Instagram-ın aylıq istifadəçi kütləsi 3 milyarda çatıb
Sosial Media
24.09.2025
Emil
Meta-nın baş direktoru Mark Zuckerberg qürurla elan edib ki, sosial şəbəkə Instagram ayda 3 milyard aktiv istifadəçi həddinə çatıb. Bununla da platforma bu il aylıq aktiv istifadəçilərinin sayı 3 milyardı keçən Facebook və WhatsApp-a qoşuldu. Bu əlamətdar göstərici 2022-ci ilin oktyabrında 2 milyard istifadəçi həddinin aşılmasından 2 ildən az müddət sonra əldə olunub. Məlumata görə, Zuckerberg Instagram-ın artımını şərh edərkən yaradılmış icmanı “möhtəşəm” adlandırıb. 2024-cü ilin aprelində Meta açıqladı ki, artıq Facebook və digər tətbiqləri üzrə gündəlik və aylıq aktiv istifadəçilərin sayını ayrıca olaraq rüblük hesabatlarda paylaşmayacaq. Bunun əvəzinə şirkət bütün tətbiqlərdə birlikdə gündəlik aktiv istifadəçilərin sayını açıqlamağa başladı. İyul ayında bu göstərici 3.48 milyarda çataraq analitiklərin 3.45 milyardlıq proqnozunu üstələdi. Bundan əvvəl, cari ilin yanvarında Zuckerberg bildirmişdi ki, Facebook-un aylıq aktiv istifadəçilərinin sayı 3 milyardı keçib, həmin ilin aprelində isə o, messencer WhatsApp-ın da eyni həddi aşdığını qeyd etmişdi.
Paylaş
Bənzər xəbərlər
Sosial Media
Nepalda kütləvi etirazlardan sonra sosial media platformalarının bloklanması aradan qaldırılıb
Nepal hakimiyyəti ən azı 19 nəfərin həlak olduğu kütləvi etirazlardan sonra əvvəl tətbiq edilmiş bir sıra sosial servislərə qoyulan bloklamanı ləğv etmək qərarına gəlib.
Sosial Media
15 illik gözləntidən sonra Instagram-ın iPad üçün versiyası təqdim edilib
Meta şirkəti rəsmi olaraq iPadOS əməliyyat sistemi üçün Instagram tətbiqini istifadəyə verdi və o, artıq App Store-dan yükləmək üçün əlçatandır.
Sosial Media
Instagram və Facebook-da Reels videolarının süni intellekt vasitəsilə tərcüməsi funksiyası istifadəyə verilib
Meta şirkəti Facebook və Instagram platformalarında Reels videoların avtomatik olaraq başqa dilə tərcüməsi üçün süni intellekt alətini tətbiq etməyə başlayıb.
Sosial Media
Instagram-da Reels-lərin repostu və digər yeniliklər istifadəyə verilib
Instagram-a bir sıra yeni funksiyalar əlavə edilib. Əsas yeniliklərdən biri Reels videolarının repost imkanı və onlar üçün ayrıca bölmənin yaradılmasıdır.
Sosial Media
Bundan sonra Instagram-da canlı yayımı ən azı 1000 abunəçiyə sahib hesablar keçirə biləcəklər
1 avqust tarixindən etibarən Instagram platforması yeni bir yeniliyin tətbiqinə başlayıb: yalnız açıq hesabı olan və ən azı 1000 izləyicisi olan istifadəçilər canlı yayım keçirə biləcəklər.
Ən çox oxunanlar