Technote.az Techpowerup.com platformasına istinadən bildirir ki, Çin hökuməti ölkədə zəka infrastrukturunun və xidmətlərinin kompleksli inkişafına yönəlmiş
AI Industry Development Action Plan adlı proqram hazırlayıb. Bu məqsədlə növbəti beş il ərzindən sözügedən sahənin inkişaf etdirilməsinə ən azı 1 trilyon yuan (təxminən 138 milyard dollar) investisiya yatırılması planlaşdırılır.
Qeyd olunur ki,
AI Industry Development Action Plan təşəbbüsü, ABŞ-da süni zəkanın inkişafına yönəlmiş irimiqyaslı
Stargate layihəsinə Çinin cavabıdır. Stargate layihəsi çərçivəsində
OpenAI,
Softbank və
Oracle şirkətləri birgə müəssisə yaradaraq, növbəti nəsil süni zəkanı dəstəkləmək üçün "fiziki və virtual infrastrukturun" inkişafı ilə məşğul olacaqlar. Bu layihədə
Microsoft,
Arm və
NVIDIA, həmçinin Yaxın Şərqdən olan
MGX fondu iştirak edəcək. Ümumi investisiya həcminin 500 milyard dollara çatacağı gözlənilir.