Logo
    main-post-cover

    WhatsApp naməlum qrup çatı barəsində icmalı təqdim etməyə başlayacaq

    Sosial Media
    06.08.2025
    Emil
         WhatsApp messenceri qrup çatları üçün təhlükəsizlik icmalı funksiyasını istifadəyə verib. Bu funksiya istifadəçi kontakt siyahısında olmayan biri tərəfindən naməlum bir qrupa dəvət edildikdə, həmin qrup haqqında əsas məlumatları və təhlükəsizliklə bağlı tövsiyələri təqdim edir. İcmalda aşağıdakı məlumatlar yer alacaq:
    - Qrupun yaradılma tarixi
    - İstifadəçini qrupa kim dəvət edib
    - Qrupda neçə iştirakçının olduğu.
         Bundan əlavə, istifadəçiyə fırıldaqçılıq riski ilə bağlı xəbərdarlıq ediləcək və WhatsApp-da kimlərin onu qrupa dəvət edə biləcəyini necə məhdudlaşdırmaq olar sualına cavab veriləcək. İcmal göstərildikdən sonra istifadəçi qrupa daxil olmadan oradan çıxmağı və ya əlavə məlumat əldə etmək üçün çatın içini nəzərdən keçirməyi seçə bilər. Hər iki halda, istifadəçi yeni qrupa qalmaq qərarı verənə qədər çatdan bildirişlər avtomatik olaraq deaktiv ediləcək. Qrup çatları üçün yeni təhlükəsizlik funksiyasından əlavə, WhatsApp həmçinin fırıldaqçılığa qarşı mübarizə üsullarını da test edir. Bu, xüsusilə dələduzların əvvəlcə istifadəçilərlə başqa platformalarda əlaqə qurub, sonra onları WhatsApp-da yazışmağa dəvət etməyə çalışdıqları hallara aiddir. WhatsApp istifadəçiləri aşağıdakı mövzularda xəbərdar etmək üçün yeni üsulları sınaqdan keçirir:
    - Əlaqə siyahısında olmayan biri ilə yazışmaya başlamazdan əvvəl bir qədər gözləməyin vacibliyi
    - Mesaj göndərmək istədikləri şəxs barədə daha çox məlumat göstərilməsi.
         Bu tədbirlər istifadəçiləri potensial risklərə qarşı daha ayıq etməyə yönəlib. Məlumata görə, iyun ayında WhatsApp, Meta OpenAI ilə birlikdə Kambocada yerləşən cinayətkar dələduzluq mərkəzinin fəaliyyətini dayandırıblar. Bu mərkəz ChatGPT süni intellekt çat-botundan istifadə edərək WhatsApp çatı vasitəsilə insanlara iş vədi ilə mesajlar göndərirdi. İstifadəçilər Telegram platformasına yönləndirilirdi. Orada onlardan ilk tapşırıq kimi TikTok-da bir videonu bəyənmələri tələb olunurdu. Daha sonra fırıldaqçılar istifadəçilərə guya ilk tapşırıq üçün nə qədər qazandıqları barədə saxta hesabatlar göstərir və daha çox qazanmaq üçün növbəti tapşırıqda iştirak etmələri məqsədilə kriptovalyuta hesabına pul yatırmalarını təklif edirdilər.
     
    Paylaş
    Bənzər xəbərlər
    qeydiyyatsiz-ve-tetbiqsiz-mesajlasma-whatsapp-da-qonaq-catlari-istifadeye-verilecek
    Sosial Media

    Qeydiyyatsız və tətbiqsiz mesajlaşma: WhatsApp-da qonaq çatları istifadəyə veriləcək

    Android üçün WhatsApp-ın son beta versiyasında “qonaq çatları” ilə bağlı bir yenilik aşkar edilib: WABetaInfo resursunun məlumatına görə, istifadəçi potensial söhbət tərəfdaşına onlayn çat linki göndərə biləcək və həmin şəxs bu link vasitəsilə WhatsApp tətbiqini telefona qurmadan, hətta WhatsApp hesabı olmadan da söhbətə qoşula biləcək.
    whatsapp-in-yeni-funksiyasi-vacib-mesajlari-unutmaga-imkan-vermeyecek
    Sosial Media

    WhatsApp-ın yeni funksiyası vacib mesajları unutmağa imkan verməyəcək

    Bəzən cavab vermək lazım olan vacib bir mesaj sadəcə yadımızdan çıxır. Bu vəziyyət bir çox smartfon istifadəçisinə tanışdır. WhatsApp tərtibatçıları bu problemin orijinal həllini təklif ediblər.
    whatsapp-in-windows-ucun-nativ-tetbiqi-legv-edilecek
    Sosial Media

    WhatsApp-ın Windows üçün nativ tətbiqi ləğv ediləcək

    Meta şirkəti klassik Windows üçün WhatsApp tətbiqindən imtina edərək veb versiyaya keçməyi planlaşdırır. Bu dəyişiklik tətbiqin görünüşünə, bildirişlərinə və məhsuldarlıq səviyyəsinə təsir edəcək.
    whatsapp-eyni-anda-bir-nece-catdaki-mesajlarin-xulasesini-teqdim-ede-bilecek
    Sosial Media

    WhatsApp eyni anda bir neçə çatdakı mesajların xülasəsini təqdim edə biləcək

    Ötən ay WhatsApp tərtibatçıları Mesaj xülasəsi funksiyasının istifadəyə verildiyini elan etdilər. Bu funksiya çatlarda oxunmamış mesajların xülasəsini yaratmağa imkan verir.
    whatsapp-da-mesajlarin-suni-zeka-vasitesile-xulasesi-funksiyasi-istifadeye-verilib
    Sosial Media

    WhatsApp-da mesajların süni zəka vasitəsilə xülasəsi funksiyası istifadəyə verilib

    Meta, WhatsApp-da Message Summaries (Mesaj Xülasələri) adlı yeni funksiyanın istifadəyə verildiyini elan edib. Bu funksiya süni zəka vasitəsilə oxunmamış mesajların qısa xülasəsini təqdim etməyə imkan verir.