Logo
    main-post-cover

    Pavel Durov hansı halda Telegram-ı bağlayacağını açıqlayıb

    Sosial Media
    22.04.2025
    Emil
         Telegram mesajlaşma xidmətinin mövcud olduğu bütün tarix boyu istifadəçilərin şəxsi mesajlarından bir bayt belə açıqlanmayıb. Bu barədə servisin qurucusu Pavel Durov bəyan edib. O həmçinin əlavə edib ki, platforma Avropa Birliyində qüvvədə olan qanunvericiliyə əməl edir və etibarlı məhkəmə qərarı olduqda yalnız cinayətdə şübhəli bilinən şəxslərin IP ünvanlarını və telefon nömrələrini açıqlayır. “Telegram, şifrələməni zəiflədən backdoor yerləşdirmək və əsas insan hüquqlarını pozmaq əvəzinə, bazarı tərk etməyi üstün tutar” - deyə Durov əlavə edib.
         Xatırladaq ki, Pavel Durov 2024-cü il avqustun 24-də Fransanın Le-Bourget hava limanında saxlanılmışdı. Yerli hakimiyyət orqanları onu qeyri-qanuni tranzaksiyaların həyata keçirilməsi üçün onlayn platformanın idarə olunmasında iştirak, səlahiyyətli orqanların sorğularına cavab olaraq məlumat və sənədlərin təqdimindən imtina, çirkli pulların yuyulması və digər ittihamlarla günahlandırmışdılar. Bir neçə gün sonra Durov məhkəmə nəzarəti ilə azadlığa buraxıldı və ondan 5 milyon avro girov qoyulması tələb olundu.
         2024-cü ilin payızında məlum oldu ki, Telegram Fransa hüquq-mühafizə orqanlarının sorğularına cavab olaraq istifadəçilərin IP ünvanlarını və telefon nömrələrini əvvəlkindən xeyli daha tez-tez açıqlamağa başlayıb. Əgər ilin birinci rübündə bu cəmi 17 istifadəçiyə aid idisə, üçüncü rübdə artıq 632 istifadəçiyə dair məlumat açıqlanıb. Bu ilin fevralında Fransa prokurorluğunun nümayəndəsi bildirib ki, Durov-la bağlı iş məhkəməyə ən tez 1 ildən sonra çatacaq.
    Paylaş
    Bənzər xəbərlər
    cinin-ucuz-android-smartfonlarina-whatsapp-ve-telegram-i-imitasiya-eden-viruslar-qurasdirilir
    Təhlükəsizlik

    Çinin ucuz Android smartfonlarına WhatsApp və Telegram-ı imitasiya edən viruslar quraşdırılır

    Rusiyanın antivirus şirkəti Dr.Web-in analitikləri bildiriblər ki, 2024-cü ilin iyun ayından etibarən ən ucuz Çin smartfonlarını təhlil edərkən bu cihazlarda sistematik şəkildə əvvəlcədən quraşdırılmış WhatsApp və Telegram kimi maskalanmış troyan virusları aşkarlayıblar.
    telegram-da-100-neferlik-qrup-zengleri-test-edilir
    Sosial Media

    Telegram-da 100 nəfərlik qrup zəngləri test edilir

    Telegram-ın Android üçün olan beta versiyasında qrup zəngləri funksiyası istifadəyə verilib. Bu funksiya eyni anda bir qrupda 100 istifadəçiyə qədər ünsiyyət qurmağa imkan verir.
    suni-zeka-esasli-grok-cat-botu-telegram-a-inteqrasiya-edilib
    Proqram Təminatı

    Süni zəka əsaslı Grok çat-botu Telegram-a inteqrasiya edilib

    xAI şirkətinə məxsus süni zəka əsaslı Grok çat-botu artıq Telegram-a inteqrasiya edilib. Bu barədə sosial şəbəkə X-də onun sahibi Elon Musk məlumat verib.
    telegram-in-ayliq-aktiv-istifadeci-kutlesi-1-milyardi-kecib
    Sosial Media

    Telegram-ın aylıq aktiv istifadəçi kütləsi 1 milyardı keçib

    2024-cü ilin aprel ayında Telegram-ın rəhbəri və sahibi Pavel Durov, 2025-ci ildə messencerin istifadəçi sayının 1 milyard nəfəri keçəcəyini proqnozlaşdırmışdı. İndi isə o öz kanalı olan Du Rove’s Channel-da ayda 1 milyard aktiv istifadəçi həddinin keçildiyini açıqlayıb.
    telegram-in-yaradicisi-pavel-durov-fransani-terk-edib
    Tech-Biznes

    Telegram-ın yaradıcısı Pavel Durov Fransanı tərk edib

    Keçən həftənin şənbə səhəri Telegram-ın həmtəsisçisi Pavel Durov Fransanı tərk edərək Dubaya yollandı. Agence France-Presse (AFP) xəbər verib ki, o, məhkəmə nəzarəti altında olmasına baxmayaraq, Fransa hakimiyyətinin icazəsi ilə ölkədən çıxıb.