Logo
    main-post-cover

    YouTube-da videoların süni zəka icmalları funksiyası test edilir

    Sosial Media
    30.06.2025
    Emil
         YouTube platformasında artıq Google axtarış sistemində istifadə olunan süni zəka-icmallara (AI Overviews) bənzər bir funksiyanın testinə başlanılıb. İndi müəyyən sorğular zamanı istifadəçilərə sadəcə video siyahısı deyil, əsas video, digər videoların mini görüntüləri və süni zəka tərəfindən yaradılmış mətn formasında daha geniş cavab təqdim olunacaq. Blokda yer alan əsas videoya klikləməklə tam versiyaya baxmaq mümkün olacaq. Əgər axtarış mövzusu alış-veriş, səyahət və ya yerli görməli yerlərlə bağlıdırsa, ABŞ-da olan bəzi YouTube Premium istifadəçiləri nəticələri süni zəka-karusel şəklində görəcəklər. Bu barədə məlumat şirkətin rəsmi bloqunda paylaşılıb.
         Funksiya hələlik yalnız iOS Android üçün mobil YouTube vasitəsilə əlçatandır, yalnız ingilis dilində olan videolarla işləyir və 30 iyula qədər test mərhələsində olacaq. YouTube-un daxili dəstək sənədinə əsasən, bu sınaqda yalnız ABŞ-dakı Premium hesab abunəçiləri arasından təsadüfi seçilmiş istifadəçilər iştirak edə biləcəklər. The Verge qeyd edir ki, bu məhdudiyyət yeni texnologiyanın test mərhələsində olması ilə əlaqədardır. Bundan əlavə, xidmət videonun məzmunu barədə sual verməyə imkan verən dialoq əsaslı süni zəka alətinin əlçatanlığını genişləndirib. Bu funksiya əvvəllər yalnız Premium istifadəçilər üçün aktiv idi, lakin indi ABŞ-da bəzi adi istifadəçilər üçün də əlçatan olub. Qeyd edək ki, bu alət ilk dəfə 2023-cü ildə təqdim olunmuşdu, lakin onun geniş tətbiqinə yalnız indi başlanılıb.
    Paylaş
    Bənzər xəbərlər
    google-gemini-yaxin-zamanda-android-cihazlarda-imkanlarini-genislendirecek
    Proqram Təminatı

    Google Gemini yaxın zamanda Android cihazlarda imkanlarını genişləndirəcək

    Android-də yaxın zamanda cihazı idarə etmək üçün Gemini neyroşəbəkəsindən istifadə imkanı təqdim olunacaq və bu, məxfilik pozulmadan həyata keçiriləcək.
    android-16-da-saxta-mobil-rabite-qullelerinin-teyini-funksiyasi-istifadeye-verilecek
    Proqram Təminatı

    Android 16-da saxta mobil rabitə qüllələrinin təyini funksiyası istifadəyə veriləcək

    Google Android 16-a şəbəkə bildirişi adlı yeni bir funksiyanı əlavə edəcək. Bu funksiya smartfon sahibini cihazın saxta və ya təhlükəli mobil şəbəkəyə qoşulması halında xəbərdar edəcək.
    yeni-chrome-kohne-android-cihazlarda-desteklenmeyecek
    Proqram Təminatı

    Yeni Chrome köhnə Android cihazlarda dəstəklənməyəcək

    Google Chrome 139-un buraxılışına hazırlaşdığını elan edib. Məlum olub ki, mobil brauzerin sistem tələbləri növbəti dəfə dəyişəcək. Lakin bu dəfə söhbət prosessor modelindən deyil, smartfona quraşdırılmış Android versiyasından gedir.
    suni-zeka-esasli-sekil-generasiya-modeli-google-imagen-4-hami-ucun-istifadeye-verilib
    Proqram Təminatı

    Süni zəka əsaslı şəkil generasiya modeli Google Imagen 4 hamı üçün istifadəyə verilib

    Google növbəti nəsil süni zəka əsaslı şəkil generasiya modeli olan Imagen 4-ü hamı üçün təqdim edib və onu indiyədək təqdim etdiyi ən yaxşı mətn-şəkil çevirmə modeli adlandırıb.
    britaniya-google-u-axtaris-sistemi-uzerindeki-nezareti-zeifletmeye-mecbur-edecek
    Tech-Biznes

    Britaniya Google-u axtarış sistemi üzərindəki nəzarəti zəiflətməyə məcbur edəcək

    Böyük Britaniyanın Rəqabət və Bazarlar üzrə İdarəsi (Competition and Markets Authority, CMA) internet axtarış bazarını daha açıq və rəqabətli etmək istəyir.