğma universitetinə qayıdaraq müəllimlik fəaliyyətinə başlamışdı. Onun tədqiqatları hesablama fotosu, nəzarətsiz öyrənmə və tekstura analizi kimi qabaqcıl sahələrə yönəlmişdi. Quan həm əyalət, həm də milli səviyyədə bir çox tədqiqat layihəsinə rəhbərlik etmiş, 80-dən çox elmi məqalə dərc etdirmiş, nüfuzlu beynəlxalq elmi jurnallarda və konfranslarda rəyçi kimi çıxış etmişdi. 2024-cü ildə o, Stenford Universitetinin versiyasına əsasən “dünyanın ən yaxşı 2% alimləri” siyahısına daxil edilmişdi.
    Paylaş
    Bənzər xəbərlər
    google-delfinlerle-unsiyyet-ucun-dolphingemma-suni-zeka-modelini-yaradib-video
    Süni İntellekt

    Google delfinlərlə ünsiyyət üçün DolphinGemma süni zəka modelini yaradıb (VİDEO)

    Delfinlər planetin ən ağıllı canlılarından biri hesab olunur. Onlar əməkdaşlıq edə bilir, bir-birlərinə yeni bacarıqları öyrədir və güzgüdə özlərini tanıya bilirlər. Onilliklərdir ki, alimlər delfinlərin ünsiyyət üçün istifadə etdikləri mürəkkəb fit və çıqqıltı səslərini anlamağa çalışırlar.
    apple-suni-zekasi-ucun-istifadeci-melumatlarini-analiz-edecek
    Proqram Təminatı

    Apple süni zəkası üçün istifadəçi məlumatlarını analiz edəcək

    Apple süni zəka platformasını təkmilləşdirmək məqsədilə istifadəçilərin cihazlarındakı məlumatları analiz etməyə başlamağı planlaşdırır. Qeyd olunur ki, bu addım həm istifadəçi məlumatlarının qorunmasına, həm də şirkətin süni zəka sahəsində rəqiblərinə çatmasına xidmət edir.
    openai-gpt-41-suni-zeka-modelini-teqdim-edib
    Süni İntellekt

    OpenAI GPT-4.1 süni zəka modelini təqdim edib

    OpenAI rəsmi olaraq yeni süni zəka modeli GPT-4.1-i təqdim edib. Bu model ötən il istifadəyə verilmiş multimodal GPT-4o modelinin davamçısıdır.
    suni-zeka-esasli-tetbiqlerin-tertibatcilari-kecen-il-82-milyard-dollar-investisiya-elde-edibler
    Tech-Biznes

    Süni zəka əsaslı tətbiqlərin tərtibatçıları keçən il 8.2 milyard dollar investisiya əldə ediblər

    Böyük dil modelləri (LLM) əsasında tətbiqi həllər hazırlayan bir neçə süni zəka startapı satış həcmlərini sürətlə artırır və qabaqcıl texnologiyaların kommersiya baxımından mənimsənilməsi uğrunda yeni bir yarışa start verirlər.
    suni-zeka-itmis-sexslerin-tapilmasinda-yardimci-ola-biler
    Süni İntellekt

    Süni zəka itmiş şəxslərin tapılmasında yardımçı ola bilər

    Qlazqo Universitetinin alimləri itkin düşmüş insanların yerini proqnozlaşdırmaq üçün yeni bir metod hazırlayıblar. Bu metod real hadisələrin təhlilinə istiqamətlənmiş davranış modellərinə əsaslanır.